Rəcəb ayının 1-ci günü

 
Rəcəb ayının 1-ci günü


İmam Baqirin (ə) təvəllüdü günü

Rəcəb ayının 1-ci günü

Hicri təqvimi ilə 57-ci il, rəcəb ayının ilk cümə günü imamət və vilayətin
parlaq günəşi həzrət imam Baqir (ə) Mədinə şəhərinin üfüqündən doğdu.
(Misbahi- Kəfəmi, c. 2, s. 599- Biharül-ənvar, c. 46, s. 212)
O həzrətin mübarək adı: Məhəmməd, künyəsi: Əbu Cəfər,
ləqəbləri:
Baqirül-ülum, Əş-Şakirüllah, Hadi, Əmin və Şəbihdir.
Sonuncu ləqəbi onun islamın əziz peyğəmbərinə (s) bənzəməsi ilə bağlıdır.
(Mənaqibi-Ali-Əbi Talib (ə), c.4, s. 227)
Onun uca şəxsiyyətli atası həzrət Zeyn-Əl-Abidin Əli ibn Hüseyn (ə), anası imam
Həsən Müctəbanın (ə)
qızı Ümmi Əbdüllahdır ki, imam Sadiq (ə)
onun haqqında buyurub: “ İmam Həsənin (ə) övladları arasında onun kimisi olmayıb”.
(Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqirdən belə rəvayət olunub: “Anam divarın yanında oturmuşdu.
Birdən divar çatladı və onun yarılmasının) səsi eşidildi.
Anam divara işarə edib buyurdu: Müstəfa həqqinə, Allah sənə
yıxılmağa icazə verməsin!” O zaman anam oradan
keçinədək divar o halda qaldı”. (Üsuli-Kafi, c.1, s. 469)
İmam Baqir (ə) də aşura günü Kərbəlda olub.
O zaman o, dörd yaşlı uşaq idi. Əhli-beytin (ə) ağır
müsibət və bəlaları dərk edirdi. Qadın və uşaqların üzləşdiyi qəm-qüssəyə o da şərik olub dözdü.
İslamın əziz peyğəmbərdən (s) nəql olunan rəvayətdə
həzrət buyurub: “Əli ibn Hüseynin (ə) sülbündən bir uşaq doğulacaq.
Onun adı mənim adımdır. Yaradılşda mənə bənzəyir.
Əkinçi yeri (parçalayıb) açdığı kimi o da elmi açacaq.”
(Kifayətül-Əsir, s. 12, Biharül-ənvar: c. 36, s. 312)

Rəcəb ayının 1-ci günü

Əhli-sünnə alimlərindən biri İbn Həcər, o həzrətin şəxsiyyəti
haqqında deyir:
“O, ona görə Baqir adlanıb ki, cəvahir mədəni, qiymətli
daş-qaşlar üçün yeri yarıb çıxardıqları kimi o da əhkamın incəlik və həqiqətini açıb çıxardı.
Ö üzdən onu elmin Baqiri, yayanı və onu inkişaf etdirəndir. Bu məsələ, qəlbi kor olanlardan
başqa heç kimə məxfi deyil.” (Ə`yanüş-şiə, c. 1, s. 650)
İmam Baqirin uca atası şəhadətə çatıdıqdan sonra imamlıq mənsəbi
onun öhdəsinə düşdü. Onun imamlıq dövrü bəni-üməyyə hakimiyyəti dövrünün son illərinə
təsadüf edirdi. Müxtəlif yerlədə əməvilərin əleyhinə başlayan qiyamlar
dövlətin başını qatmışdı. Ona görə də imam Baqir (ə) və onu
böyük övladı imam Sadiqin (ə) dövründə peyğəmbərin (ə) unudulmuş sünnəsini,
peyğəmbərin (ə) saf dinini dirildib üçün çox münasib şərait yaranmışdı.
O iki imam (ə) dinin gözəl çöhrəsini bəni-üməyyə və yəhudi xürafatının qübarından təmizlədirlər.
Deyiləsi nöqtə odur ki, bəzi rəvayətlərə əsasən imam Baqirin (ə) təvəllüdü
hicri təqvimi ilə səfər ayının 3- cü gününə təsadüf edir.

Rəcəb ayının 1-ci günü


Geri dön

NELLY19

  • 7 iyun 2011 15:02
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
twk xebere gore

Lindo

  • 7 iyun 2011 10:39
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
təşəkkürlər

Inciciceyi

  • 7 iyun 2011 08:32
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ASMIYA

  • 6 iyun 2011 21:48
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ALLAHIM RAZI OLSUN. XEBERI SAYTA QOYANDAN DA, OXUYANDAN DA. GOZUMUZ NURLANDI. TESEKKURLER.
smile

--------------------


ASMIYA

  • 6 iyun 2011 21:44
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ALLAHIM RAZI OLSUN XEBERI QOYANDAN DA, OXUYANDAN DA. TESEKKUR
laughing

--------------------


omur

  • 6 iyun 2011 21:31
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
tewekkurler

--------------------
wirinler

YazYamuru

  • 6 iyun 2011 20:44
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
TE$EKKÜRLEEEERR deyerli yazi ücün.......

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}