Hikmət və nemətlə dolu bir ay

 
Hikmət və nemətlə dolu bir ay

Bismilləhir-Rahmənir-Rahim!

Bəhsimiz mübarək rəcəb ayı ilə bağlıdır. Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə)
nəql edilən məşhur hədisdə bildirilir ki, Qiyamət günü carçı ərşin
bətnindən bir fəryad çəkər və deyər “Haradadır rəcəb ayının əhli?”.

Mübarək hədisdə bildirilir ki, “insanlardan bir qrup ayağa qalxar və onların simasının
nuru topluma işıqlıq və nuraniyyət verər”. “Bu insanların başlarının üzərinə dürr və
yaqutla zinətlənmiş sultanlıq tacları qoyular”. Və o da bildirilir ki, mələklər onlara
söyləyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”.

Davamında bildirilir ki, rəcəb ayı əhlinə Allah Təala tərəfindən böyük mükafatlar veriləcək.
Bunun səbəbi də mübarək hədisdə göstərilir: “Siz könüllü surətdə - Mənim xatirimə,
bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib
bildim - oruc tutdunuz”. Və bəyan edilir ki, “bu mükafat o kəs üçündür ki, bu
ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında”.

Hikmət və nemətlə dolu bir ay

RƏCƏB ƏHLİNƏ ÇAĞIRIŞ

Bəli, o gün ki, Qiyamətdə hamı öz vəziyyəti barədə narahatdır, insanlar təşviş
içindədir - o an bizə təsvir edilir. Burada şirin bir müraciət var: “Eynər-racabiyyun?” -
“Haradadır rəcəb ayının əhli?”. Haradadır rəcəb ayını dərk edənlər?
Haradadır rəcəbin izzətini yaşadanlar? Hanı o kəslər ki,
rəcəb ayına layiqdirlər – belə şirin müraciətlər var burada.

Baxın, simvolik bir dildə, insan idrakının anlaya biləcəyi bir dildə bizlərə bu ayın
böyüklüyü çatdırılır. Arxasında böyük mətləblərin
bəlli olduğu bildirilən bir kateqoriya ilə təmas sezilir burada.

Görün nə böyüklükdə məqamdır ki, mələk insana belə müraciət edir.
Bu, rəcəb ayının məqamını üstün bilib, onun ehtiramını saxlayanlar üçündür.
Rəcəb ayında fövqəladə fürsətlər var. Hər bir insana tanışdır fürsət bəhsi.
İmtahan sessiyası müəyyən günlərdə olur. Orduya çağırış və tərxis olunma
müəyyən dönəmdə olur. Hansısa məşhur cərrah hansısa gün filan şəhərə gəlir və
xəstələr üzərində əməliyyat keçirə bilir. Müsabiqələr, yarışlar, çempionatlar
müəyyən tarixlərdə keçirilir. Bütün aidiyyəti olanlar o günləri səbirsizliklə gözləyir və
günləri sayırlar ki, nə zaman filan tarix gəlib yetişəcək.

Odur ki, fürsət gözləmə bəhsi bu və ya digər dərəcədə hər bir insana yaxındır və aydındır.
Bəli, rəcəb ayında çoxlu fürsətlər var. Vücudi xilas üçün fürsətlər.
İnsan olaraq öz missiyasını dərk edib, həyata keçirmək üçün fürsətlər.
Həzrət Peyğəmbər (s) və Əhl-beytinin (ə) bulağından
bəhrələnənlər bu fürsəti görə bilir və ondan yararlana bilir.

Rəcəb ayında rəhmət qapıları açılır. Eyni əməl ki, başqa aylarda bir cür effekt verirdi,
bu ayda qat-qat güclü təsir buraxır. Qat-qat üstün nəticələrə gətirib çıxarır.
Bu həqiqətləri dildə və qəlbdə iqrar edənlərə aiddir bu nemətlərdən faydalanmaq imkanı.
Elə də ola bilir ki, bu cür böyük nemətlər kiminsə yanından
keçir, amma o, heç fərqinə belə varmır. Allah insanı belə durumdan saxlasın.

Hikmət və nemətlə dolu bir ay

FÜRSƏT DÖNƏMİ

Fürsət bəhsinə gəldikdə, bir məsələ də qeyd edilməlidir ki, insanın iradəsi fürsətlərin
seçilməsində kifayət qədər məhdud rola malikdir. İnsan deyə bilər ki, “filan vaxtı filan şey
baş verəcək və mən həmin vaxtda filan işi görəcəyəm”. İnsan deyə bilər ki, “mən gələn
rəcəb ayı mütləq hidayət yoluna qədəm qoyacam”, insan deyə bilər ki,
“40 yaşım tamam olsun, bütün pis vərdişləri atacağam”. İnsan deyə bilər ki,
“2 aydan sonra özümə nəzər salacağam”. İnsan çox şeyi planlaşdıra bilər, deyə bilər.
Amma müvafiq şəraitlərin yaranması minlərlə amillərdən
asılıdır və bu amillərin əksəriyyəti insanın iradəsinin fövqündədir.

