"Doğru yol"-a aid bəzi ayə və hədislər (1-ci hissə)

 
"Doğru yol"-a aid bəzi ayə və hədislər (1-ci hissə)

"Doğru yol"-a aid bəzi ayə və hədislər (1-ci hissə)

◘“(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin) dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et.”[1]

“(Ya Məhəmməd!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (heç bir şey) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et.”[2]

“(Xalqı) Alaha tərəf çağıran, yaxşı iş görən və “Mən müsəlmanlardanam.”– deyən kəsdən daha gözəl danışan kim ola bilər?”[3]

◘“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Alahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar!”[4]

(Ya Məhəmməd!) Allah kitab əhlindən “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu ucuz bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!”[5]

◘Alim elmini elm əhlindən gizlətdiyi zaman, savadsız insan ilahi hökmləri öyrənməyə təkəbbür göstərdiyi zaman, dövlətlilər simiclik edən zaman və fəqirlər öz dinlərini dünyaya satdıqları zaman xalqa ilahi əzab və bəla nazil olar.
Həzrət Əli (ə)

◘Camaatın dini elmlərə ehtiyacı olduğu halda bunu onlara öyrətmək müqabilində muzd tələb edən şəxsin yandırılmağa layiqdir.
İmam Cəfər Sadiq (ə)

Rəsuli-Əkrəmdən (s) eşitdim ki, buyurdu: “Heç bir qorxu və təqiyyə yeri olmadığı halda dini məlumat almaqdan ötrü soruşulan suala cavab verməyən şəxsin ağzına qiyamət günü oddan yüyən vurular.
Həzrət Əli (ə)

◘Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar və hər kəs ona nifrin yağdırar.
İmam Cəfər Sadiq (ə)

◘Ümmətim arasında dinə xilaf olan bidətlər zahir olan zaman gərək elm sahibləri öz elmlərini aşkar etməklə bu bidətləri aradan aparsınlar, əks təqdirdə Allahın lənətinə düçar olarlar.
Rəsuli-Əkrəm (s)

◘Elmini aşkar etməli olan alimin sükut etməsində, nadanın danışığında olduğu kimi, heç bir xeyir yoxdur.
Həzrət Əli (ə)

◘Öz imamından uzaq düşən, dini rəhbərinə əli çatmayan və özünə lazım olan hökmlərin öyrənə bilməyən şəxs yetim uşaqdan da artıq yetimdir. Əgər bizim əhkamımıza bələd olan kəslər belə yetimləri öz himayəsinə alıb onlara yol göstərsələr, behiştin yüksək mərtəbələrində bizim yanımızda olacaqlar.
İmam Həsən Əsgəri (ə)

◘Cahil yetimi himayə edən şəxsin atasız yetimi himayəsinə alan şəxsdən üstünlüyü parlaq günəşin nuru az olan ulduzdan üstünlüyü kimidir.
İmam Həsən Əsgəri (ə)

◘Üç şey həqiqi imandan irəli gəlir (imanın həqiqətlərindəndir): Yoxsul olan zaman bəxşiş vermək, camaatla insafla davranmaq, elm tələbində olanlara elm öyrətmək.
Rəsuli-Əkrəm (s)

◘Hər kəs yolunu azan kəsə yol göstərib onu hidayət etsə ona həyat bəxş edib, əksinə, hidayət olmuş şəxsi yoldan çıxarsa, onu öldürüb. Allah-təala buyurur: “Bir nəfəri dirildən şəxs bütün insanları dirildən şəxs kimidir.”

◘Alim və abidin Allah-təalanın qarşısında dayanacaqları gün abidə xitab olunar: “Behiştə daxil ol!” Alimə isə deyilər: “Dayan! O, kəslər ki, sənin xoş tərbiyəndən istifadə ediblər, onlara şəfaət et!”
İmam Cəfər Sadiq (ə)

“Onlara verdiklərimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” ayəsində məqsəd öz dini məlumatlarını elm azuqəsi kimi camaata ehsan edən alimlərdir.
İmam Cəfər Sadiq (ə)

Xeyir təbliğ et və xoşxəbər ol! Demə ki, mən də camaat kimi onlardan biriyəm. Rəsuli-Əkrəm (s) buyurub: “Bilin ki, xeyr və şər yolunun hər ikisi sizə məlumdur. Nəyə görə gərək şər yolunu gedəsiniz və yaxud onu təbliğ edəsiniz?
İmam Musa Kazim (ə)

Allah-təala savadsızlardan elm-bilik öyrənməkləri barədə əhd-peyman aldığı kimi, elm və bilik əhlindən də savadsızlara təlim-tərbiyə verməkləri barədə əhd-peyman alıb. Bəli, savadsızlardan aldığı əhd-peyman alimlərdən qabaq olub.
Həzrət Əli (ə)

◘Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.
İmam Cəfər Sadiq (ə)

◘Cabir deyir: “İmam Baqirdən (ə) elm öyrənmək istədim. Mənə bir kitab verib buyurdu: “Əgər bunda olan mətləbləri Bəni-Üməyyə hakimiyyəti dövründə camaata bəyan etsən məlunsan və Bəni-Üməyyə hakimiyyətindən sonra isə bəyan etməsən məlunsan.

"Doğru yol"-a aid bəzi ayə və hədislər (1-ci hissə)


Geri dön

NELLY19

  • 7 iyun 2011 16:26
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
twk xebere gore

Inciciceyi

  • 6 iyun 2011 09:21
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MuslimGirl

  • 5 iyun 2011 17:26
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Allah razı olsun, bacış. Dəyərli ayələr və hədislərdir

::..ONSLAUGHT::..

  • 5 iyun 2011 15:10
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lindo

  • 5 iyun 2011 12:53
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
təşəkkürlər

::..ONSLAUGHT::..

  • 5 iyun 2011 12:50
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Su Perisi

  • 5 iyun 2011 09:52
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}



“(Ya Məhəmməd!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (heç bir şey) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et.”

--------------------

SUADA_M

  • 5 iyun 2011 04:47
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..TWK..

--------------------

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 5 iyun 2011 01:00
  • Məqalə: 1151
  • Şərh: 319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

ASMIYA

  • 5 iyun 2011 00:47
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ELINIZ DERT GORMESIN. GOZEL. KIM DINE AID NE XEBER QOYURSA AXIRETDE YAZAN ELLERI, OXUYAN GOZLERI NURLU EYLESIN ALLAHIMIZ INS ALLAH AMIN.



--------------------


R.M_FaNaTka

  • 5 iyun 2011 00:35
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
aallah razi olsun bacim deyerli xeber ucun insallah ikinci hisenide gozleyirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}