Asqırmaq nədir?!

 
Asqırmaq nədir?!


Asqırmaq nədir?!

Bəziləri də asqırmağı uğursuz əlamət sayıblar:«Bu, səbir əlamətidir. Əgər bir yerə getmək, ya bir işi yerinə yetirmək istəyəndə asqırsan, ya dayan, ya da bir neçə an yerindən tərpənmə!»Bu əqidə də xurafat və əsassız adətlərdəndir. Onun heç bir əqli və şəri bünövrəsi yoxdur. Təəccüblüdür ki, bu xurafatın başlanğıcı İslamdan öncəyə, yəni cahiliyyət dövrünə aiddir. Cahiliyyət əsrini əhatə edən tarixi mənbələrdə yazılıb: «Ərəblər asqırığı nəhs əlamət olaraq qəbul edib, onu mütləq baş verəcək təhlükənin başlanğıcı sayırdılar. Buna görə də, asqırıq səsi eşidən zaman: «onun bəlası itlərimin canına düşsün»- deyərdilər. Əgər öncədən şəxsi münasibətləri pozulmuş şəxs asqırsaydı, « mənə yox, öz canına düşsün»-deyərdilər.Yazılanlara görə, ərəb padşahlarından birinin nağıl-dastan danışanı var imiş. Bir gecə nağıl danışan şəxs birdən şiddətlə asqırır. Padşahın bərk qəzəblənir. Nağılçı, padşahın əl-ayağına düşüb: «Mən bu işdə iradə sahibi deyildim və bu, soyuqladığım üçün oldu»-deyir. Qəzəb alovunda yanan padşah deyir: «Əgər asqırmağının həmişə bu cür olduğuna sübut gətirməsən, öldürüləcəksən!» Nağılçı da sabahı gün onun asqırığının həmişə şiddətli olduğuna şahidlik etməsi üçün bir nəfərə çoxlu pul verib padşahın yanında gətirir. Şahid təzim-ehtiramdan sonra deyir: «Mən şahidəm ki, o, bir gün şiddətli şəkildə asqırdı. Hətta asqırığının şiddətindən bir dişi də düşdü!» Bu xurafatın əksinə olaraq, pak imamlardan (ə) olan rəvayətlərdə asqırmaq, afiyət və salamatlığın amili adlanmış, onun insan cismi və ruhu üçün bərəkətli olduğu bildirilmişdir:
«Əsnəmək şeytandandır, asqırmaq isə Allah-Təala tərəfindəndir.»
Əsnəmək süstlüyə, yuxulu olmağa və bədənin fəaliyyətə hazır olmamasına işarədir. Amma asqırmaq Allahın rəhmət və lütfünün müjdəsi olub, insanı işə fəaliyyətə şövq edir. İslamın əziz Peyğəmbəri (s) bir hədisdə buyurub:
«Xəstənin asqırmağı, onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır.»
İmam Sadiqdən (ə) rəvayət olunub:
«Asqıran şəxs yeddi gün ölümdən amandadır.»
Asqırmağın mənəvi təsiri haqqında İmam Rzadan (ə) nəql olunub: «Allah-Təala, bəndəsinə bir nemət versə və o, nemətin şükrünü unudsa, Allah onun bədənində (ag ciyərdə) bir yel yaradır ki, bu da asqırmaq vasitəsilə onun burnundan xaric olur. O, asqırdıqdan sonra «Əl-həmdulillah» deyir və ALLAH da onu, bəndənin unutduğu şükrü olaraq qəbul edir.»

Asqırmaq nədir?!


Geri dön

barbie aytac

  • 12 iyul 2011 18:06
  • Məqalə: 15
  • Şərh: 108
  • Bal:
Allah razi olsun

NELLY19

  • 7 iyun 2011 17:00
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

Inciciceyi

  • 6 iyun 2011 10:17
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 5 iyun 2011 11:51
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər
sağlam olun ! wink

::..ONSLAUGHT::..

  • 5 iyun 2011 00:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TSEKURLERRRR

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

AYKA87

  • 4 iyun 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
men inanmiram asqirmaq allah sebiridi cox adam deyirki cut asqirmaq yaxsidi tek pisdi.men hele xatirlamiram hacan cut asqirmisam cunki men hemise tek asqiriram onda demeli men hec yerimden terpenmiyimki isim getirmiyecey eh bos seydi.

R.M_FaNaTka

  • 4 iyun 2011 16:28
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ana sehifedeki wekli gorende asqirmaqim gelire wink

--------------------

Ifrite:)

  • 4 iyun 2011 15:53
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
bele weylere inanmiram,asqiriramsa demeli qrip olacam wink
amma maragliydi twk melumata gore

--------------------
Teze gelmiwem,tanimiram hele heckesi

YazYamuru

  • 4 iyun 2011 15:48
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Men ümumiyyetle hem özüm hemde birinin asqirdigini görende „El-hemdulillah” deyirem ...
Te$ekkür deyerli xeber idi...

--------------------



Su Perisi

  • 4 iyun 2011 15:02
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

lema

  • 4 iyun 2011 14:37
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
çox sağol.yeqinki insanlar bu batil inanclara artıq inanmır.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

FREE_YOUTH

  • 4 iyun 2011 14:20
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Allah razi olsun.twk.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}