Yumoristik

 
Yumoristik

1. Iki arvad dərdləşirlər:
- Mən ərimdən nə vaxt pul istəsəm ala bilərəm.
- Nə cür?
- Pul lazım olanda deyirəm-filan qədər mənə pul lazımdır.Əgər vermirsən yazım,anam gətirsin,O saat verir, deyir amandır yazma qoy gəlməsin.


2. - Ana can, yadındadır, sen demişdin ki, əgər mən 4 alsam bütün günü gəzəcəyəm?
Ana:
- Əlbəttə , yadımdadır.
Uşaq:
- Onda mən yarım gün gəzə bilərəm?


3. Bir kişi hər gün telefon şəbəkəsinə zəng vurub soruşarmış: "Saatınız neçədir?"
Təngə gələn telefonçu bir gün deyir:
- Axı siz kimsiniz,hər gün eyni sualı verirsizniz?
- Mən kərpic zavodunun direktoruyam.Zavodun saatına inanmiram.Ona gore də vaxtı sizdən soruşuram ki, zavod işin qurtarmasini bildirən fit versin.
Telefonçu deyir:
- Bəs belə de! Biz də hər gün saatımızı sizin zavodun fiti ile düzəldirik.


4. Təsəvvür edin: 22 oyunçu,2 məşqçi,10 ehtiyatda olan oyunçu,1 arbitr,2 cinah hakimləri, 6 operator,3 televiziya işçisi, 50 idman müxbiri və ən əsası 80.000 tamaşaçı,göyərçin isə məhz mənim üstümə batırdı...?


5.
Müəllimə şagirdlərindən soruşur:
- Kompyuter erkək yoxsa dişidi sizcə ?
Qız şagirdlər deyir ;
- Kompyuter erkəkdir. Çünki kompyuterlər əslində problemləri həll etmək üçün yaradılmaqlarına baxmayaraq, ömürlərinin dörddə üçünü problem yaradaraq keçirirlər. Daha da önəmlisi, bunlardan bir dənə aldığınız an, biraz daha səbretmiş olsaydınız çox daha muasirləşmiş bir modelinə sahib olabiləcəyinizi görüb peşman olursunuz.
Erkəklər deyir ki;
- Kompyuter dişidir. Çünkü onun düşüncəsini yaradıcısından başqa kimsənin başa düşməsi mümkün deyildir.
Etdiyiniz ən kiçik səhvi belə yaddaşında saxlayıb təkrar-təkrar qarşına qoyar və bir kompyuter aldıqdan sonra anlayırsan ki, əslində pulu ona lazım olan aksesuarlar üçün xərcləmək məcburiyyətindəsən


6. İki sevgili bir ağacın kölgəsində oturdular. Oğlanın şirin sözləri arasında
bir ara qız sevgilisinin qulağına deyir:
- Sevgilim, sənə apenndist əməliyyatı olduğum yeri göstərməmi istərsənmi?
Cavanın gözləri parladı
- Göstər canım göstər təbii ki...
Qız əliylə uzaq bir binanı göstərərək
- Bax bu irəlidə görünən sarı bina var ha onun üçüncü mərtəbəsi


7. Adam əlindəki son 500 dollarla qumar oynamağa qərar verər və Las Vegasa gedər. Və inanılmaz bir bəxt; tam 3 milyon dollar qazanar. Dərhal otel müdriyyətinin özünə hazırladığı kral otağına çıxar və arvadına zəng edər:
- "Həyatım evdəsənmi?"
- "Bəli həyatım."
- "Yaxşı. Dərhal hazırlan o zaman. Tez çamadanını hazırla. Qumarxanada tam 3 milyon dollar qazandım."
Qadın sevinc dolu qışqırar:
- "Ayyyyyyyyyyy dəhşətsən!! Dərhal hazırlanıram.. Yaxşı amma hara? Paris? Kariblər? Acapulco? Cənubi Amerika?..."
Adam cavab verər:
- "Mənə dəxli yoxdu. Yalnız evə döndüyümdə çoxdan getmiş ol."


