İmamlarımızdan kəlamlar

 
İmamlarımızdan kəlamlar

1. Sənə pislik edənə özünü ona sevdirməyin qədər böyük bir cəza bilməzsən.

2. Sizə edən pisliyi əfv edin, millətinizə ediləni əsla.

3. Xəsis insan dünyada fəqir kimi yaşayar, axirətdə isə varlılar kimi sorğu- suala çəkilər.

4. Övladınızı dövrnüz üçün deyil, onların dövrü üçün yetişdirin.

5. Ey cavanlar! şərəfinizi tərbiyənizlə, ədəbinizlə, dininizi isə biliyinizlə qoruyun.

6. Arzu ılğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.

7. Adəm övladının hamısı səhv, xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir.

8. Ən üstün hikmət insanın özünü tanımasıdır.


İmamlarımızdan kəlamlar

9. ALLAHın itaətinə səbr etmək, Onun əzabına səbr etməkdən daha asandır.

10. Sözlərin ən pisi yalandır.

11. Günah edən zaman tövbə ilə onun məhvinə tələs.

12. Şərab içilən süfrədə oturmayın. Çünki, bəndə ölümünün nə vaxt çatacağını bilmir.

13. Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.

14. Cənnətin qiyməti la ilahə illallah sözüdür.

15. Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdir.

16. İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, Qiyamət günü ona qəm – qüssə gətirməsin.

İmamlarımızdan kəlamlar

17. Zarafatın yerində kin qalar.

18. İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.

19. Özündən yuxarddakına itaət et ki, səndən aşağıda olan sənə itaət etsin.

20. Mənim öz Rəbbimə əmimliyim var və dinimdə heç bir şübhə yoxdur.

21. Astadan danışmaq, baxışları aşağı salmaq,
rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.

22. ALLAHın zülümüdən qorxmayın,
(Çünki o heç kəsə zülm etməz), özünüz özünüzə zülm etməkdən qorxun.

23. Yer üzündə ALLAHın ən çox sevdiyi iş duadır.

24. Dünya sənin kölgənə bənzər. Dayansan,
o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar.


İmamlarımızdan kəlamlar

25. Müharibədə düşmənizlə qarşı- qarşıya gələndə, az söz danışın və ALLAHı çox yad edin.

26. Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür.
Onun əzizləməkdə də həddini aşma və elə eləmə ki,
(sənin yanında) kimisə şəfaət etməyə cürət etsin.

27. Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xususiyyətləridir.
Qürur, qorxalıq və xəsislik. Çünki qadın məğrur olsa özünü ( naməhrəmin) ixtiyarına
verməz. Xəsis (tutmcul) olsa, özünün və ərinin malını saxlayar,
qorxaq olsa başına gələn ( bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.

28. Ağlın başı, nəfsi istəklərlə mübarizədir.

29. Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.

30. Mən öz ALLAHımdan nə xoş sima övladlar istədim nə də boylu – buxunlu uşaq.
ALLAHdan ALLAHa itaət edən, Ondan qorxan övladlar
istədim ki, ona baxanda ALLAHa itaət etdiklərini görüm və gözlərim işıqlansın.

31. Hər kim özünü ALLAHın haramlarından saxlasa, ALLAHın bəxşişi ona tərəf tələsər.

32. Günah işləri davam etdirə - etdirə əfv diləməyin özü, yeni günahdır.

İmamlarımızdan kəlamlar

33. Tövbə etmək ruzini artırar.

34. Fitnələr üç növdür. Qadın sevgisi; bu
şeytanın qılıncıdır... Kim qadınsevən olsa həyatında bəhrə götürməz.

35. Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğrudur.

36. Dünya qurtaran , axirət isə əbədidir.

37. Hansısa bir işə görə səninlə dostluq edən kəs həmin işə nail olduqdan sonra sənə arxa çevirər.

38. Sənin həqiqi qardaşın xətadan keçən, ehtiyacını təmin edən, üzrünü qəbul edən,
eyblərinin üstünü örtən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.

39. Möminin sevinci üzündə , kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir ( çox hövsələli və geniş ürəklidir) .
Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan – şöhrətə nifrət bəslər.
Qəm – kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir.... Sükutu çoxdur və vaxtı boş keçmir.
Şükr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir.
Mülayim və mehribandır. İradəsi çaxmaq danışdan da möhkəmdir , amma bununla belə quldan da həqir və xardır.

40. Möminlərdən o şəxsi imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinc ALLAHa görədir.


Geri dön

Lindo

  • 4 iyun 2011 17:44
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
təşəkkürlər dəyərli sözlərə görə

MiLeyla

  • 3 iyun 2011 16:59
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
BU KELAMLAR QOY BEZI <INSANLARA>IBRET OLSUN///////HEQIQETEN COX TESEKKURLER.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

MY LOVE ZZ

  • 3 iyun 2011 12:17
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cox maraqla oxudum tewekkurler

Inciciceyi

  • 3 iyun 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
16. İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, Qiyamət günü ona qəm – qüssə gətirməsin.

twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 3 iyun 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Arzu ılğım kimidir,onu göreni aldadır ve ümid bağlayanı meyus edir.
Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 67
Cəmi: 87

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 146
 
The Shield
Xəbərləri: 37
Cəmi: 302
 
Darling
Xəbərləri: 36
Cəmi: 921
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}