Quran dili

 
Quran dili

QURANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏR

Allah-taala həzrət Məhəmmədi (s)
bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə
təyin etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın üzərində qalib
etmişdir. Demək, Quran insanı əbədi səadətə
qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən
insanlara bəxş olunan bu böyük nemət müəyyən millət və qəbiləyə
deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Quranın peyğəmbərin
yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə,
bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı
Quranı qəbul etməli və haqqa hidayət olmaq üçün ondan
lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.
Quranın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq,
şübhəsiz ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı
olmayan digər millətlər, bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.
Lakin, Quranı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin,
həm də tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir.
Çünki,
Quran başqa dillərə nə qədər səlis tərcümə olunsa da, ecazkarlıq
və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində olduğu kimi özünü
biruzə verə bilməyəcəkdir.

Quran dili

Amma bütün bunlara baxmayaraq,
mütərcim, ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri
nəzərə almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə
etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mənasını hamının başa
düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və
məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:
1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mənaları ilə tanışlıq;
2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;
3. Quranın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir.
Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl
mənasına yol tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə
tutulan mətləbi tərcümə edəcəyi dildə çox sadə ifadələrlə bəyan etməlidir.
Lakin, mötəbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə
tərcümə zamanı istinad etməməlidir.
Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç bir
çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir.

Beləliklə hər bir qövm və millət, öz dilinə tərcümə olunmuş Quranı asanlıqla
başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk edəcəkdir.
Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və zəruridir.
Çünki, Quran ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb
dili ilə tanışlığı olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.


Geri dön

NELLY19

  • 7 iyun 2011 14:59
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
twk xebere gore

Lindo

  • 7 iyun 2011 10:59
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

Inciciceyi

  • 7 iyun 2011 08:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

THIS IS LEGEND

  • 6 iyun 2011 22:57
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
Allah razi olsun

ASMIYA

  • 6 iyun 2011 21:52
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MINNETDARAM. GOZEL XEBERDIR DINIMIZE AID OLDUGU UCUN EN ESASI DA. smile

--------------------


SIMPOTYAQA

  • 6 iyun 2011 21:28
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
dunyanin dagilmasina cox var...bilirsen niye?cunki,seni kimi xeyirxah insanlar var dunyada.cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}