Gecə namazı

 
Gecə namazı

Gecə namazının qılınma qaydası
Imam Sadiq (ə) buyurur: "Gecə namazı ruzunu çoxaldar"
Imam Sadiq (ə) başqa bir hədisdə buyurmuşdur: "Gecə namazı qılan şəxs, ac qaldığını güman edərsə, yalan demişdir. Çünki gecə namazı günün ruzusunun zaminidir"

Gecə namazı

Ayətullah-ul-uzma Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda deyilir ki, gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
Ilk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına bənzərdir. 1-ci rükətdə "Fatihə" "Ixlas", 2-ci rükətdə "Fatihə" "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmek olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (s.ə) zikrini demək savabdır.
Sonra 2 rükət "şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə"-dən sonra "Nas", 2-ci rükətində "Fatihə"-dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"-dən sonra 3 dəfə "Ixlas" ve 1 dəfə "Fələq"-lə "Nas" surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər möminin bağışlanması üçün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var.
Gecə namazı vacib deyil, müstəhəb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmırsınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinizə görə, Allah düzgün gecə namazının savabını Sizə verər İnşallah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayət etməyiniz lazımdır!!!

Gecə namazı


Gecə namazının fəziləti

Quran:
«Və gecənin bir hissəsini oyaq qal ki, bu (gecə namazı) sənin üçün nafilə ibadətidir. Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın». (İsra surəsi, ayə 79)
«Şübhəsiz ki, gecə yuxudan qalxmağın əziyyəti daha çoxdur və sözləri (o zaman) daha doğrudur». (Muzəmmil surəsi, ayə 6)
Hədis:
1. Allahın Peyğəmbəri (s): «Cəbrayıl ibadət üçün gecə oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin, heç vaxt gecələr yatmayacağını güman etdim». (Əmali Səduq, səh.349,hədis 1)
2. Allahın Peyğəmbəri (s): «Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, öz həyat yoldaşını namaz qılmaq üçün oyadan və əgər qalxmaq istəməsə onun üzünə su çiləyən kişiyə. Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, ərini namaz üçün oyadan və əgər imtina edərsə, onun üzünə su çiləyən qadına». (Sunəni ibni Əbu-Davud, hədis 1450)
3. Allahın Peyğəmbəri (s): «Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-Taala onun qəlbində nuru sabit edər.. Sonra mələklərinə buyurar: Ey mənim mələklərim! Baxın mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım». (Əmali Səduq, hədis 230, hədis 9)
4. Allahın Peyğəmbəri (s): «İbadət üçün gecə oyaq qalmağı sizə tövsiyə edirəm ki, bu sizdən əvvəlki ləyaqət sahiblərinin həyat tərzidir.Gecə oyaq qalmaq Allaha yaxınlaşmaq və günahlardan çəkinməyin vasitəsidir». (Kənzul-ummal, hədis 21428)
3661.İmam Əli (ə): «İbadət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah-Taalanın razılığının, Allahın rəhməti altında olmağın və peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir». (Biharul-ənvar, c.78, səh.143, hədis 17)
5. İmam Əli (ə): «Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim vaxtdan gecə namazını tərk etmədim». İbn Həvva soruşdu: «Hətta hərir (Hərir gecəsi - Siffeyn müharibəsində gecəni sübhədək davam edən şiddətli döyüş kimi tanınmışdır) gecəsi də?» Buyurdu: «Bəli, hətta hərir gecəsi də». (Biharul-ənvar, c.41, səh.17, hədis 10)

Gecə namazı

6. İmam Sadiq (ə): «Möminin şərəfi onun gecə namazı və izzəti isə xalqın abrını tökməkdən çəkinməyidir». (əl-Kafi, c.3, səh.488, hədis 9)
7. İmam Sadiq (ə): «İbadət üçün gecə oyaq qalmağı tərk etmə. Çünki uduzan o olacaq ki, gecə oyaq qalmağı uduzsun». (Məanil-əxbar, səh.342, hədis 1)
8. İmam Sadiq (ə): «Quranda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-Taalanın yanında o qədər əhəmiyyətlidir ki, O, onun savabını məlum etməmiş və buyurmuşdur: «Yanları yataqlardan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz (Səcdə surəsi, ayə 16)». (Biharul-ənvar, c.8, səh.126)
9. İmam Sadiq (ə):«Gecə namazı üzü ağ və nurani edər. Gecə namazı insanı xoş ətirli edər, gecə namazı ruzi gətirər. (İləluş-şəraye, səh.363, hədis 1)

Gecə namazı

Gecə Namazından məhrum olmağın amilləri

10. İmam Əli (ə) (bir kişi «Mən gecə namazından məhrum olmuşam» deyə ərz edərkən): «Sən elə bir adamsan ki, günahların səni zəncirləmişdir». (əl-Kafi, c.3, səh.450, hədis 34)
11. İmam Sadiq (ə): «İnsan hər bir yalanı danışar və buna görə, gecə namazından məhrum olar». (İləluş-şəraye, səh.362, hədis 2)

Gecə namazı qılmaq niyyətində olan və yuxuya gedən şəxsin savabı

12. Allahın Peyğəmbəri (s): «Namaz qılmaq üçün gecənin bir hissəsini oyaq qalmağı niyyət edən, amma yuxuya qalan elə bir bəndə yoxdur ki, onun yuxusu, Allahın onun tərəfindən verdiyi sədəqə və etdiyi niyyət, bir savab kimi onunçün yazılmasın». (Kənzul-ummal, hədis 21475)

Gecə namazı


Geri dön

Inciciceyi

  • 7 iyun 2011 10:27
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun
xeber ucun twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:18
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
əla xəbərdi tşk

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:57
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
oxudum axira kimi Allah razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lema

  • 3 iyun 2011 19:55
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Bunları bilirem.yenede twk...Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}