Yuxuların verdiyi məlumat

 
Yuxuların verdiyi məlumat

Yuxularla əlaqədar araşdırmalara əsasən, bizi nəyin xoşbəxt ya da çətinlikli hiss etdirdiyini və
ayrıldığımız birindən digərinə necə öyrəşəcəyimizə dair əhəmiyyətli məlumatlar verir.

Köhnə atəş alovlanar

Yuxunuzda özünüzü keçmişdə qalan bir əlaqə içində tapırsınız...Bunun səbəbi hal-hazırdakı əlaqənizin romantik flashback'lər yaratmasıdır. Başqasıyla yaxınlaşmağa və ona əhəmiyyət verməyə başladığınız zaman köhnə bir eşq xatirəsi yenidən alovlanar. Əgər həmin xatirə pisdirsə, bənzər bir macəraya atılıb atılmadığınızı düşünün. Və lakin həmin xatirə yaxşıdırsa, cəsarətlənin və buraxın su öz yolunu tapsın ...

İş yoldaşınızın sevimliniz olması

Panik etməyin. Birlikdəliyin mümkün olmayacağı adamlarla əlaqədar yuxular, ümumiyyətlə onunla birlikdə işləmək ya da birlikdə bir işi yaxşı etməyinizdən xoşunuz gəldiyinin sübutudur. Bu yuxular bütün gecə boyunca qığılcımların əlamətidir, amma yəqin ki, əsl eşq qığılcımı deyil.

Yuxuların verdiyi məlumat

Təcavüzə məruz qalmaq

Bu kabuslar izləndiyinizi hiss etməyinizə səbəb olan bir insanın yaratdığı gərginliyi əks etdirir. Ümumiyyətlə yeni bir tanışlıq dövründə çoxalar və nəzərə alınmalıdır. Səbəbinin isə əsəbi olmağınız qədər də, gözünüzü açıq saxlamaq lazım olduğuna dair bir siqnal da ola biləcəyini unutmayın. Qarşınızdakı insanı yaxşıca tanıyana qədər bir az təmkinli davranmağın hər zaman faydası var.

Məşhur bir adam ilə romantika

Məgər bir məşhur insanın seçilən pərəstişkarı olduğunuzu gördüyünüz gecələr olmadı? Yuxuda bir məşhur ilə birlikdə olmaq gerçək həyatda əskikliyini hiss etdiyiniz bəzi dəyərlərin olduğunun xəbərçisidir. Birlikdə olduğunuzu gördüyünüz bu məşhur adam əslində sizin üçün keyfiyyəti təmsil edir. Axtardığınız şey daha yaxşı şərtlər altında yaşamadır. Bundan başqa, özünüzə etibarınızın də nəticəsinində bu yuxuların görüldüyünü bilirsinizmi? Əksər hallarda isə bu yuxunun görülmə səbəbi həmin məşhuru həqiqətən arzulamağınızdır. Yəni, yalnız yuxuda deyil gündəlik həyatınızda da onu həqiqətən istəyirsinizsə, yuxularınıza girməsindən daha təbii nə var?

İflasa uğrayan ehtiras

Çox zövqlü bir randevunun pik nöqtəsində, lazımsız kimsə içəri girir və yaşanan anı bölür. Həvəsin tamamilə qırıldığı bu açıq-aşkar səhnə, ümumiyyətlə gerçək həyatdakı çox daha xüsusi və qiymətli anların pozulmasına dair bir əksetdirmədir. İş, ailə, ya da başqa bir şeyin arzu və xəyallarınızı sıxışdırıb məhv etdiyini düşürsünüz? Bu mövzuda diqqətli olun və şəxsi həyatınızla bağlı mövzularda dəqiq və yerində zaman seçməyi öyrənin.

Rahat bir yer tapa bilməmək

Alovlu bir birlikdəlik üçün ətrafdakılardan təcrid olunan yeri tapmağınız yuxunuzda qeyri-mümkündür! Bu, romantik səmimiyyətin, hal-hazırda çox çətin olduğunu bildirər. Bir ayrılıq mərhələsində ola bilərsiniz, ya da bir xəyal qırıqlığı yaşayıb yaxın olduğunuz insana qarşı həvəsiniz itmişdir. Əgər hələ də təcrübəsiz bir münasibətin əziyyətin çəkirsinizsə, düzəlmək üçün vaxta ehtiyacınız olacaq. Həmin vaxtı özünüzə əsirgəməyin...

Yuxuların verdiyi məlumat

Rəfiqənizin sevgilisi sizinlə

Yuxuda da olsa heç xoş bir hal deyil. Dərhal panikaya düşüb ona həqiqətən vurulduğunuzu düşünməyin. Bu yuxu sizdə getdikcə azalan hiss və duyğuların göstəricisidir. Özünüzdən soruşun: ``Yuxuda gördüyünüz ən xoşunuza gələn nə idi?`` Əmin olun ki, həmin xoşunuza gələn şey sizin real həyatda sahib olmadığınız şeydir. Həqiqətəndə sevgidə kiçik oyunlara ehtiyacınız var.

Çirkin müdiriniz ilə romantika

Əslində ona qarşı bir az simpatiyanız var, heç də təəccüblənməyin. Bu yuxu iş həyatında aldığınız məsuliyyətlərdən əlavə, həmçinin də özünüzü zəif hiss etməyinizin də şüuraltına əks olunmasıdır. Eləcə də yuxuda çirkin bir insanla yaxın olmaq özünüzü çox sıxışdırıb haqq-hesab apardığınızı da bildirir. Özünüzə sərbəstlik verin...

Bir qadınla yaşanan romantika

Yuxuda bir qadınla yaxınlıq tez-tez görülən yuxulardandır. Əgər normal qadınsınızsa bu yuxu sizi çaşdırmasın- eynicinsə meyil göstərdiyiniz mənasını qətiyyən verməz.. Əksinə içinizdəki qadın ruhunun və hisslərinin daha çox ortaya çıxmasıyla əlaqədar yuxudur. Belə ki, sizin ürəyinizə və hisslərinizə incəliklə toxunacaq bir münasibətə ehtiyacınız var.. İstəklərinizi qarşı tərəfə bildirməkdən çəkinməyin..

Siz bu yuxulardan hansınısa görmüsünüz?
Fikirlərinizi bölüşməkdən çəkinməyin...


Geri dön

beyaz melek

  • 9 avqust 2011 19:34
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
hec birini de gormemisem.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Inciciceyi

  • 7 iyun 2011 10:50
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 6 iyun 2011 20:02
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
TEWEKKYURLER

--------------------

Lindo

  • 4 iyun 2011 17:50
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
ümümiyyətlə yuxulara inanmıram hamısı psixoloji şeylərdi
ac toyuq yuxuda darı görərə məsəli tşk

_DreaM_

  • 3 iyun 2011 18:45
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
men bu yuxulardan hec birini gormemisem..iki defe yuxumda gormusem ki ayri-ayri oglanlar her yuxumda basqa bir oglan gormusem bunun menasi nedir bilmirsiz?

--------------------

mulatka)))

  • 3 iyun 2011 18:13
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
ayyyyyy coooooooooooooox saqol maraqlidi kop edim her yuxu gorende buna uygun oxuyum yoxsa yadimda qalmayacaq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}