Duanın qəbul olması üçün qayda

 
Duanın qəbul olması üçün qayda
Duanın qəbul olması üçün qayda

Duanın ədəbləri barədə
Duanın on ədəbi vardır:

1. Şərəfli məqamları qənimət hesab etmək. Məsələn, ərəfə günü, ramazan ayı, cümə günü, gecənin axırları (yəni, gecənin sübh namazından qabaqkı hissəsi) və s. Peyğəmbər (s) buyurub: Gecənin axırıncı üçdə bir hissəsində Allah-təala bir mələyi dünya səmasına göndərər ki, uca səslə car çəkib deyər: Kimdir ki, dua etsin və duası qəbul olunsun? Kimdir ki, xahiş etsin və ona əta olunsun? Kimdir ki, bağışlanma diləyir və bağışlanır?

Duanın qəbul olması üçün qayda

2. Münasib anlardan yararlanmaq. Məsələn, hədislərdə gəlmişdir ki, göyün qapıları mücahidlərin Allah yolunda döyüşmək üçün sıraya düzüldükləri vaxt, vacib namaz vaxtları açıq olur. Elə isə, bu vaxtları dua etməkdən ötrü qənimət bilin. Bir hədisdə Peyğəmbər (s) buyurur: “Oruc tutan şəxsin duası rədd olunmaz.” Eləcə də, buyurub: “Bəndə səcdədə olarkən Allaha yaxın olduğu qədər heç bir anda Ona bu qədər yaxın olmur. Elə isə, səcdədə olarkən çox dua edin.”

Duanın qəbul olması üçün qayda

3. Dua edərkən üzü qibləyə oturulsun və əlləri o qədər göyə qaldırsın ki, qoltuqları görünsün. Salman Farsi Peyğəmbərin (s) belə buyurduğunu deyir: “Sizin Allahınız kərim və həyalıdır. Elə ki, bəndəsi dua etməkdən ötrü əllərini qaldırar, həya edər ki, Öz bəndəsinin əllərini boş qaytarsın.” Peyğəmbər (s) hər zaman dua etdikdən sonra əllərini mübarək üzünə sürtərdi

Duanın qəbul olması üçün qayda

4. Dua gərək aram və gizli şəkildə edilsin. Quranda buyurulur: “Öz Pərvərdigarınızı gizli şəkildə və ah-zar edərək yalvardığınız halda çağırın.”

Duanın qəbul olması üçün qayda

5. Hacətlər dilə gətirilsin. İmam Cəfər Sadiq (ə) buyurub: “Allah-təala dua edən bəndələrinin hacətlərindən xəbərdardır, amma Allahın xoşu gəlir ki, bəndəsi öz hacətlərini dilə gətirsin və eləcə də, duanı cəm halda edin ki, qəbul olunmağa daha yaxındır.”

Duanın qəbul olması üçün qayda

6. Dua gərək ümid və qorxu halında edilsin; dua edərkən ali istəklərdə olsun. Çünki, heç bir şey Allahdan ötrü çətin deyil və duanın qəbul ediləcəyinə yəqini olsun, çünki, qəflətdə olan qəlbdən dua qəbul edilməz.

Duanın qəbul olması üçün qayda

7. Dua edərkən gərək israr edilsin və öz istəyini üç dəfə dilə gətirsin. Məsud deyir ki, Peyğəmbər (s) dua və istəklərini üç dəfə təkrar edərdi. Dua edərkən gərək tələsmək lazım deyil. Peyğəmbər (s) bu barədə belə buyurur: “Dua qəbul olacaq. Siz tələsməyin və deməyin ki, mən dua etdim, lakin qəbul olmadı. Çox dua edin! Çünki, siz Kərim olan Allahı çağırırsınız.

Duanın qəbul olması üçün qayda

9.Duadan qabaq Allaha zikr deyilsin. Bir hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (s) buyurub: “Dua etmək istəyərkən əvvəl mənə salavat göndərin. Allah böyük kərəm sahibidir. Allah belə deyil ki, iki istəyin birini qəbul edib, digərini geri qaytarsın. Çünki, salavat qəti olaraq qəbul edilən duadır.

Duanın qəbul olması üçün qayda

10. Duanın batini qaydaları yerinə yetirilsin. Bu, yuxarıda qeyd olunan bütün şərtlərin əsası və köküdür. Məsələn, günahlardan tövbə etsin, camaatın haqqını ödəsin, Haqqın müqəddəs zatına kamil surətdə diqqət yetirsin və s.

Duanın qəbul olunmasından ötrü ən mühüm şərtlər bunlardır.

Duanın qəbul olması üçün qayda


Geri dön

Inciciceyi

  • 7 iyun 2011 10:40
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

beauty

  • 6 iyun 2011 14:37
  • Məqalə: 13
  • Şərh: 272
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

Lindo

  • 4 iyun 2011 18:02
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}

ALLAH RAZI OLSUN
TƏŞƏKKÜRLƏR

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 3 iyun 2011 23:17
  • Məqalə: 1154
  • Şərh: 319
  • Bal:
{awards}
YAZAN ELLER VAR OLSUN

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

R.M_FaNaTka

  • 3 iyun 2011 18:44
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
2. Münasib anlardan yararlanmaq. Məsələn, hədislərdə gəlmişdir ki, göyün qapıları mücahidlərin Allah yolunda döyüşmək üçün sıraya düzüldükləri vaxt, vacib namaz vaxtları açıq olur. Elə isə, bu vaxtları dua etməkdən ötrü qənimət bilin. Bir hədisdə Peyğəmbər (s) buyurur: “Oruc tutan şəxsin duası rədd olunmaz.” Eləcə də, buyurub: “Bəndə səcdədə olarkən Allaha yaxın olduğu qədər heç bir anda Ona bu qədər yaxın olmur. Elə isə, səcdədə olarkən çox dua edin.”

3. Dua edərkən üzü qibləyə oturulsun və əlləri o qədər göyə qaldırsın ki, qoltuqları görünsün. Salman Farsi Peyğəmbərin (s) belə buyurduğunu deyir: “Sizin Allahınız kərim və həyalıdır. Elə ki, bəndəsi dua etməkdən ötrü əllərini qaldırar, həya edər ki, Öz bəndəsinin əllərini boş qaytarsın.” Peyğəmbər (s) hər zaman dua etdikdən sonra əllərini mübarək üzünə sürtərdi

4. Dua gərək aram və gizli şəkildə edilsin. Quranda buyurulur: “Öz Pərvərdigarınızı gizli şəkildə və ah-zar edərək yalvardığınız halda çağırın.”

5. Hacətlər dilə gətirilsin. İmam Cəfər Sadiq (ə) buyurub: “Allah-təala dua edən bəndələrinin hacətlərindən xəbərdardır, amma Allahın xoşu gəlir ki, bəndəsi öz hacətlərini dilə gətirsin və eləcə də, duanı cəm halda edin ki, qəbul olunmağa daha yaxındır.”




allah razi olsun bacim menim gozel ce deyerli xeber ucun hamsi dogrudur ellerin derd gormesin insallah amin!!

--------------------

MuslimGirl

  • 3 iyun 2011 18:42
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Ərəfə günü, ramazan ayı, cümə günü, gecənin axırları bu günlərdə edilən dualar geri çevrilməz. Müsəlmanlar bu günlərindən layiqincə istifadə etsinlər. Uca Rəbbim, hamımızın xeyirli dualarını qəbul etsin! Amin! Dəyərli xəbər üçün Allah razı olsun səndən, bacı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}