Üç aylıq mənəvi səfər (1-ci hissə)

 
Üç aylıq mənəvi səfər (1-ci hissə)

Qarşıdan, inşəallah, üçaylıq gəlir – Rəcəb, Şəban və mübarək Ramazan ayları. Bu – son dərəcə mənəvi yüklü bir səfərdir. Bu səfərdə mənəvi kamilləşmə üçün böyük fürsətlər vardır. Bu aylardan əvvəlincisi mübarək Rəcəb ayıdır. Rəcəb ayı – Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay – tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, sui-zənndən, digər qəlbi mərəzlərdən müalicə olunma ayıdır. Uca Allahdan istəyimiz budur ki, bu mübarək ayın əməllərindən bəhrələnməyi hamımıza nəsib etsin. Allah Təala bu mübarək ayda, inşəallah mə’nəvi yüksəliş əldə etməyi bütün diləyənlərə qismət etsin, inşəallah!

MƏNƏVİ NEMƏTLƏR İNTİZARINDA

Əzəmətli bir ayın astanasındayıq. Çox yanlış bir iş olardı ki, bir insan rəcəb ayı daxil olandan sonra nə etməlisi haqqında fikirləşsin. İnsan necə digər işlərini, özünün digər məsələlərini öncədən planlaşdırır, əvvəlcədən hazırlığını görür, elə o cür də insan gərək fövqəladə mənəvi fürsətlər olan bu aya da qabaqcadan hazırlaşsın. Əgər bu ayların gəlişi ilə bağlı lazımi araşdırmaları əvvəlcədən aparmasa, bu mənəvi nemətləri qəbul etmək üçün vəziyyətini düzənləməsə, İlahi ziyafətdən qədərincə və lazımınca bəhrələnə bilməyəcək.

Bir var insan mübarək ramazan ayını səbrsizliklə gözləyir ki, bu ayın bütün imkanlarından faydalana bilsin və bu gözləməni mübarək müqəddimələrdə – rəcəb və şəban aylarında müəyyən edilmiş mənəvi yüksəliş fürsətlərini qavramaqla həyata keçirir. Bir də var ki, insan ramazan ayına yetişib və «oruc vacibdir» mülahizəsi əsasında vacibatlarını yerinə yetirir və misilsiz mənəvi nemətlərə yiyə durmaq fürsətindən əsla bixəbər olur. Mübarək ramazan ayının imkanlarından bəhrələnmək istəyiriksə, bunun mütləq şərti rəcəb ayından etibarən mənəvi hazırlığı əldə etməkdən keçir.

HARADADIR RƏCƏB ƏHLİ?

Rəcəb ayı ilə bağlı gələn mübarək çatdırışlar o qədər heyrətə gətirəndir ki, bunların özünün qavranılması ayrıca bir prosesdir. İmam Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl buyuruşları var. Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu bilir. Rəcəb ayının ehtiramını qoruyur. Rəcəb ayında oxunulası zikrləri, duaları, görüləsi əməlləri yaşadır. Və o qədər rəcəb ayıyla yaşayır ki, buna «rəcəbiyyun» - «rəcəb əhli» deyirlər. Bu şəxs rəcəbdə olan, rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta, bu adam rəcəb əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət günü hamı nigaran, səksəkəli olan bir halda rəcəb əhlini bir axtararlar, çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda İmam Sadiq (ə) buyurur: «Qiyamət yetişən zaman ilahi carçı fəryad çəkər: «Eynər-racəbiyyun? /haradadır rəcəb ayının əhli?/» Haradadır o kəslər ki, rəcəb ayını əziz tutdular və ondan bəhrə apardılar? ... »

Qiyamət səhnəsi – hər bir imanlının narahatçılıqla gözlədiyi səhnədir. Və rəcəb ayı o aydır ki, həmin səhnə üçün hazırlıqlı getməyi insana qismət edir.

Rəcəb ayının əhlinin özəl bir xüsusiyyəti olar. O qədər rəcəb ayının mübarəkliyindən faydalanar rəcəb əhli ki, Qiyamət günü məhşərə nur saçar... İmam Sadiq (ə) buyurur: «Və o böyük cəmdən insanlardan bir qrup ayağa qalxar ki, onların simasının nuru məhşəri işıqlandırar və nuraniyyət verər».

İnsan rəcəb ayının əhli olsa, rəcəb ayını tanısa, «rəcəbiyyun» kimi yaşasa, Qiyamət günü başında həqiqi sultanlıq tacları olar. İmam Sadiq (ə) buyurur: «Bu insanların başlarında dürr və yaqutla zinətlənmiş sultanlıq tacları olar».

Bir var insanların əldəqayırma tacları, müvəqqəti, ötəri tacları olsun. Heç bir gerçək dəyəri olmayan bir məqamı, dərəcəsi olsun. Bir də var Allahın lütfü, inayəti ilə, xüsusi diqqəti ilə insan o vəziyyətə çatsın ki, mənəvi sultanlıq ona qismət olsun.

ÇALIŞQANLIQ və KÖNÜLLÜLÜK

Qiyamət günü mələklər rəcəb ayının əhlini əhatəyə alar, qarşılayar və onlara təbrik deyərlər. İmam Sadiq (ə) buyurur: «Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk onlara deyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!».

Rəcəb ayı ilə bağlı İmam Cəfər Sadiqin (ə) buyuruşunda bir səhnə var ki, Allahın rəcəb əhlini əhsənləməsi, onların layiq olduğu vəziyyətə uyğun onları mükafatlandırması burada təsvir olunur. İmam Sadiq (ə) buyurur: «Bu zaman Allah Təala tərəfindən nida gələr: «Ey mənim kişi və qadın bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız…».

Davamında rəcəb ayının əhlinə xas cəhətlərə işarə olunur. Onların çalışmaqlığına, könüllülüyünə xüsusi vurğu edilir: «Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə – Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim – oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!».

Fikir verək. Çalışmaqlıq və könüllülük. Yəni, rəcəb ayında bir adam çalışsa, səy göstərsə, könüllü olaraq o ayın əməllərinə sahib çıxsa – bu 2 keyfiyyət insanı İlahi rəhmətin ona aid olmasına aparıb çıxarar.


Geri dön

Inciciceyi

  • 6 iyun 2011 10:35
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 4 iyun 2011 22:43
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər Allah razı olsun

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:46
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Cox maraqli idi.ellerinize sagliq

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 4 iyun 2011 10:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Cox maraqli idi.ellerinize sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 67
Cəmi: 85

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}