Dinlərdə hicab

 
Dinlərdə hicab

Dinlərdə hicab

Dinlərdə hicabın qaydasını və şəklini araşdırıb müqayisə edəndə ortaya belə bir fakt çıxır ki, bəzi dinlərdə hicaba çox sərt riayət olunmuşdur. Məsələn, Zərdüşt dininə mənsub qadınlar tam hicaba bürünməli imişlər. Yəni uzun paltar, topuğa qədər şalvar geyinməli və bunların üstündən çadraya bürünməli, amma üzlərində də niqab olmalı imiş. Hicabın bu növü farslarda (Əhəmənilər, Arşakilər və Sasanilər dönəmində) da geniş yayılmışdı. Hətta kübar qadınlar da çölə çıxanda üzlərini gizlətmək məcburiyyətində idilər. Xüsusulə I Daranın dövründə qadınlara hicabla bağlı sərt qaydalar tətbiq olunmuşdur. “Sivilizasiyalar tarixi” kitabının müəllifi Vill Dürant yazır ki, “Cəmiyyətin zadəgan sinifinə məxsus qadınlar evdən sadəcə örtülü kəcavədə çıxırdılar”.

Hicab yəhudi qadınlarının arasında da mövcud olmuşdur. Tarixçilər bildirirlər ki, yəhudilərdə nəinki təkcə ənənəvi hicaba riayət olunurdu, hətta çox vaxt iş o yerə qədər gəlib çıxırdı ki, bədənin hər yeri qapanırdı. Yəhudilərin nöqteyi-nəzərincə, qadınlar əhəmiyyətsiz varlıqlar idi və yalnız əsgər dünyaya gətirmək üçün lazım idilər. Buna görə də, onların ünsiyyəti üçün çox sərt qaydalar qoymuşdular. Əbul-Qasım İştəxərdi tərəfindən yazılmış “İslamda hicab” adlı kitabda deyilir: “Örtük (Hicab adını İslam gətirib) ərəblər arasında geniş yayılmasa da, qeyri-ərəblər arasında çox geniş yayılmışdı. Qədim İranda, həmçinin yəhudilər və iudaizm dininə sitayiş edən xalqlar arasında hicaba İslamda buyurulduğundan daha sərt riayət olunurdu. Onlarda hətta üzü və ovucları da gizlətmək vacib idi. Bəzi xalqlarda söhbət yalnız qadının vücudunun və üzünün gizlədilməsindən deyil, ümumiyyətlə, qadınların “evə həbs edilməsindən” gedirdi. Onlar bunu adət halına gətirmişdilər”.

Yəhudilərin iki müqəddəs kitabları olan Tövrat və Talmudda Allahın qəzəbinə düçar olmamaq üçün qadınların riayət etməli olduqları qaydalar sadalanır. Ərəb yazarı Abdur-Rəsul Əl-Qafar hicab haqqında “Müasir qadın” kitabında belə yazır: “Tövratda (Əhdi-Ətiqdə) hicab haqqında çoxlu hökmlər var. İsa Peyğəmbər də hicab haqqında danışır. Tövrat və İncildə qadınların o dövrdə hicaba riayət etməli olduqlarını göstərən çoxlu ayələr mövcuddur. Onlar evin qadına aid olan yarısında, qalın pərdənin arxasında otururdular ki, onlara təsadüfən yad nəzər sataşmasın”.

Xristian dini həmçinin yəhudi şəriətinin qadınların hicabı ilə bağlı hökmləriniqüvvədə saxlayırdı. Xristianlıq qadınlara bütün bəzək əşyalarını qadağan etmişdi. Həvarilər, onlardan sonra isə Roma Papaları və kardinallar – onların dini hökmləri kilsə və xristianlıq üçün qəti əmr mahiyyəti daşıyırdı – qadınları tam hicaba ciddi riayət etməyə, o cümlədən hər hansı bər-bəzəkdən və kosmetikadan istifadə etməməyə çağırırdılar.

