Özümüzlə məşğul olmağa vaxt tapaq

 
Özümüzlə məşğul olmağa vaxt tapaq

Bismilləhir-Rahmənir-Rahim!


Allahın salamı olsun Həzrət Mühəmmədə (s) və onun pak Əhli-Beytinə (s)!

Bəlkə bu salamla ruhlarımız bu ali insanların ruhları ilə həmahəng bir hala gələrək, dirilər.

Bəlkə yaşadığımız bu dünyanın bataqlıq mahiyyətli məşğuliyyətlərimizin içində batdığımız zaman – bizlər üçün bu salam bir nicat vasitəsi olar.

Hamımız məşğuluq. 21-ci əsrin dünyasının insanı olaraq, yaman məşğuluq. Hər şeylə məşğuluq. Məşğulluq bataqlığındayıq.

Məişətimizlə. Maddi dolanışığımızla. Sağlamlığımızla. Evimizlə. Maşınımızla. Daha nələrlə və nələrlə…

Amma bir özümüzlə məşğul deyilik. Öz varlığımızla. Öz vücudumuzla. Öz kimimizlə. Öz duyğularımızla. Öz necəliyimizlə. Öz tutumluluğumuzla. Öz indimiz və sonucumuzla.

Söhbət heç də tərki-dünyalıqdan getmir. Bu, bir bədihi məsələdir. İnancımız tərki-dünyalığı yanlış, zəlalətə aparan bir yol bilir.

Tərki-dünya olmadıq - nə gözəl. Amma bəlkə tərki-axirət olduq?!

Amma inancımız tərki-axirəti də eyni ilə yanlış, zəlalətə aparan yol kimi bilir.

Hər ikisi məhvedicidir. Çünki hər iki tərk - insanın gerçəyinin tərkidir.

BİZ BURADAYIQ, AMMA…


Gerçək isə çox aydındır.

Biz buradayıq. Eyni zamanda biz burada müvəqqətiyik.

Burada müvəqqəti varkən, əbədi gerçəyimizi tikiriq. Əbədi gerçəyimiz buradakı müvəqqəti gerçəyimizin neçəliyindən qurulur.

Buranı tərk edəriksə, (tərki-dünya olarıqsa) müvəqqəti gerçəyi tərk etmiş olaraq. Əbədi gerçəyin qurulduğu müvəqqəti gerçəyi tərk etmiş olarıq.

Axirəti tərk edəriksə, əbədi gerçəkliyi tərk etmiş olarıq. Müvəqqəti gerçəkliyin fəlsəfəsi də puç olar, mənasız olar.

Əslində hər iki tərkdə (tərki-dünya və tərki-axirətdə) gerçəkliyi tərk edirik.

Bu mənada gerçəklik buranın müvəqqəti halını gerçəkdən və gerçək qəbul edib, burada əbədi gerçəkliyimizi qurmaqdan keçir.

Belə ki, hər birimizi yekunda bir Gerçək Gün gözləyir. O Gün ki, müvəqqəti gerçəkliyimizdən nə qurduğumuzu dəyərləndirilməsi gerçəyi olacaq.

Bütün bu gerçəkliklər haqqında düşünmək və həmin Günə hazır olmaq üçün qarşıdan gələn Mənəvi Üçaylıq (Rəcəb, Şəban, mübarək Ramazan ayları) nə qədər də gerçək bir fürsət.

CAR ÇƏKİLƏN GÜN


Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır.

Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edilən məşhur hədisdə bildirilir ki, Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər və deyər “Haradadır rəcəb ayının əhli?”.

Mübarək hədisdə bildirilir ki, “insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər”. “Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular”. Və o da bildirilir ki, mələklər onlara söyləyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”.

Davamında bildirilir ki, rəcəb ayı əhlinə Allah Təala tərəfindən böyük mükafatlar veriləcək. Bunun səbəbi də mübarək hədisdə göstərilir: “Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!”.

Belə nida gələcək Allah Təala tərəfindən həmin Gün.

ŞİRİN ÇAĞIRIŞ


Bəli, o gün ki, Qiyamətdə hamı öz vəziyyəti barədə narahatdır, insanlar təşviş içindədir - o an bizə təsvir edilir. Burada şirin bir müraciət var: “Haradadır rəcəb ayının əhli?”. Haradadır rəcəb ayını dərk edənlər? Haradadır rəcəbin izzətini yaşadanlar? Hanı o kəslər ki, rəcəb ayına layiqdirlər – belə şirin müraciətlər var burada.

Baxın, simvolik bir dildə, insan idrakının anlaya biləcəyi bir dildə bizlərə bu ayın böyüklüyü çatdırılır. Arxasında böyük mətləblərin bəlli olduğu bildirilən bir kateqoriya ilə təmas sezilir burada.

