Sönməz Ulduz

 
Sönməz Ulduz

Bənzərsiz səs sahibi
Onu bu gün də nəinki doğma Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində
yaxşı tanıyır, sevirlər. Şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla dinləyicini
ovsunlayır. O, bütün bəşəriyyət üçün oxuyurdu. Ölkəmizi dünyada tanıdırdı.
Dünya vokal sənətinin ulduzu Rəşid Behbudovun çəkildiyi və səsi yazılmış bədii və
sənədli filmlər ekranlarımızda dəfələrlə göstərilməsinə baxmayaraq,
tamaşaçılar onu hər dəfə maraqla qarşılayır, ekran qəhrəmanlarına sevə-sevə baxırlar.


Bir nəslin möcüzəsi
Deyirlər, musiqi həmin yerdə elə-belə kök salmır. İnsanların daha çox soy-kökə, torpağa,
sənətə bağlı olduğu yerlərə tutur üzünü. Onların ailəsinin də dərin musiqi kökləri olub.
Atadan oğula, oğuldan övlada irsən keçib bu istedad. Onların hər biri xalqı öz musiqisinin
arxasınca aparmağı bacarıb. Minlərin, milyonların ürəyini əvəzsiz ifaları ilə fəth edə bilib.
Behbudovlar nəsli zaman-zaman musiqi sənətimizə başucalığı gətirib, onun dünyada
tanınmasına kömək edib. Babasının Şuşada bəzzaz dükanı vardı. Atası Məcid cavanlığında,
hələ Qarabağda yaşadığı vaxtlarda arşın malı satar, başsız qalmış ailəni dolandırardı.

Gənc Məcid varlı xanımların malikanəsinə arşın malı aparanda şəhərin küçələrində
"Ay arşın malı alan"- deyə "Segah" və "Bayatı" üstündə oxuyar, xoş səsi ilə müştərilərin
diqqətini cəlb edərdi. Ancaq tale onunla bir zarafat etdi. O, arşınmalçılığın daşını atıb xanəndə oldu
. Məcid Qafqazda xalq mahnılarının mahir ifaçısını çevrildi. Onda bilmədi ki, tale bu
zarafatı bir də təkrarlayacaq, haçansa oğlu da "arşınmalçı" olacaq.
Həyatda qəribə təsadüflər olur. Neçə onillərdən sonra Məcidin oğlu Rəşid atasının
hərəkətlərini bir aktyor kimi ekranda təkrar edir və onun qəhrəmanı
tacir Əsgər də Gülçöhrəyə bir könüldən min könülə vurulur, sonra onu götürüb qaçır.


Qonşuları tarzən Rzabala qovaq ağacının altında salınmış palazın üstündə oturub çalardı.
Məcid el havaları, muğam oxuyardı. Rəşid hər şeyi unudub dinləyərdi.
Onda 7-8 yaşı vardı. Qardaşı Ənvər klarnet, bacısı Nəcibə piano çalardı.
Rəşid isə nə bir musiqi aləti çalır, nə də oxuyurdu. Dərsdən gələn kimi qaçırdı bostana.
Onunku gül-çiçək, qovun-qarpız tağları idi. Qızıl gülləri bir
dərsə gedəndə sayardı, bir də gələndə sayardı ki, dərib-eləyən olmasın.

Bir gün böyük qardaşı Ənvər qaça-qaça gəldi ki,
"Ata, xəbərin var, Rəşid oxuyur, özüm gördüm".
- Nə oxuyur, a bala, harda gördün?
- "Müctəhid bağında". Uşaqlar yığışmışdı başına.
Sən oxuyan bir hava var e, onu oxuyurdu, özü də lap sənin kimi.
O gün xanəndə Məcidin kefi kök idi. Səsi yazılmış bir dəstə valı töküb
qabağına ləzzətlə qulaq asırdı. Ənvər belə deyəndə qımışdı:
- Gec-tez oxumalıydı da. Mənim oğlum deyil, qadan alım!


Yüklə | İndir | Скачать | Download

Arşınmalçı
Rəşid Behbudov 1945-ci ildə həmin filmdə Arşınmalçı rolunda çəkilir və bu film ona əbədi
şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının
təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun
oynadığı ilk roldur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox
şəhərlərində sevilmiş və dəfələrlə alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq,
Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."
Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir.
O, geyimini belə dəyişmədən, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir.
Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. "Mənə dedilər ki, indi sən
məşhur müğənni olmusan, kinoda çəkilirsən.
Mən də yoxlamaq istədim görüm, düzdür, ya yox".

