Üç aylıq mənəvi səfər (2-ci hissə)

 
Üç aylıq mənəvi səfər (2-ci hissə)


RƏCƏB AYININ ORUCU

Allah Təalanın mərhəməti o qədər genişdir ki, hətta ixlasla bircə gün rəcəb ayında oruc tutana da öz mükafatını şamil edir. Rəcəb ayında hətta bir gün orucun malik olduğu fəziləti təsvir edən hədisdə İmam Sadiq (ə) buyurur: «Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tutsun. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında».

Soruşula bilər ki, 1 gün oruc tutmağa nə var ki? Amma həmin 1 günlərdən başlayır hər şey. Məhz o 1 günlərdir ki, insanı ya Allaha bəndəliyə aparır, ya da zülmə və azğınlığa. Rəcəb ayının 1 günündən belə kamil bəhrələnə bilsə, bu günü tam dərk edib, onun fəzilətlərinə sahib çıxa bilsə – xoş o insanın halına.

Əziz İslam Peygəmbərinin (s) mübarək rəcəb ayı haqqında xüsusi buyuruşları vardır. Bunlarda rəcəb ayının əzəməti və hətta cahiliyyə dönəmində insanlar arasında xüsusi məqamı haqqında çatdırışlar var. Rəsuli-Əkrəm (s) buyurur: «Rəcəb - “şəhrullahil-əsəmm”dir (Allahın “əsəmm” ayıdır). Və o səbəbdən onu “əsəmm” adlandırmışlar ki, heç bir ay onun əzəmətinə və böyüklüyünə çatmır (cahiliyyə dönəmində rəcəb ayının “əsəmm” adlandırılması, o ayın haram aylardan, yəni müharibə qadağan olunmuş aylardan olması ilə bağlıdır). Cahilyyət dönəmində insanlar rəcəbə hörmət qoyurdular və islam nur kimi saçdığı zaman – onun hörmətini daha da artırdı».

Mübarək inancımız rəcəbə həqiqi qiymətini verir. Hədisin davamında Rəsulullah (s) buyurur: «Biliniz ki, rəcəb - Allahın ayı, şəban - mənim ayım, ramazan - mənim ümmətimin ayıdır».

Mübarək hədisin davamında rəcəb ayının orucunun İlahi razılığa yetişməklik üçün bir vəsilə olması vurğulanır, bu orucun ilahi qəzəbin söndürülməsi, cəhənnəm qapılarının bağlanması üçün bir fürsət olması aşkarlanır: «Bəs hər kim rəcəb ayında bir gün oruc tutsa, İlahi rizvana müstəhəqq olar və orucu ilahi qəzəbi söndürər və Allah Təala cəhənnəm qapılarından birini onun üzünə bağlayar».

CƏHƏNNƏM QAPILARINI BAĞLAYARAQ İRƏLİLƏMƏK



Rəcəb ayı belə bir aydır. Onun 1 gün tutulan orucu, insanın Allah Təalanın razılığına gəlib çatmasına səbəb olar. Gerçək 1 gün olsa insan rəcəb əhli, rəcəbdə layiq olmalı bir vəzəiyyətə yetişsə – bu kimi təsirləri var, bu kimi müəyyənləşmələri var onun müqəddəratı üçün. Xoş o adamın halına ki, günlər keçdikcə, cəhənnəm qapılarını bağlaya-bağlaya gedə bilib.

Mübarək hədisin davamında bəlli olur ki, ən yüksək nəfəqə, sədəqə, ehsan, Allah yolunda xərcləmə belə rəcəb ayının bir gününün orucunu üstələməz. Rəsuli-Əkrəm (s) buyurur: «Əgər bir kəs butun yerin qızılı qədər infaq etsə, onun (rəcəb ayının) bir gününün orucundan üstün olmayacaq».

İnsanın təsəvvür etməsi, ola bilsin, bir qədər çətin olsun. Necə olur ki, bu böyüklükdə infaqlar 1 günün əvəzini vermir. Bu 1 günün insanın ruhunda təsiri ola bilsin ki, o qədər böyük olsun ki, bütün dünyanın varidatını kasıblara paylamaqla da bu rihiyəni əldə edə bilməsin. Yaxud, elə bir halətin zəminini yaratsın ki, bu infaqların hamısının verə biləcəyindən qat-qat yüksək olsun.

Rəcəb ayının orucu duaların müstəcəbliyinə səbəb olar. Dualar bu ayda qəbul olunar. Rəsuli-Əkrəm (s) buyurur: «...hər vaxt gecə düşər, (oruc tutan adamın) duaları müstəcəb olar: ya dünyada ona əta olunar və ya onun axirəti üçün topalanar». Mübarək hədisin davamında Rəsulullah (s) daha sonra 2, 3, 4 və ta 30 günə qədər rəcəb ayında oruc tutmağın savabını kamil surətdə buyurur.

