Aygün Kazımova: "Sındım..."

 
Aygün Kazımova: "Sındım..."

Afrika cəngəlliklərindən qayıdan Aygün Kazımovanın eksklüziv müsahibəsi
14 gün Afrikanın Namibiya cəngəlliklərində sağ qalmaq uğrund
a mübarizə aparan 12 ulduz iştirakçıdan biri- xalq artisti Aygün Kazımova


-14 gün Afrika cəngəlliklərində əziyyət çəkməyə hansı məbləğ qarşılığında razılıq verdiniz?
-Bu layihəyə heç kim qonorar müqabilində qatılmayıb, nəinki Aygün Kazımova. Bu layihədə iştirak etmək, özünü sınamaq mənə görə böyük işdir.

-Hər kəs belə bir əziyyətə qatılmaq istəməz axı?
-Özünüz görürsünüz də, ümumiyyətlə, ekstremal həyat tərzi mənim keçirdiyim həyat tərzinə daha uyğundur. Bu realiti şouda isə mənim görünməyən tərəflərimi görəcəksiniz. Bir var çıxıb səhnədə atlanıb-düşəsən, bir də var ki, insan həyatla mücadilə aparsın. Orada hər şey üçün - yaşamaq, yemək, adi su uğrunda mübarizə aparırdıq. O yarışlarda iştirak etmək hər kişinin işi deyildi. Orada kişilər belə diz çökürdülər, nəinki qadınlar. Hər yarışdan sonra mütləq pavilyona ambulans çağrılırdı.Y əni vəziyyət o dərəcəyə gəlib çatırdı...

-Neçə gün dözə bildiniz?
-Mən axıra qədər dözdüm. Evə gəldim və sındım. Nəbzim düşdü, təzyiqim 80-50-yə düşdü. Tez təcili yardım çağrıldı, iynə vurdular, çoxlu şərbət verdilər və birtəhər özümə gətirdilər.

-Yəqin özünüzü sırf layihə üçün proqramlaşdırmısınız və evə çatanda boş buraxmısınız...
-Bəli, elə ayağımı qapıdan bayıra qoyanda, bizim blokun ağzında özümə dedim ki, mənim üçün artıq layihə başlandı. Necə özümü proqramlaşdırmışdımsa yalnız evə dönəndən sonra söndüm.

-Hər halda tez-tez uzunmüddətli pəhrizlər saxlayan Aygün Kazımova üçün ac qalmaq imtahan deyildi.
-Ac qalmaq mənim üçün dərd deyildi. Mənim üçün ən böyük problem susuz qalmaq idi. Susuz qala bilmirdim.

-Su vermirdilər?
-Suyu yarışlarda qazanmaq lazım idi.

-Nə ilə qidalanırdınız?
-Səhər yeməyini yeyib düşərgədən çıxırdıq, gönorta yeməyini avtobusda yeyirdik. Ancaq yumurta ilə qidalanırdıq. Səhər də yumurta yeyirdik, günorta da yumurta buterbrodu verirdilər.

-Nə yumurtası idi?
-Adam yumurtası. (gülür...) Zarafat edirəm, adi yumurta idi. Ola bilsin yarışlarda çox enerji itirirdik. Yumurta da kalorili olduğuna görə bizə onunla qidalanırdıq.

-Peşman deyilsiniz?
-Nə danışırsınız? Bir də olsa, yenə gedərəm! İnanın, orada yaşananlar həyat üçün çox önəmlidir. Sırf müğənni, jurnalist, aparıcı üçün demirəm, bütün insanlar bu sınaqlardan keçməlidir. Belə çətin situasiyalarda özünü sınayırsan, özünü tanıyırsan, öz gücünü, nəyə qadir olduğunu bilirsən. Mənə elə gəlir ki, bundan sonra lap...

-Müharibəyə də gedərsiniz...
-Getmişəm, yenə də gedərəm. Mən AF Centrdə qalıram. Bir gün pərdəni çəkib gördüm ki, oğlan havadan sallanıb binanı rəngləyir. O zaman ona görə həyəcan keçirdim. İndi isə deyirəm ki, o oğlan yorulsa onu əvəz edə bilərəm. Binamızdan aşağı sakitliklə düşə bilərəm.

-Belə çıxır ki, nə fobiyalarınız var idi, hamısını Afrika cəngəlliklərində qoyub gəldiniz.
-Mən ora gedəndə təyyarədən qorxurdum, yüksək sürətdən, hündürlükdən qorxurdum. Bütün qorxularım Afrikada qaldı. Elə bil ki, içimdəki bütün qorxulardan qurtulmuşam. Mənə elə gəlir ki, Bu realiti şouda olan çox uşaq fobiyalarından xilas oldu.

-Cəngəllikdə vəhşi heyvanlara, nə bilim böcəklərə, həşəratlara, cücülərə rast gəlməmiş olmazsınız.
-Təsəvvür eidn ki, yatdığım yerdə gördüm ki, hansısa yekə bir həşərat üzərimdə gəzir. Əlimlə vurdum, mənə elə gəlir ki, öldürdüm. Amma sonra gördüm ki, öldürməmişəm, yenə gəlir. O dərəcədə yorğun idim ki, heç qorxmağa da gücüm qalmamışdı. Yerimdən durub onu axtarıb öldürməyə heyim yox idi. Əşşi... deyib, bükülüb yatdım.

-Əqrəb deyildi?
-Yox, yox, əqrəbi tanıyıram. Uşaqlar orada neçə dəfə qara zəhərli əqrəb öldürmüşdülər.

-Havalar necə idi?
-Biz gedəndə guya Afrikada qış idi. Gündüz 40-50 dərəcə isti idi, gecə isə soyuqdan üşüyürdük. Qışı gecə hiss edirdik, dəhşət rütubətli olurdu. Sutka ərzində iki, iki saat yarım yatırdıq. Gəl indi bu yuxu ilə tab gətir. Ona görə də nə verirdilər yeyirdim.

-O boyda cəngəllikdə vəhşi heyvan yox idi?
-Niyə yox idi, fillər, çaqqallar nə qədər istəsəniz var idi.


Geri dön

NELLY19

  • 7 iyun 2011 16:17
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
twk xebere gore

Inciciceyi

  • 6 iyun 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Oxumadm
yenede twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 5 iyun 2011 13:26
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
belə bir yarışma var heç xəbərim yoxdu tşk

CandyGirl

  • 5 iyun 2011 12:18
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
Sitat: only-girl
hee twk


--------------------

Su Perisi

  • 5 iyun 2011 12:17
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

only-girl

  • 5 iyun 2011 12:07
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
hee twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}