Bu gün İslam dünyasında “Üç aylar” başlayır

 
Bu gün İslam dünyasında “Üç aylar” başlayır

Üç aylar Hicri-Qəməri aylardan Rəcəb, Şaban və Ramazan aylarıdır. İslam peyğəmbəri Hz. Məhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır”, “Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur”.

Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam Dünyasında əsrlərdir “Üç aylar” ənənəsi var və bu üç aylar iqlimi möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç aylar adlandırılan rəcəb, şaban və ramazan ayları Uca Allahın, mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç aylar insanların mənəvi yüksəkliyə çatması üçün, tövbə etmək üçün, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.

Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç aylarda, nəfisləri ilə keçmiş bir ilin hesabatını aparır. Üç aylar həyatında həmişə fərqliliklər axtaran insanoğlunun yeknəsaqlıqdan qurtulması üçün vasitədir.

Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç aylar gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər, xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə Allaha olan şükrünü çoxaltmalıdır. Qısacası bütün müsəlmanlar üç aylarda böyük və kiçik günahlardan əl çəkməli, qiybət dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidir. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdır.

İslam peyğəmbəri “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir” – deyib. Xatırladaq ki, "Üç aylar"da xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanlar üç aylarda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur).


Geri dön

Lindo

  • 4 iyun 2011 17:05
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
Allah razı olsun təşəkkürlər

Inciciceyi

  • 3 iyun 2011 09:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 3 iyun 2011 00:21
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk edirem

--------------------

Teslim Olma 777

  • 2 iyun 2011 21:36
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
melumata gore coxsagol

Sara xanım

  • 2 iyun 2011 21:23
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
Tesekkurler. Allah razi olsun. Minnetdaram.

qaraqan_girl

  • 2 iyun 2011 18:56
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
ilk serh menden tesekkurler

lema

  • 2 iyun 2011 18:55
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.ela xeberdi...eziyyete göre twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}