Görün nə böyüklükdə məqamdır ki, mələk insana belə müraciət edir. Bu, rəcəb ayının məqamını üstün bilib, onun ehtiramını saxlayanlar üçündür.

Rəcəb ayında fövqəladə fürsətlər var. Vücudi xilas üçün fürsətlər. İnsan olaraq öz missiyasını dərk edib, həyata keçirmək üçün fürsətlər. Həzrət Peyğəmbər (s) və Əhl-beytinin (ə) bulağından bəhrələnənlər bu fürsəti görə bilir və ondan yararlana bilir.

Rəcəb ayında rəhmət qapıları açılır. Eyni əməl ki, başqa aylarda bir cür effekt verirdi, bu ayda qat-qat güclü təsir buraxır. Qat-qat üstün nəticələrə gətirib çıxarır. Bu həqiqətləri dildə və qəlbdə iqrar edənlərə aiddir bu nemətlərdən faydalanmaq imkanı. Elə də ola bilir ki, bu cür böyük nemətlər kiminsə yanından keçir, amma o, heç fərqinə belə varmır. Allah insanı belə durumdan saxlasın.

FÜRSƏTİ İTİRMƏMƏK


Fürsət bəhsinə gəldikdə, bir məsələ də qeyd edilməlidir ki, insanın iradəsi fürsətlərin seçilməsində kifayət qədər məhdud rola malikdir. Çox olub o kəslər ki, deyiblər hələ vaxt var, hələ tezdir, hələ Allah mənə çox fürsət verəcək. Amma bir an gəlib, qapı döyülüb və getmək vaxtı yetişib. Elə bir ünvana getmək vaxtı gəlib çatıb ki, oradan artıq dönüş yoxdur.

Odur ki, insan fürsətlərdən yararlanmalıdır. əlamətdar saatlardan, günlərdən, aylardan bəhrələnmək imkanını itirməməlidir.

Yaşadığımız rəcəb ayı həmin bu fürsətləri təqdim etmək baxımından çox zəngindir. Bu aya aid o qədər söz söylənilib ki, onun hər saatını mənalı keçirmək zərurəti göz önündədir. Misal üçün, İmam Cəfər Sadiqdən (ə) nəql edirlər ki, Həzrət Nuh (ə) öz gəmisinə rəcəb ayının 1-də minmişdir. Həzrət Nuh öz səhabələrinə əmr etmişdir ki, bu günü oruc tutusunlar.

Elə isə, ey Nuhun (ə) gəmisinə minmək istəyənlər! Ey xilas olmaq, nicat tapmaq istəyənlər! Ey Nuhun (ə) gəmisini simvolizə edən Əhli-beyt (ə) gəmisinin sərnişinləri! Mübarək rəcəb ayındayıq. İlahi məntiqdə, ilahi hikmətdə bu ay seçdirilib, bu ay qiymətləndirilib.

İmam Museyi-Kazım (ə) bu əzəmətli ay barədə deyir: “Rəcəb əzəmətli bir aydır ki, Allah Təala həsənatı onda iki bərabər etmişdir”.

Həsənat – gözəl işlərə deyilir. Burada yenə görürük ki, rəcəb ayının nemətləri açıqlanır. Adi haldakına nisbətən ikiqat savab verilir. Allah Təala bu ayda gözəl işləri, həsənatı iki bərabər etmişdir və bu ayda günahları silir. Əgər bir adam istəsə desin ki, mən bu paslanmış qəlbimin təmizlənməsini istəyirəm, mən istəyirəm ki, günaharım silinsin – onu müjdələmək olar. Onu muştuluqlamaq olar ki, həmin o imkanın düz astanasındasan. Əlini uzatsan, həmin imkanı əldə edə bilərsən. Çünki, bir aydayıq ki, hər günü belə bir imkanları təqdim edir. İmam Museyi-Kazım (ə) buyurur ki, hər bir kəs ki, rəcəbdə 1 gün oruc tutar, cəhənnəm ondan 100 illik məsafəyə uzaqlaşar. O kəs ki, rəcəbdə 3 gün oruc tutar – behişt ona vacib olar.

İnşəallah ki, bu mübarək ayın oruclarından kənarda qalmağı Allah Təala heç kimə qismət etməsin!

BAĞIŞLANMAQ AYI


Bəli, belə bir ayda yaşayırıq. İmam Sadiqdən (ə) nəql edirlər ki, Rəsulullah (ə) belə buyurub: “Rəcəb ayı - mənim ümmətimin tövbə ayıdır. Bəs bu ayda çoxlu sayda bağışlanmaq diləyin ki, Allah Təala bağışlayan və mehribandır”.

