Sağlam və parıltılı saçların sirri

 
Sağlam və parıltılı saçların sirri

Sağlam və parıltılı saçların sirri[
Xanımlar gözəl və cəlbedici görünmək istəyirsiniz?

Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınızın da gözəl görünməsinə çalışmalısınız.
Təbii ki, buna saçlarınıza xüsusi qulluq etməklə nail ola bilərsiniz.
Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız?

Sizə bu işdə köməklik göstərmək məqsədilə topladığımız materialları təqdim edir.

Quru və normal saçlar üçün maskalar

Çörək maskası:
- Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın.
Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.

Bal maskası:
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın.
Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun.

Yumurta maskası:
- 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı
saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.

Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq.

Sağlam və parıltılı saçların sirri

Araq maskası:
- Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni ölçüdə götürün və saçlarınızı yuyun.

Yağlı saçlar üçün maskalar

Yoqurt, kefir, qatıq maskası:
- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür.
Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.

soğan maskası:
- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır,
saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin
çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan
suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı
polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.

Saçları qalın və hamar edən maska

Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
- Bal
- Konyak
- Zeytun yağı

Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen
papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun.
Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxalayın.
Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.

Sağlam və parıltılı saçların sirri

Bütün saç növləri üçün maskalar

- Orta ölçülü qara turpu sürtgəcdən keçirin. Şirəni süzərək saçlara sürtün.
Onları dəsmalla örtün və 30-40 dəqiqə gözləyin.
Sonra saçlarını şampunla yuyun. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska

- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə edin.
Hamısını yaxşıca qarışdırın və lap az yuyulmuş saça sürtün.
Maskanı 3-5 saat saxlayın, sonra isə şampunla yuyun.
Sonda, saçlarınızı limon şirəsi ilə yaxalayın.

- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni ölçüdə) üzərinə
2 çay qaşığı limon şirəsini əlavə edin. Buda zədələnmiş
saçların bərpası üçün əla vasitədir

Sağlam və parıltılı saçların sirri

Saçları parıltılı edən maska

Aşağıdakı komponentləri qarışdırın
- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı çətənə yağı
- 1 xörək qaşığı badam və ya yoyoba yağı
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı alma sirkəsi

Bunları qarışdırın, tərkib duru alınarsa, onda yarım çay qaşığı nişasta əlavə edin.
Maskanı saçlara sürtün və darayın. 15 dəqiqədən sonra maskanı yumamaq şərti ilə,
ikinci dəfə sürt və 2-3 saat gözləyin. Vaxt tamam olduqdan sonra saçları şampun
və kondisionerlə yuyun. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir


Geri dön

baby (nice) ......

  • 29 oktyabr 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
ay cok hosuma gitdi smile

MIRKARIM

  • 14 sentyabr 2011 20:04
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
TWK EDIRAM smile

nazligul

  • 22 avqust 2011 15:31
  • Məqalə: 10
  • Şərh: 316
  • Bal:
{awards}
supersiz tesekkurler

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

only-girl

  • 14 iyul 2011 20:34
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
saçlarımdan şikayətim yoxdur tşk

--------------------

Inciciceyi

  • 7 iyun 2011 10:33
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk maraqli melumatdi
amaki ehtiyacim yoxdu

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:09
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
saçlarımdan şikayətim yoxdur tşk

sehla a.

  • 4 iyun 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
NƏ YAXSI. VAXT TAPSAM SAÇLARİMA QULLUQ EDEREM

R.M_FaNaTka

  • 3 iyun 2011 19:21
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmmm.................tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}