ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası Xocalı faciəsi haqqında qətnamə qəbul edib

 
ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası Xocalı faciəsi haqqında qətnamə qəbul edib

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) illik kampaniyası nəticəsində Texas ştatının Nümayəndələr
Palatası Xocalı faciəsi haqqında qətnamə qəbul edib. Trend-in məlumatına görə, USAN-in məlumatında deyilir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlıların yaşadığı Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Müəllifi dövlət nümayəndəsi Cim Merfinin (R-TX) olduğu HR 535 saylı qətnaməsi Nümayəndələr Palatası tərəfindən martın 3-də səsvermə zamanı qəbul edilib. Xocalıda soyqırımın törədilməsinin tanınması haqqında bu qətnamə Texas ştatının qanunvericilik yığıncağı çərçivəsində və milli miqyasda ilk qətnamədir.

USAN-in Direktorlar Şurası Cim Merfiyə, Nümayəndələr Palatasının spikeri Co Ştrausa və bütün Texas qanunvericilərinə Azərbaycan xalqının yaşadığı faciənin tanınmasına insani dəyərlərə sadiqlik göstərdiklərinə görə dərin təşəkkürünü bildirir.


Geri dön

THIS IS LEGEND

  • 5 iyul 2011 00:47
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
maragli xeberdi tewekkurler

Inciciceyi

  • 7 iyun 2011 10:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:26
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
gecikmiş ədalət tşk

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
XEBERE GORE SAGOL

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}