Allahın belə bir geniş rəhməti, mərhəməti vardır. Allah Təala Öz bəndəsini o qədər sevir ki, bəndəsinin layiq olduğundan qat-qat artıq lütflər edir ona. Sanki Yaradan bir bəhanə arayır ki, bəndəsini bağışlasın, bəndəsinə lütflər əta etsin.

Rəcəb - paklanma ayıdır. Rəcəb - özünəqayıdış ayıdır. Rəcəb bir aydır ki, insan özünə, öz nəfsinə sanki deyir: “Dayan! Mən neçə aydır sənin qulun olmuşam, amma bəsdir, ey nəfs, dayan!”. Rəcəb ayı insanı robotlaşmadan, cılızlaşmadan çıxara bilən bir aydır. Rəcəb ayı bir aydır ki, hamımızın şikayətləndiyi bir xəstəlikdən bizi müalicə edə bilər. Bu gün dünya şikayətlənir, deyir biz itiririk özümüzü. Biz öz varlığımızı itiririk, biz öz vücudumuzu itiririk. Biz sanki günbəgün insanlıq şəklindən çıxırıq. Biz sanki günbəgün yaranmışın əşrəfi olmaq durumundan ayrılırıq.

Bu Rəcəb ayı - həmin o müalicə ayıdır. Bizlər rəcəbə doğru bir addım atmaqla, özümüzü bu aya daxil etmiş oluruq. Bir addım atsaq, bu ay bizim böyrümüzdən ötüb keçməz. Özümüzü rəcəbə daxil etməklə, günahlardan təmizlənməyə, özümüzü hərtərəfli təftiş etməyə aid etmiş oluruq.

RƏCƏB AYININ DUASI



Bu ay - oruc tutmağın xüsusilə bəyənildiyi bir ay olmaqla bərabər, istiğfar ayıdır. Bu ayda çoxlu zikrlər var ki, insanın bağışlanmasının açarıdır. Bir zikr var ki, bunun çox deyilməsi tövsiyə olunub: «Əstəğfirullahə və əs-əluhut-təvbə». Buyurulub ki, bu zikri rəcəb ayında insan nə qədər çox desə, o qədər yaxşıdır. Mənası odur ki, “İlahi, bağışlanmaq diləyirik Səndən və tövbə arzu edirik”. Buradan aydın olur ki, insan bu ayda özünün Allah dərgahına qayıtmasına, tövbə etməsinə, Allahdan bağışlanmasını diləməsinə böyük önəm verməlidir.

Digər bir mübarək əməl Həzrət Rəsulullahdan (s) nəql edilən hədisdə çatdırılır: «Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».

Mənası belədir ki, “bir Kəsdən bağışlanmaq diləyirəm ki, Ondan başqa ibadət ediləcək bir məbud yoxdur, O, təkdir, şəriki yoxdur və qayıdış Ona doğrudur”.

Ən əsası - rəcəb ayında gündəlik oxunan bir dua vardır ki, çox bərəkətli və nəcib münacatlardandır. Allah Təalanı tanımaq üçün bu duanın böyük əhəmiyyəti vardır. Allah Təala o qədər lətifdir ki, müxtəlif yollarla Özünü bəndəsinə tanıtdırır. Əgər insan istəyə Rəbbini tanısın, bircə elə bu duaya diqqət yetirməsi çox şey açar onun üçün. Allah Təala ən yüksək dərəcədə bəndəsinə Öz lütfünü göstərir. İnsan o cümlələrə diqqət etsə, özü kimdir və Rəbbi kimdir məsələsinə xeyli aydınlıq gətirə bilər.

Duada buyrulur: “Yə mən ərcuhu li kulli xayr” – “ey o Kəs ki, bütün xeyirlər Ona aiddir, Ona qayıdır”. Sonra: “Və əmənu səxatahu ‘ində kulli şərr” – və bütün şərlər isə Ondan uzaqdır .......

Sonrakı cümlə məxsusən şirindir. Buyrulur: “Yə mən yu’til-kəsira bil-qalil” – “ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir”. Sonra: «Yə mən yu'ti mən sə-ələhu» - “ey o Allah ki, Ondan istəyənə əta edir”. Sonra bir qədər də şirinləşir: «Yə mən yu’ti mən ləm yəs'əlhu, və mən ləm yə’rifhu» - “Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir”.

Bəndə deyir: “Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Bəs mən gəlmişəm, Səndən istəyirəm” və sonra deyir: «Təhənnunən minhu və rahməh» - “Öz geniş rəhmətinlə və lütfünlə edirsən”. Yəni, bəndə deyir: “İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et”.

