"Avtoş"lar psixi cəhətdən normal olmayan insanlardır?

 
"Avtoş"lar psixi cəhətdən normal olmayan insanlardır?

.. Bər-bəzəkli, qabaq hissəsi xeyli hündürə qaldırılmış, pəncərələrində tünd rəngli plyonka və pərdə çəkilmiş bir maşın (əsasən də «VAZ-2107» markalı)… Ətrafa qəribə musiqi sədaları yayaraq, sürətlə şütüyür. Qısaca təsvir etdiyimiz bu mənzərəyə son illər Bakı küçələrində tez-tez rast gəlmək mümkündür. Bunlar avtomobilləri çox yüksək sürətlə sürən, müxtəlif riskli hərəkətlər etməklə ətrafdakıların və özlərinin həyatlarını təhlükə qarşısında qoyan avtoxuliqanlar - çox zaman "avtoş" adlandırılan sürücülərdir. Əksəriyyəti 19-25 yaşlı gənclər olan bu xuliqanları görəndə istər-istəməz belə bir sual yaranır:

Avtomobili minib, yerə-göyə meydan oxuyan, özlərini və ətrafdakıları ölümlə üz-üzə qoyan "avtoş"lar bununla nə qazanırlar?

Bəziləri hesab edirlər ki, "avtoş"lar psixi cəhətdən normal olmayan insanlardır. Cavid Məmmədovun (soyad şərtidir) sözlərinə görə, sürücülük vəsiqəsi alandan bəri avtoxuliqanlıq edir. Ali təhsillidir, ixtisasca menecerdir. Ancaq iş tapa bilmədiyi üçün, "başını qatmaqdan ötrü" avtoxuliqanlığa başlayıb. Ötən il idarə etdiyi "VAZ-2107"lə ağır yol qəza hadisəsi törədib və ağır yaralanıb. Bu səbəbdən bir müddət avtoxuliqanlıq vərdişindən əl çəkib. Ancaq sağaldıqdan və avtomobilini tam təmir etdirdikdən sonra yenidən "avtoş"luğa başlayıb:

"Hazırda gənclərin, demək olar ki, 60 faizinin şəxsi maşını var. Ancaq onlardan yalnız 30 faizi avtoxuliqanlıq edir. Çünki yüksək sürətlə idarə olunan maşınla müxtəlif hərəkətlər etmək çox çətin, həm də təhlükəlidir. Maşını böyük sürətlə sürən zaman adam bir anda sayıqlığını, müvazinətini itirib, qəza hadisəsi törədə bilər. Qəza nəticəsində isə ya ömürlük şikəst qalar, ya da həyatını itirər. Buna görə də, "avtoş"luqla yalnız cəsarətli və təhlükədən qorxmayan, bacarıqlı sürücülər məşğul olur".

C.Məmmədovun dediyinə görə, avtoxuliqanlığın vaxtı əsasən axşam saat 9-dan sonradır. Paytaxtda avtoxuliqanlıq etmək qanunla qadağan olunduğundan gündüzlər polis işçiləri onları dərhal yaxalayırlar. Avtomobili cərimə meydançasına, özlərini isə polis bölməsinə aparıb protokol tərtib edirlər.

Amma axşam saatlarında ətraf qaranlıq olduğundan polislərdən can qurtarmaq nisbətən asanlaşır.

"Avtoş"luq üçün "Jiquli" markalı avtomobillər çox əlverişlidir

C.Məmmədov deyir ki, xarici maşınlar bundan ötrü elə də münasib deyil: ""Jiquli"lərin çəkisi az olduğundan onlarla istənilən hərəkəti etmək - məsələn, sürətlə gedərkən əl əyləcini çəkməklə maşını bir neçə dəfə yerində fırlatmaq mümkündür. Xarici maşınların çəkisi ağırdır, onlarla bu cür hərəkətlər etmək mümkün olmur. Bu maşınlar yalnız istənilən sürət həddini keçmək üçün əlverişlidir".

Həmsöhbətimiz avtoxuliqanlığa görə dəfələrlə valideynləri tərəfindən cəzalandırılıb. İndi də ailəsi onu bu yoldan çəkindirmək üçün müəyyən tədbirlərə əl atır, müxtəlif vasitələri sınayırlar. Ancaq onu bu vərdişindən çəkindirmək hələlik mümkün olmayıb.

