Ermənilər bu dəfə hansı bəhanə tapacaq?

 
Ermənilər bu dəfə hansı bəhanə tapacaq?

Həmsədr ölkələrin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsini israr etdikləri görüşə az bir müddət qalıb. Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz Departamentinin direktoru Andrey Kelin həmsədrlərin Qarabağ münaqişəsinin həll olunması üçün mühüm ay hesab etdiyi iyun prespektivləri barədə ekskluziv olaraq ANS-ə danışıb. Qeyd edək ki, Rusiyanın Kazan şəhərində bu ölkənin prezidentinin vasitəçiliyi ilə baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə düz 25 gün qalıb. Rusiyanın Xarici İşlər Nazirliyindən ANS-ə verilən məlumata görə, indi görüşə hazırlığ işləri gedir. “Bu iş üzərində prezidentlər işləyir, onlar üçün nazirlər müvafiq materialları hazırlayır. Eləcə də, həmsədrlər prosesdə iştirak edir. Hazırlıqda biz də iştirak edirik. Bu çox ciddi və həssas işdir”, - deyə Kelin vurğulayıb.

A. Kelin deyir ki, onlar lazım olan hər bir şeyi etməyə hazırdır: “Amma irəliləmək üçün hər şey tərəflərin iradəsindən asılıdır. Biz hesab edirik ki, indi sülh yolu ilə münaqişənin həlli üçün maksimum cəhdlər etmək gərəkdir və bundan sonra da bu sahədə işləmək lazımdır”.

Azərbaycanda da bu görüşə böyük önəm verilir. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun sözlərinə görə, münaqişənin həlli Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələrindən azad olunmasından başlamalıdır. Onun sözlərinə görə, ermənilər ədalətsiz işlərindən əl çəkməlidir və bizim torpaqlar azad olunmalıdır: “Dağlıq Qarabağ camaatı öz torpaqlarına qayıtmalıdır. Azərbaycanın tələbləri Dağlıq Qarabağın və Qarabağ ətrafı regionun Ermənistanın silahlı qüvvələrindən azad olunmasıdır. Orada yenidən minalardan təmizlənmə işləri aparılmalıdır. Əhalinin təhlükəsizliyi işləri aparılmalıdır”.

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov isə bildirib ki, bölgədə status-kvonun dəyişdirilməsi münaqişənin həllində Dağlıq Qarabağ və ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. O, Ermənistan tərəfinin Dovil bəyanatına ciddi yanaşacağına və hansısa bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacağına ümid etdiyini deyib.

Fikirlərinizi bildirin


Geri dön

THIS IS LEGEND

  • 5 iyul 2011 00:48
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
maragli xeberdi tewekkurler

Inciciceyi

  • 7 iyun 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:05
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Ermənilər tapsa nə var əsas ruslar tapmasın
tşk

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 14:00
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
XEBERE GORE SAGOL

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

... Deryam ...

  • 3 iyun 2011 22:22
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Hele cox daniwiq prosesleri cox goruwler olacaq ozude neticesiz...isteseler o da isteseler alarlar torpaqlari...ona gore hec narahat olmaga DEYMEZ...

--------------------

E_M_O

  • 3 iyun 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
TWKKKKKKKKKKKK

CandyGirl

  • 3 iyun 2011 19:13
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurlerr

--------------------

MiLeyla

  • 3 iyun 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
MENCE ermenilerin KOKU ZELILERDI.CUNKI ZELI KIMI YAPISIBLAR QOPMAQ BILMIRLER/














--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}