Nəyin əta olunmasını istəyir bəndə? Sonrakı cümlədə bu, açıqlanır: «Ə’tini biməs’ələti iyyəkə, cəmi’ə xayrid-dunyə və cəmi’ə xayril-əxirah» - “İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et”.

Sonra buyurulur «Vəsrif ənni biməs’ələti iyyəkə, cəmi’ə şərrid-dunyə və şərril-əxirah» - “İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”

Bu dünyanın şərləri nədir? Bu dünyanın şərlərindən biri də odur ki, məni qorxaqlardan qərar vermə, məni yaltaqlardan qərar vermə, məni ikiüzlülərdən qərar vermə, məni insanlıqdan uzaq düşənlərdən, haqq basanlardan, zülm edənlərdən qərar vermə!

Məni axirət şərindən uzaq et. Axirət şəri nədir? Ən böyük axirət şəri odur ki, insan Qiyamət günü yezidlərlə, müaviyələrlə, hitlerlərlə, səddamlarla məhşur olsun, zalımlarla bir dirilsin. Zalımların qələm tutanlarından olsun, haqqı basıb, nahaqqı deyənlərlə birgə olsun. Axirət şəri odur ki, insan Qiyamət günü birdən ayılıb görə ki, məhşur olub o kəslərlə ki, Kərbəlada İmam Hüseynin (ə) qarşısını kəsdilər, onun balalarının üzünə suyu bağladılar! Məhşur ola o kəslərlə ki, dünya malına aldanıb, öz hayatlarını puç etdilər, insanlara sitəm etdilər, Allah evlərini viran etdilər.
Rəcəb bizə bunu öyrədir. Rəcəb xeyir deyəndə və şər deyəndə - ilk növbədə insanın şəxsiyyəti ilə bağlı məqamları nəzərdə tutur. Onun kimliyinə işarə edir.
Mübarək duanın sonunda Allah Təalaya müraciətlə çox məhrəm və şirin tərzdə əzabdan amanda qalmaq, nicat tapmaq istənilir. Cəhənnəm odunun cisminə yaxın düşməməsi dilənilir.
BƏHRƏLƏNƏ BİLƏK
Sadəcə və qısaca belə yekunlaşdırmaq lazımdır – Rəcəb ayı gəlib. Bizim özümüzdən asılıdır, biz bu Rəcəb ayını nə dərəcədə və necə özümüzlə məşğul ola biləcəyik, yoxsa yox. Elə olmasın ki, bir də ayılaq – belə bir mübarək ay əldən çıxdı. O baxımdan həqiqətdə nicat tapmaq istəyən, gərək özü ilə məşğul olmağa macal tapsın. Çox acınacaqlı bir hal olar, əgər insan öz həyatının müşaidəçisinə çevrilsə. Həyatında nəyisə dəyişmək istəməsə.
Bizlər bu gün məsuliyyət daşıyırıq. Millətin mənəvi baxımından nə dərəcədə olması – onu təşkil edən fərdlərin durumundan asılıdır. Hər birimiz gün ərzində nə qədər Allaha yaxınlaşıb, və nə qədər Alahdan uzaqlaşmağımızıdan (Allah eləməsin!) asılı olaraq, millətimizin də ümumi halı dəyişəcək.
Bu gün bu missiya hər bir fərdin üzərindədir. Rəcəb ayıdır. Rəcəb ayı - insan olma ayıdır. Rəcəb ayı - ölümdən dirilmə ayıdır, Rəcəb ayı – məzlumluqdan, zalımlıqdan, qeybətdən, yaltaqlıqdan, bölünməkdən, parçalanmaqdan xilas olmaq ayıdır. Rəcəb ayı – təvəlla-təbərra ayıdır - Allahın dostları ilə dost, Allahın düşmənləri ilə düşmən olma ayıdır. Rəcəb ayı - insanın bütövləşməsi ayıdır. Rəcəb ayı insanın özünəqayıdış ayıdır.
Allahım! Bizləri bu aydan əliboş yola salma! Amin!


Geri dön

Inciciceyi

  • 6 iyun 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:42
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

hazal kaya

  • 4 iyun 2011 14:46
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk maarqli xeber ucun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

jalicka

  • 4 iyun 2011 01:05
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

Ifrite:)

  • 4 iyun 2011 00:10
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
oxudum biraz,amma cox uzundu diye axira qeder oxuya blmedime

--------------------
Teze gelmiwem,tanimiram hele heckesi

YazYamuru

  • 4 iyun 2011 00:08
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
oxuya bildiyim qeder oxudum sebrimin sonuncusuna dek wink maraqli deyerli bilimli idi te$ekkürler....

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}