8. Bir sarışın, bir qırmızı və bir əsmər qız yanmaqda olan bir binanın damında qapalı qalmışlar. Xilasedicilər dərhal hadisə məhəllinə gəlmiş lazımlı xilasetmə alətlərini çıxartmışlar. Damdan tullananları tutmaq üçün yanlarında gətirdikləri döşəyi tutduqdan sonra dama doğru səslənmişlər;
"Tullan. Bu tək şansımızdır".
Əsmər olan qız damın kənarına qədər gəlmiş və özünü aşağıya tullamışdır. Tam döşəyə gələrkən xilasedicilər birdən onu kənara çəkmişlər. Əsmər qız pomidor sousu kimi yerə yapışır. Xilasedicilər təkrar dama səslənmişlər;
"Hə tullan. Yoxsa xilas ola bilməyəcəksən."
Qırmızı saçlı aşağıya qışqırır;
"Tullanmaram. Bir az əvvəl etdiyiniz kimi döşəyi çəkəcəksiniz siz".
Xilasedicilər;
"Xeyr çəkmərik. Biz yalnız əsmərlər ücün bunu edirik".
Belə deyilincə qırmızı saçlı da özünü damdan aşağıya buraxır. Xilasedicilər əsmər qızda olduğu kimi yenə birdən döşəyi kənara çəkincə qırmızı saçlı da yerə sərilmişdir. Damda yalnız sarışın qalmışdır. Xilasedicilər daha əvvəl də etdikləri kimi;
"Tullan, tullan. Yoxsa yanaraq öləcəksən".
Sarışın;
"Qəti tullanmaram. İki yoldaşım tullananda döşəyi çəkdiniz. Mən tullanarkən də çəkərsiniz".
Xilasedicilər;
"Qəti çəkməyəcəyik. Söz veririk".
Sarışın qız;
"Baxın sizin döşəyi çəkməyəcəyinizə güvənə bilmirəm. İndi döşəyi yerə buraxın və ətrafından çəkilin


9. Evliliklərinin üstündən hələ bir ay keçmişdir. Xoşbəxt gənc oğlan və gözəl arvadına baxaraq:
- İlk məhəbbət nə qədər şirin, nə qədər həyəcanlıdır, deyilmi sevgilim?
Arvadı cavablayır:
- Bəli... Amma səni tanıdığıma görə də xoşbəxtəm...


10. İki nəfər olur. Gözləri baxdıqları nə varsa ona nəzər edən iki nəfər. Güclü göz nəzərləri olur. Yolda gördükləri bir yeni xarici maşına baxıb adamlardan biri belə deyir:
- Maşına bax e....
Bu an elə maşın qəzaya uğrayır, yanındakı ona qayıdıb deyir:
- Gözə bax e....
Həmin adamın gözü bir anda kor olur və bir daha düzəlmir


Geri dön

elfida

  • 4 iyun 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
6 4 -cu lam gulmeli idi lol

--------------------
varligim yoxlugumdanda pisdir

N_A_T_A

  • 2 mart 2011 22:44
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
sagolun ama burdakilar coxda maraqli dögull. ama yenede eziyyete gore sagolu...........

Just For Legend

  • 5 dekabr 2010 17:22
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

winner...

  • 17 avqust 2010 12:31
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
beyendim wink cox sagolll

DaMLa

  • 17 avqust 2010 07:25
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Təşəkkürlər... Əməyə hörmət...

Oxudum axıra kimi... smile lakin 8-cini və 10-cunu hətta 2-3 dəfə oxudum, nə gülməli idi, nə ağlamalı... bir məna anlamadım... winked

--------------------

STORM MEN

  • 16 avqust 2010 20:32
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
deymez usaqlar.

--------------------

Ulya

  • 16 avqust 2010 19:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hamisi maraqli idi. wink coox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}