Bu Görüş

 
Bu Görüş

Bu Görüş

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün ö keçən günü,
Hanı öz əhdinə ö dönük andım...
Sənin "gəl barışaq" təbəssümünü,
Mən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə yaxın,
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır insan.

Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.

Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf təəssüf təəssüf ilə,
Qayıda bilməyən günə təəssüf...!

Bu Görüş


Geri dön

ozlem2010

  • 2 iyul 2011 22:59
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:

Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf təəssüf təəssüf ilə,
Qayıda bilməyən günə təəssüf...!

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Inciciceyi

  • 7 iyun 2011 10:32
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
İndi dayanmışıq üz-üzə yaxın,
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır insan.


twwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:10
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah bütün sevənləri qovuşdursun nə deyim sevgi bölməsində olan xəbərlər şərh yaza bilmirəm
yenə də tşk

sehla a.

  • 3 iyun 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
TƏŞƏKKURLƏR

SERDAR ORTAÇ

esger nicat

  • 3 iyun 2011 20:04
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Twk.jasmin tebrik edirem yaxwi weirdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}