Çox olub o kəslər ki, deyiblər hələ vaxt var, hələ tezdir, hələ Allah mənə çox fürsət
verəcək. Amma bir an gəlib, qapı döyülüb və getmək vaxtı yetişib.
Elə bir ünvana getmək vaxtı gəlib çatıb ki, oradan artıq dönüş yoxdur.
Odur ki, insan fürsətlərdən yararlanmalıdır. əlamətdar
saatlardan, günlərdən, aylardan bəhrələnmək imkanını itirməməlidir.
Yaşadığımız rəcəb ayı həmin bu fürsətləri təqdim etmək baxımından çox zəngindir.
Bu aya aid o qədər söz söylənilib ki, onun hər saatını mənalı keçirmək
zərurəti göz önündədir. Misal üçün, İmam Cəfər Sadiqdən (ə) nəql edirlər ki,
Həzrət Nuh (ə) öz gəmisinə rəcəb ayının 1-də minmişdir.
Həzrət Nuh öz səhabələrinə əmr etmişdir ki, bu günü oruc tutusunlar.

Elə isə, ey Nuhun (ə) gəmisinə minmək istəyənlər! Ey xilas olmaq, nicat tapmaq istəyənlər!
Ey Nuhun (ə) gəmisini simvolizə edən Əhli-beyt (ə) gəmisinin sərnişinləri!
Mübarək rəcəb ayındayıq. Ola bilər kimlər üçünsə təəcüblü olsun ki, axı nədir bu
rəcəb ayı, nə ilə fərqlənir. Amma ilahi məntiqdə, ilahi hikmətdə bu ay seçdirilib,
bu ay qiymətləndirilib. Nuhun (ə) gəmisi o gün hərəkətə gəlib.
O gün Həzrət Nuhun (ə) çox az bir sayda olan məsləkdaşı
gəmiyə minir və o gün Nuhun (ə) səhabələri oruc tutmuş olurlar.

İmam Museyi-Kazım (ə) bu əzəmətli ay barədə deyir:
“Rəcəb əzəmətli bir aydır ki, Allah Təala həsənatı onda iki bərabər etmişdir”.

Hikmət və nemətlə dolu bir ay

ÖZÜNƏQAYIDIŞ AYI
Bəli, belə bir ayda yaşayırıq. Rəsuli-Əkrəm (s) buyurur: “Rəcəb ayı Allahın əzəmətli ayıdır,
Allahın böyük bir ayıdır. Heç bir ay hörmət və fəzilət baxımından ona çata bilməz...”.
Rəsulullah (s) buyurur: “Rəcəb - Allahın ayıdır.
Şaban - mənim ayımdır və Ramazan ayı -ümmətimin ayıdır”.

Həzrət Peyğəmbərimiz (s) yenə də buyurur: “O kəs ki, rəcəb ayından bir gün
oruc tutar - Allahın böyük razılığına nail olmuş olar və ilahi qəzəb
ondan uzaq olar. Cəhənnəm qapılarından bir qapı onun üzünə bağlanar”.

İmam Museyi-Kazımdan (ə) nəql edirlər: “Rəcəb - behiştdə bir çaydır ki,
süddən daha ağ və baldan daha şirindir. Hər kim bir gün
ondan oruc tutsa, sössüz ki, o çaydan bəhrələnəcəkdir”.

İmam Sadiqdən (ə) nəql edirlər ki, Rəsulullah (ə) belə buyurub: “Rəcəb ayı - mənim
ümmətimin tövbə ayıdır. Bəs bu ayda çoxlu sayda
bağışlanmaq diləyin ki, Allah Təala bağışlayan və mehribandır”.

Hikmət və nemətlə dolu bir ay

RƏCƏB AYININ DUASI

Bu ay - oruc tutmağın xüsusilə bəyənildiyi bir ay olmaqla bərabər, istiğfar ayıdır.
Bu ayda çoxlu zikrlər var ki, insanın bağışlanmasının açarıdır.
Bir zikr var ki, bunun çox deyilməsi tövsiyə olunub: «Əstəğfirullahə və əs-əluhut-təvbə».
Buyurulub ki, bu zikri rəcəb ayında insan nə qədər çox desə, o qədər yaxşıdır.
Mənası odur ki, “İlahi, istiğfar, bağışlanmaq diləyirik Səndən və tövbə arzu edirik”.
Buradan aydın olur ki, insan bu ayda özünün Allah dərgahına qayıtmasına,
tövbə etməsinə, Allahdan bağışlanmasını diləməsinə böyük önəm verməlidir.

