Son dəfə

 
Son dəfə

Əlvida, ayrılırıq, köhnə mənzil.
Yaşadıq səndə neçə ay, neçə il.
Son dəfə
baxdım bu yalın divarlara, son dəfə.
Yeri boş
şəkillərdən qalan
mismarlara, son dəfə.
Son dəfə
üzüm yarpaqları pəncərələrdən
kölgələri mənimçün salır, son dəfə.
Son dəfə
qapı zəngi mənimçün çalır, son dəfə.
Kirayə kağızları hələ yoldadır,
Hələ dostum “bizə gəlib” deyə kimisə aldadır,
Kimsə hələ bu ünvana məktublar yazır,
Kimsə hələ bu telefona zəng vurub asır.
Susub artıq bütün səslər,
gülüşlər, qəhqəhələr,
“əşşi”lər, “sağ ol”lar, “əh”lər.
Susub yazı makinası,
çaynikin qaynaması,
Atılıb yerə yazılmamış vərəqi son dəftərin,
Son dəfə içəridən açıram cəftəni,
Söndürürəm işığı,
qapını bağlayıram, son dəfə
Adımı cırdığım özgə qapısında
ayaq saxlayıram, son dəfə
Bu qapının dalında qaldı ömrümüzün on ili,
Müddətimizi çəkdik, tərk edirik mənzili.
Bomboş otaqlarda dolaşır qərib bir kölgə,
ömrün ən xoş anlarını
burda qoyub gedirik bəlkə.
Son dəfə
Bu pillələrdə siqaret yandırıram, son dəfə.
Son dəfə
Bu tində maşın dayandırıram, son dəfə

Son dəfə


Geri dön

Inciciceyi

  • 7 iyun 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twk edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 17:47
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

_DreaM_

  • 3 iyun 2011 18:43
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
oxudum cox kederlendim ve cox da beyendim..maarqli seire gore tesekkurelr dostik...

--------------------

R.M_FaNaTka

  • 3 iyun 2011 18:21
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Əlvida, ayrılırıq, köhnə mənzil.
Yaşadıq səndə neçə ay, neçə il.
Son dəfə
baxdım bu yalın divarlara, son dəfə.
Yeri boş
şəkillərdən qalan
mismarlara, son dəfə.
Son dəfə
üzüm yarpaqları pəncərələrdən
kölgələri mənimçün salır, son dəfə.
Son dəfə
qapı zəngi mənimçün çalır, son dəfə.

--------------------

mulatka)))

  • 3 iyun 2011 18:15
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
Əlvida, ayrılırıq, köhnə mənzil.
Yaşadıq səndə neçə ay, neçə il.
Son dəfə
baxdım bu yalın divarlara, son dəfə.suuuuuuuuuuuuuuuuper kop etdim cooooooooox saqol

MuslimGirl

  • 3 iyun 2011 18:11
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
NURA_21,
xeyr. Yazıçı Anarın şeiridir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}