Bakı şəhəri Ramazan Ayının İlk Gününü Belə Qarşılayır

 
Bakı şəhəri Ramazan Ayının İlk Gününü Belə Qarşılayır

Artıq mübarək Ramazan ayı daxil olub. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mübarək Ramazan ayı yaşanır. “Yaşanır” kəlməsini ilk öncə hərfi mənada yazdıq. Ancaq həqiqətdə necə? Məmləkətimizdə mübarək Ramazan ayı yaşanırmı? Hiss olunurmu? Və ya yaşanırsa, bu nə dərəcədir?
Elə bu sualları cavablandırmaq məqsədilə Bakı şəhərinin ən gur yerlərindən Ramazan ayının ilk günü ilə bağlı reportaj hazırladıq.

Ramazan ayında Bakı restoranları

Reportajımız ilk olaraq şəhərin tanınmış restoranlarından başladıq. Olduğumuz restoran və şadlıq evlərinin demək olar ki, əksəriyyətində eyni vəziyyətlə rastlaşdıq – restoranlar bir ay müddətinə bağlanıb, bəzilərində təmir işləri aparılır, bəzilərində isə sadəcə olaraq stullar stollar üzərinə qaldırılıb və bu ay üçün heç bir toy sifarişləri qəbul edilmir.

Ramazan ayında Bakının kafeləri

Bakının bütün kafeləri olmasa da, bəziləri bağlıdır. Maraqlısı odur ki, bağlı olan kafelərin çoxu Bakıda fəaliyyət göstərən türk kafeləridir. Xüsusi olaraq, onlardan “Böyük firat”, “Böyük Lahmacun”, “Atom” və s. kafeləri göstərmək olar. Həmin kafelər yalnız iftar zamanına qədər bağlı olur. İftar zamanından etibarən bu kafelərdə gücləndirilmiş iş başlayır. Kafe rəhbərliyi ilə apardığımız söhbətlər zamanı bildirdilər ki, işçilər yalnız günortadan sonra işə gəlirlər. “İşçilərimizin əksəriyyətini günortaya qədər işdən azad edirik. Onların çoxu demək olar ki, bu ayda oruc tutur və buna görə də, onlar iftar zamanına qədər dincəlirlər ki, iftar zamanı xidmət göstərə bilsinlər. Azərbaycanda fəaliyyət göstərən digər kafelərə də məsləhətimiz bu olar ki, onlar da müqəddəs ayın hörmətinə bağlasınlar. Unutmaq olmaz ki, ruzini verən Allahdır”, - deyə türk kafesinin rəhbərliyindən adının çəkilməsini istəməyən bir nəfər söhbəti zamanı bildirdi. “Böyük Lahmacun” kafesinin mühasibi Kenan Enri isə Ramazan ayında kafenin bağlı olmasının onların büdcəsinə təsiri barədə danışdı. “İftara qədər bağlı oluruq və bunu hər il edirik. Ramazan ayında iftara qədər bağlı olmaq büdcəimizə böyük bir təsir etmir. Yay olmasını nəzər alsaq, onsuzda insanlar axşam vaxtı buraya gəlir. İndi isə xüsusi iftar menyuları hazırladığımızdan müştərilərimiz daha çox olur və gəlirimiz də çoxalır”, - deyə Enri bildirdi.

Ramazan ayında Bakı şəhərinin küçələri

Şəhərdə Ramazan ayının gəlişini hiss etdirən amillərindən biri də, demək olar ki, bütün dükan və bazarlarda xurmanın satılması idi. Əksər dükanlar “Satışda xurma var” yazısını böyüdərək mağaza pəncərələrinə yapışdırmışdı.
Şəhrdə su və dondurma satanlar alverlərinin xeyli zəifləməsindən danışırdı. “Ən çox məhsulumuzu günorta vaxtları sata bilirdik. İndi Ramazan ayıdır və yəgin ki, insanların çoxu oruc tutur, ona görə də bizdən mal alan çox azalıb”, deyə satıcılardan biri bildirdi.
Şəhərdə gəzdiyimiz zaman diqqət etdik ki, əvvəllər əlində su, siqaret və ictimaiyyət arasında qəbul edilməsinə pis baxılmayan qidaları istifadə edənlər çox olurdusa, indi belələri qarşımıza tək-tük çıxırdı.

