Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

 
Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Təşkilatın adı: Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi

Təşkilatın rəhbərinin adı və vəzifəsi: D.M.Qənbərov, BDU THİK-in sədri

Layihənin müəllifinin adı: A.E.Bədəlova

Layihənin adı: “Kiçik qəlbin mübarizəsi”

Layihənin müddəti: may-sentyabr (5 ay)

PROBLEMİN QOYULUŞU:

Qarşıya qoyulan əsas problem leykemiya(leykoz) xəstəliyi olan uşaqlara maddi və mənəvi yardım etməkdir.Leykemiya qan sisteminin bəd xassəli şişidir.İlk növbədə xəstəlik sümük iliyində yaranır və sonra digər orqanlara yayılır.Xəstəliyin inkişafı çox mərhələli getdiyindən əksər hallarda orqanizmdə yaranmış bəd xassəliyin vaxtında duyulmasına çətinlik yaradır.Vaxtında aparılmayan müalicə isə ölümlə nəticələnir.

Tibbi məlumatlara görə, xəstəliyin rast gəlinmə tezliyi 13: 100 000-dir.Kəskin leykoz (limfablast) tədqiqatlara görə 85% uşaqlarda rast gəlinir.Adətən 15 yaşına qədər olan uşaqlarda təsadüf olunur.Xəstələrin çoxu 2-6 yaşında olanlardır.ABŞ-da hər il 2 000 uşaga bu diaqnoz qoyulur.Azərbaycanda da bu xəstəlik gündən-günə inkişaf edir.Hal-hazırda kəskin leykoz xəstələrinin sayı təxmini 200-dür.28/10/2010 tarixinədək aparılan qeydiyyata görə, Bakıda 48 nəfəfr, Sumqayıtda 7 nəfər. Gəncədə 7 nəfər, Şəkidə 4 nəfər, Lənkəranda 6 nəfər, Qubada 2 nəfər, Göyçayda 4 nəfər, Zaqatalada nəfər kəskin leykozlu xəstə yaşayır.Bundan başqa Masallı, Qəbələ, Şamaxı, Qax, Bərdə, Salyan və digər rayonlarımızda bu xəstəlik qeydə alınıb.

Xəstəliyin müalicəsinin çətinliyi və dərman preparatlarının qiymətlərinin yüksək olması xəstələrin tam sağalmasına imkan vermir.Belə ki, ailə vəziyyəti yaxşı olmadığından valideynlərin əksəriyyəti uşaqlarının müalicəsini yarımçıq qoymaq məcburiyyətində qalırlar.Xəstəliyin ağırlaşması isə ölümlə nəticələnir.Halbuki kəskin leykozlu xəstələrin 70-72%-in tam müalicəsinin mümkün olduğu sübuta yetirilib.Bunun üçün müalicə 2,5-2,6 il müddətində davam etməlidir.Xəstəliyin bir aylıq müalicəsinə isə 500-600 AZN tələb olunur.

Dünya ölkələrində bu xəstəliyə qarşı mübarizə aparan bir sıra təşkilatlar mövcuddur.Bunlardan biri “The Max Foundation”dır.Eyni zamanda müxtəlif sosial şəbəkələrdə bununla bağlı səhifələr, uyğun olaraq saytlar mövcuddur.Hansı ki cəmiyyəti məlumatlandırır və həmin xəstələrin müalicəsinə yardım etməyə səsləyir.

Respublikamızda “leykemiyalı xəstələrə yardım”la bağlı bir neçə tədbir həyata keçirilib. 12 oktyabr 2009-cu ildə Leykemiyalı uşaqlara Yardım Web saytı yaradılıb. Oktyabrın 17-də Hyatt Park Baku otelində Leykemiya Xəstələrinə Dəstək Dərnəyi “Xərçənglə heç kəs tək üz-üzə qalmamalıdır, gəlin kömək etmək üçün birləşək“ şüarı altında “Yaşayırıq” adlı tədbir keçirildi. Bu, Amerika Birləşmiş Ştatlarında yerləşən və bütün dünya üzrə qan xərçəngi və digər qeyri-adi xərçəng növünə tutulmuş insanlara kömək edən ‘The Max Foundation’-nun dəstəyi sayəsində mümkün olub.

20 oktyabr 2010-cu il tarixində “Hematologiya və Transfuziologiyanın aktual məsələləri adlı Beynəlxalq konfrans keçirilib.Azərbaycanda ilk dəfə Leykemiya problemi və onun müalicəsi haqqında keçirilən bu konfransda bir çox məsələlərə aydınlıq gətirilib.

Daha bir tədbir də görülüb.Belə ki, leykozlu uşaqlar üçün yay sağlamlıq düşərgəsi təşkil olunub.Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tərtib etdiyi “Biz və təbiət” layihəsi uğurla həyata keçirilib.Leykozlu uşaqların ailələri ilə birlikdə istirahətdə olduqları müddətdə bunun onların sağlamlığına müsbət təsir göstərdiyi, müalicə ilə birlikdə tətbiq olunduqda yaxşı nəticə verdiyi tədqiqatlar nəticəsində müəyyənləşdirilib.

Bütün bunlara baxmayaraq hələ də leykemiya xəstəliyi olan və müalicə oluna bilməyən uşaqlar var.25/04/11 tarixində BDU THİK-in Biologiya bürosunun üzvləri Hematologiya institutunda stasionar müalicədə olan uşaqlarla görüşdü.Şöbə müdiri Gülnar Hacıyeva bizə xəstələrin vəziyyəti haqqında məlumat verdi.Hal-hazırda 39 nəfər qeydiyyatdadır. Onlardan 6-ın vəziyyəti ağırdı.Digərlərinin müalicəsi üçün vəsait tələb olunur.Bu qorxulu xəstəliyin ağırlaşması, müalicə olunmaması hər dəqiqə ölümdü.Xəstələrlə təşkil olunmuş ikinci görüşdə müayinədə olan uşaqlardan bir neçəsinin artıq həyatda olmadığı bildirildi..Bunun üçün tez bir zamanda onlara köməklik göstərmək, müalicəsi mümkün olduğu halda ölümə məhkum olanları xilas etmək qarşıya qoyuldu.

LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ:

Bu layihənin məqsədi Azərbaycanda kəskin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara maddi və mənəvi yardım etməkdir.Maddi yardım dedikdə onları müalicələri üçün dərman preparatları ilə təmin etmək və remisiya halına gətirmək nəzərdə tutulur.Digər tərəfdən uzun müddət xəstə olan uşaqlarda psixoloji gərginlik müşahidə olunur.Alınan məlumatlara görə, psixoloqlarla münasibətdə olmaları – psixoloji vəziyyətlərinin normallaşması xəstəliyin müalicəsinə öz müsbət təsirini göstərir.Layihənin yerinə yetirilməsi üçün Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının Biologiya fakültəsi üzrə bürosu Azərbaycanda yaşayan kəskin leykoz, limfablast diaqnozlu uşaqların siyahısını tərtib etdi.

Leykozlu uşaqlara mənəvi dəstəyin olması maddi dəstək qədər lazımlıdır.

Vəziyyəti ağır olan və köməyə ehtiyac duyan xəstələrin sayı 177-dir.

Müalicədə istifadə olunan preparatların siyahısı: vinkristin, sitozar, rubamisin, L-asparaginada, neopansen .


LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ YOLLARI VƏ ÜSULLARI:


Layihənin may-sentyabr aylarında həyata keçirilməsi nəzərdə tutulub.Bunun üçün ilk növbədə xəstələrlə görüş təşkil olunacaq.Onların ehtiyacları haqqında məlumat toplanacaq.

Sonra Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova layihə haqqında təqdimat veriləcək və rektor bu təşəbbüsü qiymətləndirəcək.Layihənin icrasına başlamağa icazə alındıqdan sonra işə başlanacaq.

Genetik (millət vəkili) Kamilə Quliyeva bizə xəstəlik haqqında və xəstələrlə necə münasibət qurmaq barədə məlumat verəcək.Daha sonra Bakı Dövlət Universiteti fakültələrinin tələbə Həmkarlar Təşkilatının sədrləri ilə görüş keçiriləcək, onlar layihə ilə yaxından tanış ediləcək.”Böyük Millət”,”Ayna” qəzetlərində layihə ilə bağlı məqalə çap olunacaq.

(yuxarıda sadalananlar həyata keçirilmişdir).

Layihənin iştirakçıları təkcə Bakı Dövlət Universitetinin tələbələri deyil, eyni zamanda digər universitetlər də- Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,Azərbaycan Turizm İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Pedoqoji Universiteti,Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası, Xəzər Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti layihənin iştirakçıları olacaq və yaxından köməklik göstərəcəklər.Hər bir universitet ayrı-ayrılıqda müxtəlif tədbirlər görərək maddi köməklik göstərəcək.Bakı Dövlət Universitetində fakültələrin Tələbə Həmkarlar Təşkilatlarının təşəbbüsü ilə xeyriyyə konserti keçiriləcək cə əldə edilən vəsait hesaba əlavə olunacaq. İnsanları yardıma səsləmək üçün bir neçə tədbirin həyata keçirilməsi nəzərdə tutulub.Belə ki, universitetlərdə tələbələrin məlumatlanması üçün afişalar hazırlanacaq və müvafiq yerlərə asılacaq. Televiziya kanallarında anonsların yayınlanması da nəzərdə tutulmuşdur..AzTV, ANS,İTV,Xəzər telekanallarında “leykoz xəstələrinə yardım”la bağlı çəkilmiş anonslar yayınlanacaq.Bundan əlavə videoçarxlar və slaydlar hazırlanacaq.Müəyyən günlərdə layihədə iştirak edən universitetlərdə seminarlar təşkil olunaraq tələbələri bu qorxulu xəstəliklə və xəstəliyə tutulmuş uşaqlarların vəziyyəti ilə tanış etmək planlaşdırılıb.Azərbaycan radiosu 105 FMdə “Biz gələcəyik” verilişində layihə ilə bağlı söhbət aparmaq planlaşdırılır.Layihənin icrası sona çatdırıldıqdan sonra Bakı dövlət Universitetinin əsas korpusunun akt zalında bizə dəstək olacaq nazirliklərdən və digər qurum və təşkilatlardan gələn qonaqlar üçün konsertin təşkil olunması planlaşdırılır.Birinci hissədə layihənin nəticələri acıqlanacaq,bu haqda genis danışılacaq, hazırlanmış videoçarxlar təqdim olunacaq.İkinci hissəni isə əyləncəli proqram əhatə edəcək.

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(

Röya Ayxanın BDU-dakı konsertindən görüntülər(


Geri dön

THIS IS LEGEND

  • 5 iyul 2011 00:52
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
XEBERE GORE TWKLER

AliNikA

  • 22 iyun 2011 18:24
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
maraqli deyil

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Lindo

  • 4 iyun 2011 16:49
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

hazal kaya

  • 3 iyun 2011 15:49
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

Inciciceyi

  • 3 iyun 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk edirem no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 3 iyun 2011 00:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Memmedzade_Mesume

  • 2 iyun 2011 17:55
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
tesekkurer xebere gore

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

CrazyGirl

  • 2 iyun 2011 17:49
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Deyerli fikirleriniz........

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}