London universitetinin professoru Doktor Hakim İlahi “Qadın və xristianlıqda vicdan azadlığı” kitabında hicab haqqında danışan iki Yepiskop Klement və Tertoriyandan sitat gətirir: “Qadın evdən kənarda olduqda tam qapanmalıdır. Belə ki, yalnız onu örtən paltar onu yad baxışlardan qoruya bilər. Qadın başqalarına öz sifətini göstərməməlidir. Tanrı mömin xristian qadınlara başqalarının yanında bəzənməyi məqbul saymır. O gərək öz gözəlliyini gizləsin. Çünki o onu görənlər üçün təklükəlidir”.

Braun Şnayder “Müxtəlif tayfaların geyimləri” kitabında xristian qadınların şəkillərini verir. Onlar hamısı uzun paltar geyinmiş və duvaq örtmüşlər. Xristianların müqəddəs kitabında örpəyin vacibliyinə açıq göstərişlərin olması və onlara yad adamaların yanında, xüsusilə kilsədə susmaq əmrinin verilməsi ona dəlalət edir ki, onlar hicaba riayət etməlidirlər. Bu səbəbdən, xristianlar və avropalılar arasında o dövrdə hicaba riayət olunması çox geniş yayılmışdı və bu 13-cü əsrə qədər davam etmişdir. O tarixdən etibarən isə tədricən öz əhəmiyyətini itirməyə başlamışdır.

İslam sonuncu və ən kamil ilahi din kimi geyimi Allahın neməti olaraq görür. Bu din hicabla bağlı tarix boyu müşahidə edilən ifratçılığın qarşısını almaq üçün konkret hökmlərlə hicabın sərhəddini məhdudlaşdırmış və onu düzgün, mötədil və kişi və qadın təbiətinə daha uyğun şəkildə müəyyənləşdirmişdir.

İslam dinində hicab heç də qadının evə həbs edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir. Və ya qadınları cəmiyyətin ictimai həyatında iştirak etmə haqlarından məhrum etmir. Hicab İslam dünya görüşündə o anlama gəlir ki, qadın yad kişilərin yanında saçlarını və bədənini örtməlidir ki, lazımsız baxışları cəlb etməsin.

Hicab İslamda onunla xarakterizə edilir ki, o qadınlara nəinki cəmiyyətin ictimai həyatında iştirak etməklərinə mane olmur, həm də iş mühitinin sağlam olmasını və qadının ictimai fəallığını qarantiləyir. İslam nöqteyi nəzərindən, hicab təkcə qadına ismət, paklıq və dəyər qazandırmır, həmçinin qadını xarici və daxili təlükələrdən qoruma vasitəsi kimi xidmət edir. Hicab haqqında ayə nazil olur olmaz müsəlman qadınları buna riayət etməyə başlamışlar. Peyğəmbərin (c.ə.c.) xanımı Həzrəti Aişə bu barədə belə deyir: “Ənsar qadınlarına afərin. “Nur” surəsinin ayəsi nazil olduqdan sonra onlardan heç biri cəmiyyət içinə əvvəlki görkəmdə çıxmadılar. Onlar hamısı başlarını qara örtüklə örtdülər”.


Geri dön

Inciciceyi

  • 7 iyun 2011 08:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkler amaki tekrar xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Miss Lady

  • 6 iyun 2011 23:50
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
men hicab baqlayanlara boyuk hormet besleyirem lol

Poppy

  • 6 iyun 2011 22:34
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
serhler gore tesekkurler

--------------------

ASMIYA

  • 6 iyun 2011 21:58
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MEN BILDIYIME GORE HICAB ESLINDE SACI ORTMEK UCUN DEYIL. SINENIN ORTULMESI UCUNDUR. TESEKKUR.


MENIM BILDIYIME GORE HICABIN EN ESAS ORTULME SEBEBI SACIN DEYIL, SINENIN ORTULMESI UCUNDUR. ANCAQ INDIKILER NECE EXLAQSIZDIRLAR. TESEKKUR

--------------------


Lindo

  • 6 iyun 2011 20:10
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
niyə xəbərlər təkrar olaraq çıxır başa düşmürəm tşk

lema

  • 6 iyun 2011 20:07
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
bu evvelde oxumuşdum.tekrar xeberdi.
Yenede twk...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 6 iyun 2011 20:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
TEWEKKURLERRRR

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}