Samir Abbasovun (soyad şərtidir) "avtoş"luqda artıq 5 illik təcrübəsi var. Ali təhsilli stomatoloqdur, hazırda klinikalardan birində öz ixtisası üzrə işləyir. Həftənin 5 günü peşəsi üzrə çalışır, digər günlər isə böyük həvəs göstərdiyi avtoşluğa geniş vaxt ayırır: "Əvvəllər yalnız maşını yüksək sürətlə idarə etməyi bacarırdım. Ancaq müəyyən müddət keçdikdən sonra bir-birindən fərqli və riskli hərəkətlər etməyi öyrəndim. İndi ən yüksək sürət həddində müxtəlif hərəkətlər edib avtomobilin bir hissəsini yerdən yarım metr hündürə qaldıra bilirəm. "Avtoş"luq etdiyim müddətdə tək bircə dəfə qəza törətmişəm".

Avtomobili yüksək sürətlə idarə edən zaman sürücünün bütün diqqəti yolda və maşında olmalıdır

S.Abbasovun sözlərinə görə, avtomobili sürətlə idarə edən zaman sürücünün diqqəti ətrafa yönəlsə, istənilən an qəza baş verə bilər. Eyni zamanda, sürücü idarə etdiyi avtomobili həftədə bir dəfə hərtərəfli yoxlamadan keçirməlidir. Çünki hər hansı hissəsində nasazlıq olan maşını yüksək sürətlə idarə edəndə bu, dərhal özünü göstərir və bədbəxt hadisəyə səbəb olur.
Gənclərin paytaxtda avtoxuliqanlıq etməsi onlara qanuni tədbirlər baxımından ucuz başa gəlmir.

Beş ay ərzində 121 avtoxuliqan cəzalandırılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları "Yol hərəkəti haqqında" qanunun tələblərini pozan və avtomobilləri yüksək sürətlə idarə edən avtoxuliqanlara qarşı mütəmadi olaraq ciddi tədbirlər həyata keçirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, böyük əksəriyyəti gənclər olan avtoxuliqanlar yüksək sürətlə idarə etdikləri avtomobillərlə müxtəlif qanunsuz hərəkətlərə yol verib, digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədir. Bu da tez-tez yol qəza hadisələrinin baş verməsinə səbəb olur: "İdarənin əməkdaşları mütəmadi olaraq paytaxtın müxtəlif ərazilərində reydlər keçirir. Bu ilin 5 ayı ərzində keçirilən reydlər nəticəsində 121 avtoxuliqan saxlanılıb. Onların bir neçəsi müxtəlif müddətlərə sürücülük huququndan məhrum edilib. Digərləri isə qanunun tələblərinə uyğun şəkildə cərimələnib. Paytaxtda avtoxuliqanlıq hallarını aradan qaldırmaq üçün reydlər davam etdirilir".

Avtoxuliqanlar üçün xüsusi meydança

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Azərbaycanda avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqanlar) üçün xüsusi meydança tikir. Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılan Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır. Tikinti işlərinin bir qədər ləng aparılmasına səbəb, maliyyə çatışmazlığıdır.
Ekspertlər hesab edir ki, belə meydançanın inşası paytaxt küçələrində sürətlə şütüyən avtoxuliqanların sayını azaldacaq.


Geri dön

AmigO

  • 26 iyul 2011 00:25
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
Basqalarinin heyatini riske atirlar ölumnen uz uze qoyurlar

NELLY19

  • 7 iyun 2011 15:51
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

samir_252

  • 6 iyun 2011 12:27
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Avtoxuliqanlar üçün xüsusi meydança
bu əla olar tşk

Inciciceyi

  • 6 iyun 2011 08:23
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 5 iyun 2011 20:44
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Avtoxuliqanlar üçün xüsusi meydança
bu əla olar tşk

Jasmi

  • 5 iyun 2011 20:02
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
bezileri diqqet cekmek ucunde eliyirr

--------------------

R.M_FaNaTka

  • 5 iyun 2011 18:11
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Avtoş"lar psixi cəhətdən normal olmayan insanlardır?
mence bele deyil hevesleri olduguna gorede mence

--------------------

yildiz burcu

  • 5 iyun 2011 18:09
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
maraqlidi TWk

--------------------
BAKI

Ayla1

  • 5 iyun 2011 17:51
  • Məqalə: 0
  • Şərh: 107
  • Bal:
{awards}
Yalniz Bakida wink Mence avtosluq edenler normal insanlardir. sadece maraqlari varda buna. Xebere gore Tewekkurler smile

--------------------
Он спросил у Бога: - О Боже зачем ты создал ее такую красивую? - Чтобы ты полюбил ее. - А зачем такую глупую? - Чтобы она полюбила тебя
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}