Xəyanət

 
Xəyanət

Dinləyin ey sevənlər,

Sevgi nədir bilənlər.

Sevgi ilə yaşayıb,

Hər zaman sevilənlər.

Sevgiyə inanmayın,

Heç kəsə aldanmayın.

Siz də mənə bənzəyib,

Eşq oduna yanmayın.

Sevgi çox əzablıdır,

Dərdli, iztirablıdır,

Heç bir zaman sevməyən,

İnsan çox savadlıdır.

Mən bunları deyirəm,

Təsdiq də eyləyirəm,

Ona görə ki, indi,

Özüm əzab çəkirəm.

Mən də bir vaxt sevirdim,

Sevərkən sevilirdim,

Sevdiyim qızla birgə,

Mən eşqi hiss edirdim.

Amma, zaman dəyişdi,

Bilmədim bu nə işdi,

Sevdiyim o, gözəl qız,

Məni yada dəyişdi.

Dedilər: səni atır,

O, qız səni aldadır,

Sən burda olmayanda,

O, başqa oğlanladır.

Mən inana bilmədim,

Özümə gələ bilmədim,

Çünki o, qıza qədər,

Mən heç kəsi sevmədim.

Dedim ki, bu ola bilməz,

O, məni aldadamaz,

Mənim sevdiyim gözəl,

Mənə yalan danışmaz.

Amma, ki, bu beləymiş,

Onlar doğru deyərmiş,

O, qız mənə söz verib,

Başqasını sevirmiş.

Dedim: gözəl bu nədir?

Axı bu nə deməkdir?

Sənin yaşatdığın bu,

Sevgi necə sevgidir?

Dedi: yalan deyirlər,

Bütün böhtan edirlər,

Onlar səninlə məni,

Ayırmaq istəyirlər.

Mən oğlan gilə getdim,

Onunla söhbət etdim.

O, qızdan əl çək sözün,

Mən o, oğlana dedim.

Oğlan dedi; Sevmirəm,

Mən onu istəmirəm,

O, qıza əl çək sözün,

Mən özüm də deyirəm.

O, məndən əl çəkməyir,

Səni sevirəm deyir,

Neynəyim, ay qardaşım,

O, qız səni sevməyir.

Dedim: qardaş bağışla,

Sən də məni düz anla,

Daha sizə dəymərəm,

Gedərəm öz yolumla.

Amma, ki, nə olaydı,

Mənim günüm qaraydı.

Bütün bu əhvalatlar,

Ürəyimə yaraydı.

Sonra mən getdim evə,

Zəng elədim yar gilə,

Yarı çağırtdıraraq,

Başladım mən söhbətə.

Dedim: hər şeyi bildim,

O, oğlandan eşitdim.

Hər şeyi fikirləşib,

İndi qərara gəldim.

Mən sizi tərk edəcəm,

Öz yolumla gedəcəm.

Amma, sən peşman olsan,

Mən geri dönməyəcəm.

Düzdür çətin olacaq,

Mənim gözüm dolacaq,

Mənim ürəyim hər an,

Səninlə bir qalacaq.

Amma, nə etməliyəm?

Mən indi getməliyəm,

Yarım, mən bu gün sənə,

Əlvida deməliyəm.

Yarım heç nə demədi,

Heç səsi də gəlmədi.

Mən anladım ki, o, qız,

Heç vaxt məni sevmədi.

Sözümün canı budur,

Sevgi çox pis duyğudur.

Sevgi kimi əzablı,

İkinci duyğu yoxdur.

Sevməyin ey cavanlar,

Məni düz anlayanlar,

Yalançı sevgi ilə,

Dünyada yaşayanlar.

Sevsəniz birin sevin,

Sevgi qayğısın bilin.

Çalı

Xəyanət


Geri dön

wirin heyat

  • 18 iyul 2011 15:37
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
gozeldi love

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

tuilip

  • 16 iyun 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
MEN DE HEC VAXT XEYANETI BAGISLAMARAM. AMMA SEIRDEKI BEZI FIKIRLERLE RAZILASMIRAM. TWK

--------------------
(Heyatdan zovq almaq ucun qarsinda meqsedin olmalidir)

NELLY19

  • 7 iyun 2011 16:51
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

Inciciceyi

  • 6 iyun 2011 10:02
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Sevməyin ey cavanlar,

Məni düz anlayanlar,

Yalançı sevgi ilə,

Dünyada yaşayanlar.

Sevsəniz birin sevin,

Sevgi qayğısın bilin.


twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

only-girl

  • 5 iyun 2011 12:43
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
xeyanet cox dehshetlidir ve mence her bir qiz bunu yashayir amma men heshkime xeyanaeti heshkime bagishdamaram

--------------------

Lindo

  • 5 iyun 2011 12:03
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

::..ONSLAUGHT::..

  • 4 iyun 2011 23:54
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xeyanet cox dehshetlidir ve mence her bir qiz bunu yashayir laughing

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

naz

  • 4 iyun 2011 22:22
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
xeyanet cox dehshetlidir ve mence her bir qiz bunu yashayir recourse

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

SeSe

  • 4 iyun 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
sevmek cox gozeldi.her gozel seyin bedeli vardir, love

NERIMANZADE NARIMAN

  • 4 iyun 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
ela seirdi ellerine sagliq

V_I_P

  • 4 iyun 2011 16:42
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
xeyanet eden qizlarin allah cezasini versin.vefasiz qizlara da nifret edirem.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

YazYamuru

  • 4 iyun 2011 16:35
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
suuuuuper ders alinacaq $eirdir bu güne kimi sevmemi$em bunlari görüb siz sevib ezab cekenleri görüb hec bir zaman sevmeyecem yol vermeyecem cünki görürem SEVGi DENilen bir $ey YOXDUR!!!!!OLMAYIB OLMAYQCAQDA!insanlar bunu tesdiq edtdirirler coxsagolsunlar........

--------------------



R.M_FaNaTka

  • 4 iyun 2011 16:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Dinləyin ey sevənlər,

Sevgi nədir bilənlər.

Sevgi ilə yaşayıb,

Hər zaman sevilənlər.

Sevgiyə inanmayın,

Heç kəsə aldanmayın.

Siz də mənə bənzəyib,

Eşq oduna yanmayın.

Sevgi çox əzablıdır,

Dərdli, iztirablıdır,

Heç bir zaman sevməyən,

İnsan çox savadlıdır.

Mən bunları deyirəm,

Təsdiq də eyləyirəm,

Ona görə ki, indi,

Özüm əzab çəkirəm.

Mən də bir vaxt sevirdim,

Sevərkən sevilirdim,

Sevdiyim qızla birgə,

Mən eşqi hiss edirdim.

Amma, zaman dəyişdi,

Bilmədim bu nə işdi,

Sevdiyim o, gözəl qız,

Məni yada dəyişdi.

Dedilər: səni atır,

O, qız səni aldadır,

Sən burda olmayanda,

O, başqa oğlanladır.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}