Rusiyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

 
Rusiyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

Rusiyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb-SİYAHI

Rusiyadakı milyarderlərin arasında 4 azərbaycanlı

Rusiyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb
.

“APA-ECONOMICS”in xəbərinə görə, “Finans” jurnalı
tərəfindən tərtib olunan reytinq cədvəlində 114 milyarderin adı yer alıb.

Siyahıya ötən il olduğu kimi, reytinqə bu il də Novolipetsk Metallurgiya Kombinatının
Direktorlar Şurasının sədri Vladimir Lisin başçılıq edir.
Onun sərvəti son bir il ərzində 18,8 mlrd. dollardan 28,3 mlrd. dollara qalxıb.

İkinci yerin sahibi də dəyişməyib - “Oneksim Qrup”un rəhbəri Mixail Proxorov. O, varidatını 17,85 mlrd. dollardan 22,7 mlrd. dollara qədər artıra bilib.
“Finans” jurnalının 2004-cü ildən tərtib etdiyi reytinqdə “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç ilk dəfə olaraq ilk üçlükdə yer almayıb. Sərvəti ötən il olduğu kimi, 17,1 mlrd. dollar təşkil edən R.Abramoviç iki pillə geriləyərək 5-ci yerlə kifayətlənməli olub.

Üçüncü pillədə “Metalloinvest”in banisi Alişer Usmanov qərarlaşıb - 19,9 mlrd. dollar. Ötən il o, 12,4 mlrd. dollarla 7-ci olub.
R.Abramoviçi qabaqlayan digər şəxs isə siyahıda iki pillə irəliləyən “Bazovıy element”in baş direktoru Oleq Deripaskadır - 19 mlrd. dollar (13,8 mlrd. dollar).

Reytinqin ilk onluğunu “LUKoil” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov tamamlayıb. O, ötən illə müqayisədə sərvətini 10,65 mlrd. dollardan 10,9 mlrd. dollara yüksəltsə də, iki pillə geriləyib.

V.Ələkbərovdan başqa, siyahıda daha üç azərbaycanlının adı yer alıb. Bunlar “Crocus Group”un sahibi Araz Ağalarov, “Nortqaz” şirkətinin sahibi Fərhad Əhmədov və AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovdur.

A.Ağalarov 28 pillə irəliləyərək sərvətini 700 mln. dollardan 1,5 mlrd. dollara qədər artırıb və 71-ci yerdə qərarlaşıb.

F.Əhmədov 27 pillə geriləyib. Buna səbəb varidatının 1,7 mlrd. dollardan 1,4 mlrd. dollara qədər azalmasıdır.

T.İsmayılov isə sərvətini 860 mln. dollardan 1,1 mlrd. dollara qədər artıra bilsə də, 10 pillə geriləyib və Rusiyanın 97-ci milyarderi olub.

Qeyd edək ki, Rusiyada milyarderlərin sayı 2008-ci ildə 101, 2009-cu ildə 49, 2010-cu ildə isə 77 nəfər olub.


Geri dön

sunay

  • 7 iyun 2011 18:35
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
teşekkürlər

--------------------
ask adamin gozun kor

NELLY19

  • 7 iyun 2011 14:57
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

№1

  • 7 iyun 2011 11:17
  • Məqalə: 12
  • Şərh: 78
  • Bal:
{awards}
TWK. Maraqlidir

Lindo

  • 7 iyun 2011 11:01
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

lema

  • 7 iyun 2011 10:06
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
hee.leş kimi işdeki milyarder olasan.heç olmuyum yaxşıdı.twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Inciciceyi

  • 7 iyun 2011 08:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 7 iyun 2011 00:08
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Poppy

  • 6 iyun 2011 22:34
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
serhler gore tesekkurler

--------------------

ozlem2010

  • 6 iyun 2011 22:03
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 17

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}