Bakı sakinlərinin Ramazan ayı təəssüratları

Şəhər əhalisinin Ramazan ayının ilk günündə təəssüratlarını öyrənmək üçün sonda “Ramazan ayının ilk gününü necə qarşıladız?”, sualı ilə əhali arasında sorğu keçirdik.
İlk müsahibimiz yaşı təqribən 45-50 olan Tahir müəllim oldu. “Ramazan ayının gəlişi bizləri çox sevindirir. Əlbəttə ki, demək olmaz ki, oruc tutmaqda çətinliyimiz yoxdur, xeyr var. Lakin, fikirləşəndə ki, bu işi Allaha xatir görürsən və əvəzini ondan alacaqsan, onda insana bir o qədər çətin gəlmir”, - deyə Tahir müəllim bildirdi.
Digər bir müsahibimiz gənc tələbə Seymur Əliyev Ramazan ayının məhz yaya düşməsində bir gözəllik olduğunu vurğuladı. “Ramazan ayının yaya düşməsi məni çox sevindirir. Qışda oruc tutmağa nə varki? Ancaq 16 saat yayın günündə susuz qalmaq şəxsən mənə ləzzət edir”.
Bəzi müsahiblərimiz Ramazan aynda oruc tutmadığını bildirdi. Maraqlıdır ki, onların əksəriyyəti oruc tutmamaqlarına səbəb kimi xəstə olduqlarını göstərdi. “Oruc tuta bilmirəm. Bu mənim səhhətimlə əlaqədardır. Ancaq bu ayda çoxlu yaxşı işlər görməyə çalışıram. Oruc tutanların oruclarının Allah dərgahında qəbul olunmasını diləyirəm”, - deyə müsahiblərimizdən biri mağaza satıcısı olan Xalidə xanım bildirdi.
İsti yay günlərdində şəhərin taksi sürücüləri də oruc tutur. “Bəlkə də ən çətin iş bizim işimizdir. Lakin, buna baxmayaraq Allahın vacib buyurduğu orucu tutmağa çalışırıq. Bütün çətinlikdə Allah kömək olur və ona görə də çətinliyi demək olar ki, hiss etmirik. Ona görə də, oruc tutmayanların işinin çətin olması ilə əlaqələndirənlər bunu sadəcə bəhanə edirlər”, - deyə taksi sürücüsü, 37 yaşlı Kazım Əsədov bildirdi.


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 13:17
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_RONALDO_

  • 3 aprel 2011 13:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Boyuk Firat bizim evimizin yaninda yerlesir ve o hemise ki kimi aciqdi..bagli deyil..bunu eminlikle deye bilerem...qaladi Azerbaycana azerbaycanda ramazan ayinin olmasi hecccc hiss edilmir..adi gun kimi yasayiriq...ama turkiyede tamam basqa curdu..butun televiziya verlisleri ramazandan daniusir..hec bir restoran..iftardan evvel acilmir!cayxanalar baglanir..seher tezden yemek yemek ucun duran oruclar ucun..subhler musiqi aletlerin cala-cala kuceleri gezirler..ve ss..neise..azerbaycanda ise heleki qarsiam bagli kafe ve ya restoran coxmayib!

--------------------

Ulya

  • 20 avqust 2010 19:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore tesekkurler.

MuslimGirl

  • 20 avqust 2010 14:09
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah haminin orucunu qebul etsin!
Sitat: winner...
Boyuk Firat bizim evimizin yaninda yerlesir ve o hemise ki kimi aciqdi..bagli deyil..bunu eminlikle deye bilerem...qaladi Azerbaycana azerbaycanda ramazan ayinin olmasi hecccc hiss edilmir..adi gun kimi yasayiriq...ama turkiyede tamam basqa curdu..butun televiziya verlisleri ramazandan daniusir..hec bir restoran..iftardan evvel acilmir!cayxanalar baglanir..seher tezden yemek yemek ucun duran oruclar ucun..subhler musiqi aletlerin cala-cala kuceleri gezirler..ve ss..neise..azerbaycanda ise heleki qarsiam bagli kafe ve ya restoran coxmayib!

Cox maraqlidir. no

_Unal_

  • 20 avqust 2010 12:32
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
cox maraqlidir.En cox diqqetimi celb eden Ramazan ayında Bakının kafeləri oldu.

--------------------

winner...

  • 20 avqust 2010 12:01
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
Xüsusi olaraq, onlardan “Böyük firat”, “Böyük Lahmacun”, “Atom” və s. kafeləri göstərmək olar.

Boyuk Firat bizim evimizin yaninda yerlesir ve o hemise ki kimi aciqdi..bagli deyil..bunu eminlikle deye bilerem...qaladi Azerbaycana azerbaycanda ramazan ayinin olmasi hecccc hiss edilmir..adi gun kimi yasayiriq...ama turkiyede tamam basqa curdu..butun televiziya verlisleri ramazandan daniusir..hec bir restoran..iftardan evvel acilmir!cayxanalar baglanir..seher tezden yemek yemek ucun duran oruclar ucun..subhler musiqi aletlerin cala-cala kuceleri gezirler..ve ss..neise..azerbaycanda ise heleki qarsiam bagli kafe ve ya restoran coxmayib!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}