Bu gün onuncu İmam Əliyyən-Nəqinin şahadət günüdür

 
Bu gün onuncu İmam Əliyyən-Nəqinin şahadət günüdür

Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.
Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.
İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş. ve hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır

İMAM HADİ (ə) kəraməti
Bir dəfə İmam Əliyyən-Nəqi əleyhissəlamdan Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq üçün bir neçə nəfəri axtarış üçün oraya göndərir. Onlar gecə vaxtı İmamın evinə hücum çəkib evi axtarsalar da, bir şey tapa bilmirlər. İmamın isə qapısı bağlı bir otaqda yun paltar geyib boş torpaq üzərində oturub Allaha ibadət etməsini, Qur’an oxumasını görürlər. İmamı elə həmin vəziyyətdə Mütəvəkkilin yanına gətirib deyirlər: “Onun evindən heç nə tapa bilməyib özünü isə üzü qibləyə oturub Qur’an oxuyan gördük.” Mütəvəkkil İmamı görcək o Həzrətin əzəmət və heybətindən özünü itirib ixtiyarsız olaraq o Həzrətə qarşı hörmətlə rəftar etməyə başlayır və onu öz yanında otuzdurur. Şərab dolu piyaləni İmama uzatdıqda, o Həzrət buyurur ki, mənim ətim və qanım buna qatışmamışdır, məni üzürlü say. Mütəvəkkil piyaləni geri çəkib dedi: “Onda bir şe’r de!” İmam buyurdu: “Mən çox az şe’r bilirəm.” Mütəvəkkil dedi: “Mütləq bir şe’r oxumalısan”. İmam Əliyyən-Nəqi (əleyhissəlam) çarəsiz qalıb aşağıdakı məzmunda bir şe’r oxudu: “Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o taxtlar, hanı o taclar, hanı o xələtlər? Hanı naz-ne’mət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər.”
İmam Əliyyən-Nəqi əleyhissəlamın bu sözünün tə’sirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmama isə dörd min dirhəm pul verərək hörmətlə evinə qaytarır.

HAQQ YOLUNDA ŞƏHADƏT
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.
O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!»
Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan kimi dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini boxazından çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.


Geri dön

RaminYek

  • 10 iyun 2011 02:25
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
Allah razai olsun...

Allah razai olsun...

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Inciciceyi

  • 7 iyun 2011 08:44
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allahh razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MiLeyla

  • 6 iyun 2011 20:26
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
SAG OLUN.ALLAH RAZI OLSUN/////////

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Grace_Angel

  • 6 iyun 2011 20:06
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkur edirem...Cox maraqli ve deyerli yazi ucun...minnetdaram...ALLAH RAZI OLSUN!!!

--------------------

ŞƏHLA

  • 6 iyun 2011 19:58
  • Məqalə: 0
  • Şərh: 520
  • Bal:
{awards}
THANKS

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

Lindo

  • 6 iyun 2011 19:53
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
təşəkkürlər yazıya görə

YazYamuru

  • 6 iyun 2011 19:39
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
hmmm sagolun maraqli deyerli yazi ücün ....

--------------------



Strong_Girl

  • 6 iyun 2011 19:36
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Təşəkkürlər

Lindo

  • 6 iyun 2011 19:30
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
lap yaxşı tşk

Poppy

  • 6 iyun 2011 19:03
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
tesekkurler

--------------------

CandyGirl

  • 6 iyun 2011 18:43
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}