MƏNƏVİ İSLAHAT AYI



Bəli, Uca Allah hər zaman eşidən, hər zaman dua qəbul edəndir. Amma necə ki, günlərin arasında xüsusi önəmli olanı var – məsələn, cümə günü kimi, eləcə böyük Allah xüsusi vaxtlar qoyub ki, insanlar o vaxtlara diqqət ayırıb, başqa vaxtlarda çata bilməyəcəklərini bunlarda tam yiyələnə bilsinlər.

Rəcəb ayında Allahın lütfü, inayəti tam surətdə iman əhlinin, bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının əməlllərinə sahib çıxanların üzərindədir Allahın xüsusi nəzəri. Əslində Rəcəb ayı – Ramazan ayında İlahi nemət ziyafətinə hazırlıq mərhələsidir. İnsan ramazan ayında İlahi nemət süfrəsindən tam formada bəhrələnmək istəyirsə, rəcəb-şəban ayları ona bu imkanları kamil surətdə təqdim edir.

Rəcəb ayı – İlahi ziyafətə hazırlıq ayıdır. Bu ayın hətta 1 gün orucu Allahın razılığını əldə etmək üçün gözəl vasitədir. Bu ayın hətta 1 gününün orucu İlahi qəzəbi söndürər. Əməl var cəhənnəmə qapı açır, əməl də var ki, cəhənnəmin qapısını bağlayır. Rəcəb ayı o aylardandır ki, cəhənnəm qapılarını bağlamaq fürsətlərini Allah Təala bəndəyə təqdim edər.

Rəcəb ayı – mənəviyyat, islahat ayıdır. İnsanları bu gün dünyada hər şeydən çox düşündürən mövzu – mənəviyyat, əxlaq mövzusudur. Dünyada başdan-başa əxlaqsızlığın, mənviyyatsızlığın, zülmün aşıb-daşdığı bir vaxtda iman əhli üçün, mənəviyyat əldə etmək istəyən üçün ən gözəl fürsət var rəcəb ayında. Digər vaxtlarda insan aylarla özünü düzəltmək istəyir, «islahat qapısı»nı dönə-dənə döyür, amma bir səs çıxmır. Amma elə vaxtlar var ki, insanın daxilini düzəltməsi, ruhi islahatları çox rahatlıqla həyata keçirilə bilir.

RƏCƏB AYININ FƏZİLƏTLƏRİ

Oruc tutan insan gün ərzində Allahın mənəvi süfrəsindən faydalanır. Yemək və içməkdən çəkinməklə yanaşı, insan bütün əzaları ilə pəhrizkarlığa tərəf yönəlir: dili pis şey danışmır, qulağı pis şeyi dinləmir, gözü pis şeyə baxmır. Axşam düşür, iftar açılır, bəndənin hacətlərinin qəbul olunması vaxtı yetişir. Uca Allahın məsləhətilə ya bu dünyada hacəti yerinə yetirilər, ya da axirətdə azuqə olar, hayına çatar.

Rəcəb ayının fəziləti barədə İmam Museyi-Kazımdan (ə) nəql edirlər: «Rəcəb - behiştdə bir çay adıdır ki, süddən daha ağ, baldan daha şirindir. Bu səbəbdən hər kəs ki, Rəcəb ayında bir gün oruc tutar, Allah Təala o çaydan ona içirdər».

İmam Museyi-Kazımdan (ə) nəql edilən digər hədisdə deyilir: «Rəcəb - bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Bəs hər kəs ki, Rəcəb ayında 1 gün oruc tutsa, cəhənnəmdən 1 illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda 3 gün oruc tutsa - behişt ona vacib olar».

Rəcəb ayında sədəqə verməyin böyük fəziləti barədə Həzrət Əlidən (ə) nəql edilən hədisdə buyrulur: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah Təala onu o cür ikram edər, o cür əzizləyər ki, nə göz görüb, nə qulaq eşidib və nə də bir insanın qəlbinə daxil olub (xəyalına gəlib)».

RƏCƏB AYININ ƏMƏLLƏRİ


Rəcəb ayının bir çox əməlləri vardır ki, yerinə yetirilməsi xüsusilə tövsiyə olunmuşdur. Rəcəb ayının ilk gecəsi (yə’ni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: «Əllahummə bərik lənə fi racəbin və şə’bənə və bəlliğnə şəhra-Raməzan» (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şə’ban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcab ayının ilk cüməsinin gecəsi (yə’ni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) leylətul-rəğayib adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında mə’sumların mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: «Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».
Rəcəbin 15-nin kecəsində (14-dən 15-nə keçən gecə) 12 rük’ət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: «Əstəğfirullahə və əs-əluhut-təvbə»
Rəcəb ayı ilə bağlı tarixi səhifələr

Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.
Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-u hicri 195-ci il- İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.

Allahım! Bizlərə Rəcəbin fəzilətlərini dərk etməyi və əməldə yaşatmağı nəsib et!

Allahım! Bizləri rəcəb əhlindən qərar ver! AMİN!


Geri dön

Inciciceyi

  • 6 iyun 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 5 iyun 2011 11:05
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razı olsun tşk

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 13:42
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 60

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}