Digər bir mübarək əməl Həzrət Rəsulullahdan (s) nəql edilən hədisdə çatdırılır:
«Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə
vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/,
Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər.
Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».

Mənası belədir ki, “bir Kəsdən bağışlanmaq diləyirəm ki, Ondan başqa ibadət
ediləcək bir məbud yoxdur, O, təkdir, şəriki yoxdur və qayıdış Ona doğrudur”.
Ən əsası - rəcəb ayında gündəlik oxunan bir dua vardır ki, çox bərəkətli və nəcib
münacatlardandır. Allah Təalanı tanımaq üçün bu duanın böyük əhəmiyyəti vardır.
Allah Təala o qədər lətifdir ki, müxtəlif yollarla Özünü bəndəsinə tanıtdırır.
Əgər insan istəyə Rəbbini tanısın, bircə elə bu duaya diqqət yetirməsi çox şey açar
onun üçün. Allah Təala ən yüksək dərəcədə bəndəsinə Öz lütfünü göstərir.
İnsan o cümlələrə diqqət etsə, özü kimdir və
Rəbbi kimdir məsələsinə xeyli aydınlıq gətirə bilər.

Duada buyrulur: “Yə mən ərcuhu li kulli xayr” – “ey o Kəs ki, bütün xeyirlər Ona aiddir,
Ona qayıdır”. Sonra: “Və əmənu səxatahu ‘ində kulli şərr” – və bütün şərlər isə Ondan uzaqdır ...

Sonrakı cümlə məxsusən şirindir. Buyrulur: “Yə mən yu’til-kəsira bil-qalil” – “ey o
Allah ki, mənim az əməlimin müqabilində çox əta edir”. Sonra: «Yə mən yu'ti
mən sə-ələhu» - “ey o Allah ki, Ondan istəyənə əta edir”. Sonra bir qədər də şirinləşir:
«Yə mən yu’ti mən ləm yəs'əlhu, və mən ləm yə’rifhu» - “Ey o Allah ki,
Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir”.

Bəndə deyir: “Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən.
Bəs mən gəlmişəm, Səndən istəyirəm” və sonra deyir: «Təhənnunən minhu
və rahməh» - “Öz geniş rəhmətinlə və lütfünlə edirsən”. Yəni, bəndə deyir:
“İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et”.

Nəyin əta olunmasını istəyir bəndə? Sonrakı cümlədə bu, açıqlanır: «Ə’tini biməs’ələti
iyyəkə, cəmi’ə xayrid-dunyə və cəmi’ə xayril-əxirah» - “İlahi, Pərvərdigara!
Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et”.
Sonra buyurulur «Vəsrif ənni biməs’ələti iyyəkə, cəmi’ə şərrid-dunyə və
şərril-əxirah» - “İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”
Bu dünyanın şərləri nədir? Bu dünyanın şərlərindən biri də odur ki,
məni qorxaqlardan qərar vermə, məni yaltaqlardan qərar vermə, məni ikiüzlülərdən
qərar vermə, məni insanlıqdan uzaq düşənlərdən,
haqq basanlardan, zülm edənlərdən qərar vermə!

Məni axirət şərindən uzaq et. Axirət şəri nədir? Ən böyük axirət şəri odur ki, insan
Qiyamət günü yezidlərlə, müaviyələrlə, hitlerlərlə, səddamlarla məhşur olsun,
zalımlarla bir dirilsin. Zalımların qələm tutanlarından olsun, haqqı basıb, nahaqqı deyənlərlə
birgə olsun. Axirət şəri odur ki, insan Qiyamət günü birdən ayılıb görə ki,
məhşur olub o kəslərlə ki, Kərbəlada İmam Hüseynin (ə) qarşısını kəsdilər, onun balalarının
üzünə suyu bağladılar! Məhşur ola o kəslərlə ki, dünya malına aldanıb, öz
hayatlarını puç etdilər, insanlara sitəm etdilər, Allah evlərini viran etdilər.

