Hər gecə bir şəhid oyanır

 
Hər gecə bir şəhid oyanır



Bu hadisə hər gecə Bakının Şəhidlər Xiyabanında təkrarlanır. Hər gecə bir şəhid oyanır. Gedib əbədi məşəl kompleksinin yanında dayanır. Şübhəli-şübhəli ora-bura boylanır. Milli Məclisə baxıb dodaqlarını büzüşdürür. Protokol qaydalarına əsasən gətirilən əklilləri yığışdırır. Qaşlarını çatıb alnını qırışdırır. Asfalt olmayan yolla lap aşağı düşüb torpağı bir az da sürüşdürür. Naməlum istiqamətdə şəhərə tərəf yollanır. Şəhid olduğu yeri axtara-axtara gəlib Amerika səfirliyi ilə Rus səfirliyinin arasında dayanır. Təcrübəsiz bir ümidlə başını qaldırıb yuxarı baxır. Hər şey gözünün qabağında canlanır: Müharibə təzədən başlanır. Nuru paşa gəlir, İngilislər gedir. Stalin sürgündən, Hitler həbsxandan qaçır. Ruzvelt qımışıb gülür. İmperiyalar devrilir. Birdən bütün ümidlər nifrətə çevrilir...
Azərbaycan özünü bitərəf elan edir. Şəhidliyin siyasi dövrü tarixə gəlir. Tarix yazılması mümkün olmayan erasına çatır. Bütün nifrətlər özünü məscid divarlarına çırpıb intihar edir. Təbriz bütün mədəniyyətlərin paytaxtı elan olunur. Narahat ruhlar səfərbərlik elan edir. Bakının sükutu bu səfərbərliyi pozur. Teleqüllənin işığı gəlib şəhidin gözündə sınır.
Dayandığı zabitlər bağının ərazisi tamam hasara alınır. “Müvəqqəti çətinliyə görə üzr istəyirik” lövhəsini aylı-ulduzlu divarlar əvəz edir. Qəfildən “Türkiye Cumhuriyyeti Büyükelçiliyi” yazısını görüb diksinir. Gözlənilmədən Atatürk peyda olur. Acıqlı-acıqlı əlindəki qəzetləri göstərib nəsə deyir. Şəhid hərbi salam verib geriyə dönür. Gəldiyi yolla geri qayıdıb Xiyabanda uyuyan Türk şəhidinin yuxusuna girir. Bütün dirilər bir dəqiqəlik səs-küylə yad edilir. Səhər açılır...


Müəllif:NURA_21


Geri dön

aid_fanatka

  • 8 iyul 2011 12:05
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Inciciceyi

  • 6 iyun 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 18:50
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
əla xəbərdi çox gözəl oxudum təşəkkkürlər

Persofona

  • 4 iyun 2011 12:31
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
Allah rehmet elesin butun sehidlere

KRiPToS

  • 4 iyun 2011 12:24
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
BUTUN SEHIDLERIMIZIN RUHU SAD OLSUN!!!

--------------------

only-girl

  • 4 iyun 2011 10:34
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH rehmet elesin shehidlerimize

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}