Bu hadisədən bir az sonra ikinci teleqram gəlir.
Bu dəfə atası həqiqətən vəfat etmişdi.
Rəşid Behbudov bu filmdən sonra qısa bir vaxt ərzində məşhurlaşır, eyni zamanda,
Azərbaycanı bütün dünyaya tanıtdırır. Bir fin tamaşaçısı filmdən aldığı
təəssüratı baş rolun ifaçısı R.Behbudova: "Azərbaycanlılar nə gözəl xalqdır..."-deyə bildirib.
Rəşid Behbudov söhbətlərinin birində demişdi: "Mən dünyanın hər hansı bir ölkəsində
konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan"
filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar". Doğrudan da, filmdə ifa olunan,
dünya ekranlarında məharətlə səslənən mahnı uzun illər
müğənninin "vizit vərəqəsinə" çevrilir. Film 50 ölkədə nümayiş etdirilir.



]"Arşın mal alan"ın ekranlara çıxmasının 40 illiyi münasibətilə Bakının "Bahar" yay
kinoteatrında keçirilən təntənəli gecədə R.Behbudov Çin dilində Əsgərin ariyasını
özünəməxsus ustalıqla oxuyur, sonra çıxış edərək: "Filmin yubileyini biz sovet kinosu
günündə bayram edirik. Fikrimizcə, bu, təsadüfi deyil, çünki "Arşın mal alan" - Azərbaycan
kino sənətinin əsl, keçən on illər ərzində solmayan və həmişə yaşayacaq bayramıdır.
"Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağı oldu. Bizim "Arşın mal alan"
dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin
arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi"-deyir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə
"Arşın mal alan" kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol",
"Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri"
film-konsertlərində və bir çox sənədli filmlərdə və kinojurnallarda çəkilib.
1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Azərbaycanlı müğənni
Sovet İttifaqından gəlmiş ilk sənətçi idi. Çində "Arşın mal alan" filmi "Örtüksüz məhəbbət"
adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı.
Ona görə də Rəşid Behbudovu orada hamı tanıyırdı.


Məşhurluq onu addımbaşı izləyirdi. "Bəxtiyar" filmi isə bu populyarlığın yeni dalğası idi.
Üstəlik, Tofiq Quliyevin mahnıları, solo konsertlər, laureatlıq...

Onu hər yerdə sevirdilər
Müğənni Mahnı Teatrı yaratmaq fikrinə düşür. O, Azərbaycan Böyük Dövlət Konsert Ansamblı ilə
qastrollara getməyə başlayır. Sonradan bu ansambl Mahnı Teatrına çevrilir.
Bu, SSRİ-də ilk belə teatr idi. Həmin ansamblla o, 56 ölkəni gəzib, Mərkəzi Amerikadan başqa
dünyanın hər yerində olub. Bəzi ölkələrdə ansambl bir neçə dəfə, təkcə Hindistanda isə
6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində
oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və
filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan
vəsaiti Tehranda Gənclər evinin konsert salonunun tikintisinə hədiyyə edir.
İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli
konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

"Mən İranda ilk qastrol səfərində olarkən çox varlı, məşhur adamlardan birinin evində
qonaq oldum" - deyə R.Behbudov sonralar öz həyat yoldaşına danışıb:
"Mənim soyadımı eşidəndə ev sahibəsi o saat soruşdu: "Sən kimin oğlusan?" Mən kim
olduğumu söyləyəndə, o ağladı. Sən demə, qadın vaxtilə onun
toyunda oxuyan xanəndənin oğlunu gördüyündən kövrəlibmiş".
Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir.
Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və
onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti
çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.


Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv
tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib.
R.Behbudov Çilidə Milli Qəhrəman Viktor Xara ilə tanış olur və onlar birlikdə mahnılar ifa
edirlər. O vaxt, yəni 1973-cü ilin sentyabrında Çilidə hərbi çevriliş baş verir.
Hərbi xunta hakimiyyət başına gəlir. Gözəl gitaraçalan Viktor Xaranın hər iki qolunu kəsirlər.
Rəşid və onun kollektivi uzun müddət ölkədən çıxa bilmir. Sovet hökuməti işə
qarışandan bir neçə ay sonra Rəşid Behbudov öz kollektivi ilə birgə vətənə qayıda bilir.


Geri dön

Inciciceyi

  • 6 iyun 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Twk edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 5 iyun 2011 15:07
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TSEKURLER XEBER GORE

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

OK

  • 5 iyun 2011 15:05
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Sitat: Sweet life
Thanks a lot!


--------------------

beyaz melek

  • 5 iyun 2011 13:29
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
benzeri olmayan KALIFEYIMIZ OLUB.GOZEL SESLI MUGENNI OLUB

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Sweet life

  • 5 iyun 2011 13:28
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
Thanks a lot!

--------------------

Lindo

  • 5 iyun 2011 13:28
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
Rəşid Behbudovdan xoşum gəlir tşk

Su Perisi

  • 5 iyun 2011 13:10
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}