Rəcəb bizə bunu öyrədir. Rəcəb xeyir deyəndə və şər deyəndə - ilk növbədə insanın şəxsiyyəti ilə
bağlı məqamları nəzərdə tutur. Onun kimliyinə işarə edir.
Mübarək duanın sonunda Allah Təalaya müraciətlə çox məhrəm və şirin tərzdə əzabdan
amanda qalmaq, nicat tapmaq istənilir.
Cəhənnəm odunun cisminə yaxın düşməməsi dilənilir.

Hikmət və nemətlə dolu bir ay

BƏHRƏLƏNƏ BİLİRİKMİ?

Sadəcə və qısaca belə yekunlaşdırmaq lazımdır – Rəcəb ayı gəlib. Bəs biz Rəcəb ayından
bəhrələnə bilirikmi? Hər gün, hər saat biz öz hazırlığımızı artıra, rəcəbin, sonra da
şabanın mənəvi yükünü qəbul etmək üçün ruhunuzu müafiq duruma gətiririkmi?
Bizim özümüzdən asılıdır, biz bu Rəcəb ayını nə dərəcədə və necə özümüzlə məşğul
ola biləcəyik, yoxsa yox. Elə olmasın ki, bir də ayılaq – belə bir mübarək ay
əldən çıxdı. O baxımdan həqiqətdə nicat tapmaq istəyən, gərək özü ilə məşğul olmağa
macal tapsın. Çox acınacaqlı bir hal olar, əgər insan öz
həyatının müşaidəçisinə çevrilsə. Həyatında nəyisə dəyişmək istəməsə.

Bizlər bu gün məsuliyyət daşıyırıq. Millətin mənəvi baxımından nə dərəcədə
olması – onu təşkil edən fərdlərin durumundan asılıdır. Hər birimiz gün ərzində nə qədər
Allaha yaxınlaşıb, və nə qədər Alahdan uzaqlaşmağımızıdan
(Allah eləməsin!) asılı olaraq, millətimizin də ümumi halı dəyişəcək.

Bu gün bu missiya hər bir fərdin üzərindədir. Rəcəb ayıdır. Rəcəb ayı - insan
olma ayıdır. Rəcəb ayı - ölümdən dirilmə ayıdır, Rəcəb ayı – məzlumluqdan, zalımlıqdan,
qeybətdən, yaltaqlıqdan, bölünməkdən, parçalanmaqdan xilas olmaq ayıdır.
Rəcəb ayı – təvəlla-təbərra ayıdır - Allahın dostları ilə dost, Allahın düşmənləri ilə
düşmən olma ayıdır. Rəcəb ayı - insanın
bütövləşməsi ayıdır. Rəcəb ayı insanın özünəqayıdış ayıdır.

Allahım! Bizləri bu aydan əliboş yola salma! Amin!


Geri dön

NELLY19

  • 7 iyun 2011 16:57
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
twk xebere gore

Inciciceyi

  • 6 iyun 2011 10:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 5 iyun 2011 11:53
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}

Allahım! Bizləri bu aydan əliboş yola salma! Amin!

::..ONSLAUGHT::..

  • 5 iyun 2011 00:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Allah ecr versun ay uwaqla

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

piko

  • 4 iyun 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah ecr versun ay uwaqlar smile

Cici-Kiz

  • 4 iyun 2011 18:10
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
ALlah sizd'n razi olsun. Bu gunde etibaren receb ayina qedem qoyduq, Allah bu ayin xeyir ve bereketini bizelere, butun muselmanlara bexs etsin, AMIN!!!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

R.M_FaNaTka

  • 4 iyun 2011 16:26
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Tewekkur edirem...Cox deyerli ve cox gozel xeber ucun

--------------------

Grace_Angel

  • 4 iyun 2011 15:38
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Rəcəb ayı – təvəlla-təbərra ayıdır - Allahın dostları ilə dost, Allahın düşmənləri ilə
düşmən olma ayıdır. Rəcəb ayı - insanın
bütövləşməsi ayıdır. Rəcəb ayı insanın özünəqayıdış ayıdır.


Allahım! Bizləri bu aydan əliboş yola salma! Amin!

Tewekkur edirem...Cox deyerli ve cox gozel xeberdir...Ellerinize sagliq...ALLAH RAZI OLSUN!!!

--------------------

YazYamuru

  • 4 iyun 2011 15:37
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Cali$acam mende bu ay coxlu oruc tutub zikr edim ...
Te$ekkür melumat ücün...

--------------------



::..ONSLAUGHT::..

  • 4 iyun 2011 14:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

FREE_YOUTH

  • 4 iyun 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Allah razi olsun .

lema

  • 4 iyun 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.Receb ayından sonra Şeban sonra ise Ramazan gelir :)sonunda...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}