Mən sənə bəy deyim ki, bəylər hər an bəy olur!

 
Mən sənə bəy deyim ki, bəylər hər an bəy olur!

İnsanların bir-birinə müraciət formasında hansı ifadənin seçilməsi hər zaman aktual və mübahisəli olub. Qadınlara ünvanlanan müraciətdə, demək olar ki, fikir ayrılığı yoxdur. Qadınlara hər kəs “xanım” deməyə tərəfdardır. Kişilərə bu müraciətin necə olunmasıdı mübahisələrə yol açan məqam.
1988-ci ildən başlayan milli-azadlıq hərəkatı milli-mənəvi dəyərlərimizə qayıdış baxımından “bəy” müraciətini bərpa etdi. Bu proses 1993-cü ilə qədər davam elədi. AXC hakimiyəti dövründə bəy kəlməsi rəsmi qurumlar səviyyəsinə qədər qaldırıldı. Bir illik hakimiyyətdən sonra bu mənəvi dəyərimizə qarşı da bir hücum kampaniyası başladıldı. Azərbaycanın dəyərlərinə yad olan “cənab” kəlməsi isə bu sözü əvəzləməyə çalışdılar. Əslində, bəy sözündən imtina demokratik qüvvələrə qarşı yönəlmiş kinin, nifrətin siyasi forması idi.
Bəy sözü özündə dərin mənəviyyat əks etdirən müraciət formasıdır. Xüsusi imtiyazlı şəxs mahiyyəti daşımadğından kişilərə edilən müraciətdir. Sözün dərin mənəvi cəhəti kişilik kriteriyasını özündə əks etdirməsidir. Əgər kimsə bu kriteriyaları özünə sığışdırıb ona “bəy” deyilməsini istəmirsə, məncə, boşuna zaman sərf etmək lazım da deyil. Sözün çəkisinə heyf olar onda...
Kimsə mənəvi dəyərə sahib olub bəy adını daşımaq istəmirsə, onu zorla bəy etmək də gərəkli deyil. Bu nə o adama xoş gələr, nə də başqalarına.
Bəylik vəzifə və titul deyil. Bəylik özündə dərin mənəviyyatı, əxlaqı və s. mənəvi dəyərləri daşıyan kişilik normasıdır!
Azərbaycanın mənəvi xəzinəsində bəy sözünə bütün tarix boyu rast gəlmək mümkündür. Ən qədim yazılı kitabımız olan “Kitabi-Dədə Qorqud”da bəy adı bir çox yerlərdə çəkilir. Sonrakı dövr tarixində və ədəbiyyatında da bəy adına rast gəlmək mümkündür. “Koroğlu” dastanında Giziroğlu Mustafa bəy, İsmayıl bəy Qutqaşınlının əsəri olan “Rəşid bəy və Səadət xanım” və başqa bu kimi nümunələr göstərir ki, bəy sözü müraciət olaraq xalqa ən doğma olan ünvanlar sırasındadır. Bəylik titulunun ən yüksək zirvəyə qalxdığı zaman 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dönəmidir. Azərbaycana rəhbərlik edən hər kəs demək olar ki, bu titulun daşıyıcısı idi. O dövrdə ölkəyə rəhbərlik edənlərin ad və soyadlarına baxmaq yetərlidir ki, buna əmin olasan. O dövr üçün bəylərin hakimiyyətdə olması ilk növbədə ölkəni arealçı düşüncə tərzindən xilas etdi. Azərbaycanın bütün bölgələri bərabər səviyyədə idarəetmədə təmsil olunurdu. Bu da bəylik şərəfinin xalqa verdiyi ən böyük qürur hissi idi.
Bəy adına ilk hücumlar bolşeviklərin hakimiyyəti zorla ələ keçirməsindən sonra başlaıldı. 1993-cü ildən sonra bolşeviklərdən qalma ənənə yenidən bərpa olundu. Əslində, bu ənənə genetik məsələdir. Bolşeviklərə ideoloji və genetik baxımdan bağlı olan adamlar bəylik adını özünə sığışdırmazdılar, bir də bu ad onlara yaraşan da deyil. Çünki bəyliyin əks tərəfində dayanan ideoloji cərəyan köləlikdi. Mayası bu ideoloji ilə yoğrulmuşlar necə bəy ola bilərlər ki? Bəy adına indiki hakimiyyətin münasibəti bir dalana sığışdırlmış İstiqlal abidəsi ilə aydın olur.
Bəy adına alternativ kimi bəzən müraciət forması kimi “müəllim” sözünə də yer verilir. Müəllim deyə hər kəsə müraciət edilməsi yersiz səslənir. Bu sözün mənası elm öyrədən deməkdi. Elmimi ondan almadığım birinə niyə "müəllim" deməliyəm ki?!
"Yoldaş" adı isə bolşeviklərdən qalma müraciətdi. İndi daha çox mənasız görünür bu müraciət. Yoldaşlıq etmədiyin birinə niyə "yoldaş" deyəsən?!
Məncə, ən qürurverici müraciət elə BƏY sözünə sığınmaqdı!


Geri dön

CandyGirl

  • 6 iyun 2011 19:53
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
TEWEKKYURLER

--------------------

Inciciceyi

  • 6 iyun 2011 10:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:41
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:49
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Dj_Tural

  • 4 iyun 2011 04:06
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
xebere gore tesekkurler ama bu xeber islam movzusuna aid deyil

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

jalicka

  • 4 iyun 2011 01:06
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrr

KUMIR

  • 3 iyun 2011 23:56
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
tsk muelife

Ifrite:)

  • 3 iyun 2011 23:53
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
hm melumata gore twk..atam ne vaxtsa bazara gedende,esebi qayidir.diyir saticinin ozu mennen 5yaw boyukdu,amma dayi diyir wink dordan kiwilere muraciet qeliz meseledie

--------------------
Teze gelmiwem,tanimiram hele heckesi

YazYamuru

  • 3 iyun 2011 23:45
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee maraqli mövzu idi te$ekkürler....
Cali$ariq BEY DEYEYEK wink
ama CENAB DA Pis deyilhaaaa mes.MR.CENAB Miriiiii$$ wink

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}