"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...

 
"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...


"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM" düşüncəsində olanlar

"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...

Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də, özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi, özlərinin mütləq cənnətə gedəcəklərini düşünmələridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir.

"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...

Ən təəccüblü olanı da, bu insanlar "yaxşılıq" anlayışını, Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allahın məmnun olacağı bir həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin məmnun olacağı həyatı və əxlaqı seçirlər. Nəticədə də, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.

Şübhəsiz ki, Allahdan cənnəti ümid etmək və istəmək gözəl şeydir. Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri, insanın həyatının hər anında cənnətə yaraşacaq əxlaq göstərməsi və Allahdan qorxub çəkinərək hərəkət etməsidir. Əks halda, yəni Allahın razı olmayacağı həyat tərzi keçirərək, qulluq vəzifələrini yerinə yetirmədən cənnətə gedəcəyini düşünmək insanın özünü aldatmasından başqa bir şey deyil.

Bu düşüncəyə görə, insan həm Allaha qulluq etmədən ömrünü öz nəfsinin istək və ehtiraslarına görə keçirər, həm də axirətdə Allahın səmimi və saleh qulları üçün hazırladığı cənnətində, onların arasında, nemətlər içində olacağı düşüncəsinə malik olar. Belə bir düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı yoxdur deməkdir. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan, bu şəkildə xilas olmasının mümkün olmadığını, bu yolla yalnız özünü aldatmış olacağını çox yaxşı anlaya bilər.

"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...

Bir insan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etsə, bir an belə cəhənnəmdə olmağı gözə almaz. Hətta cəhənnəmdə olmaqdan başqa, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm, insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrılarla, əzablarla, çirkinliklərlə dolu bir məkandır. Allah Quranda cəhənnəm əzabının, insanların yox olmaq istəyəcəkləri qədər şiddətli bir əzab olduğunu bildirmişdir:
Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman, özlərinə bəd dua edib ölümü diləyərlər.(FurqanSurəsi,13)

(Cəhənnəmin gözətçisinə) “Ey Malik! Qoy Rəbbin bizi öldürsün" (bu əzabdan qurtaraq)! deyəcəklər. O isə “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!

Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb, bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki heç bir insanın -Allahın istəyi olmadan - belə bir zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir.

"ONSUZDA MƏN CƏNNƏTƏ GEDƏRƏM"düşüncəsində olanlar...

"Necə olsa bir müddət qalar cəhənnəmdən çıxaram" deyə düşünənlər, Allahdan qorxmayan, Onun əzabını düşünüb qavramayan şəxslərdir. Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda söz etmişdir:
Onlar : “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. "De ki:" “Allahdan belə bir vəd almısınızmı?Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”Beli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə Surəsi,80-82)

Bu halda heç kim özünü aldatmasın: Allaha boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddətcə heç kim cənnətin qapılarından içəri girə bilməyəcək.


Geri dön

ZAC EFRON

  • 6 sentyabr 2011 00:16
  • Məqalə: 81
  • Şərh: 1487
  • Bal:
mende hec vaxt bu fikir olmuyub........yaxsiliq etdiyim halda pisdiylerimin ustunu ortmeye hele cox var!:::::ALLAH razi olsun!

--------------------
FlY**

music_angel

  • 1 sentyabr 2011 12:44
  • Məqalə: 114
  • Şərh: 4941
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

lema

  • 28 iyul 2011 23:08
  • Məqalə: 0
  • Şərh: 2670
  • Bal:
{awards}
mende bunu deyirem amma meni anlamirlar.deyirler pesimistem.eksine bu realliqdi.movzu yazi hamisi super idi.sagolun.secilmiwlerden etdim.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 00:34
  • Məqalə: 197
  • Şərh: 11496
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 20 aprel 2011 23:27
  • Məqalə: 197
  • Şərh: 11496
  • Bal:
{awards}
maraqliodi twkller

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 15 mart 2011 14:19
  • Məqalə: 304
  • Şərh: 10756
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

nilayka

  • 18 fevral 2011 01:57
  • Məqalə: 208
  • Şərh: 7696
  • Bal:
{awards}
maraqli idi,thank you

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 17:27
  • Məqalə: 72
  • Şərh: 2331
  • Bal:
{awards}
Allah razi olsun cox sag ol

pervin

  • 23 sentyabr 2010 17:09
  • Məqalə: 2
  • Şərh: 6
  • Bal:
{awards}
Bir Hayat
ki, Sonu Cennetdir Sıkıntıdan Ne Çıkar?"

Bir Hayat
ki, Sonu Cehennemdir Rahatindan Ne Çıkar?

♥Princess♥

  • 11 sentyabr 2010 22:18
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
her biriniz sagoluuun winked

--------------------

winner...

  • 17 avqust 2010 12:30
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
maraqli idi,thank you winked

DaMLa

  • 17 avqust 2010 07:12
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Təşəkkürlər xəbərə görə...

--------------------

♥Princess♥

  • 16 avqust 2010 23:21
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
Her birinize twk edireeem


--------------------

Ulya

  • 16 avqust 2010 19:09
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
gozel xebere gore tesekkurler baciw.maraqla oxudum movzunu.menimcox xowuma geldi....ALLAH her birimize cenneti nesib etsin.AMIN!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 29
      Qonaqlar: 174
      Cəmi: 222

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 63
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 421
       
      Love World
      Xəbərləri: 55
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 45
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536