İtalyan Dizaynerinin Fərqli Apple Mac Mini Konsepti

 
İtalyan Dizaynerinin Fərqli Apple Mac Mini Konsepti


İtalyan dizayneri Antonio Lieto öz Apple Mac mini konsepti ilə mini kompüterlər seqmentinin inkişafına təkan vermək niyyətindədir.

Dizaynerin təklif etdiyi Apple Mac versiyası, həqiqətən, olduqca miniatür ölçüləri ilə seçilir. Bütün hissələr qalınlığı cəmisi 10 mm olan bir incə korpus daxilində məharətlə yerləşdirilmişdir.


İtalyan Dizaynerinin Fərqli Apple Mac Mini Konsepti


Apple Mac Mini Noutbukunun Başlıca Özəllikləri

Əlbəttə, belə kiçikqabaritli noutbukda optik ötürücüdən söhbət belə gedə bilməz. Amma əvəzində qurğu standart interfeyslərdən ibarət tam dəst, o cümlədən audio, 3 USB portu və yaddaş kartı slotu ilə təchiz olunmuşdur.

Apple Mac mini sinxronlaşma və sadəcə, məlumat ötürmək məqsədilə mobil qurğularla bağlantı yaratmaq üçün simsiz rabitə imkanına malikdir.


İtalyan Dizaynerinin Fərqli Apple Mac Mini Konsepti


Daha təəccüblüsü isə odur ki, bu nazik korpusda simsiz enerji təchizatı qurğusu üçün yer də mövcuddur. Halbuki seriya ilə istehsal olunan iPhone və iPod-da hələlik bu texnologiya tətbiq olunmayıb. Əlbəttə, hələlik bu bir konseptdir.

Soyutma üçün dəliklərə gəldikdə, korpusda onlara rast gəlinmir. Bu da çox güman ki, qurğuda Intel Atom Oak Trail çipi və ya hər hansı ARM-əsaslı prosessorun tətbiq olunacağından xəbər verir.


Geri dön

Inciciceyi

  • 6 iyun 2011 10:40
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk cox maraqlidi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

STRELLER

  • 4 iyun 2011 11:30
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
twk cox maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}