Ey pakları napak edən insan, nə edirsən?

 
Ey pakları napak edən insan, nə edirsən?


Hər gün axıdırsan bu qədər qan, nə edirsən?

Məzlum qoparır naləvü-əfqan, nə edirsən?

Allah yaradarkən sənə vermiş pak əzalar,

Ey pakları napak edən insan, nə edirsən?

Nifrət toxumu səpmə bəşər əhli içində,

Bundan kam alar sadəcə şeytan, nə edirsən?

Yandırma, oxu Quranı, ey xanəsi viran,

Əl saxla, dayan, dərk elə bir an, nə edirsən?

İnsanları düşmənçiliyə sövq eləyirsən,

Bir sor özünə, vardısa vicdan, nə edirsən?

Onsuz da əsayiş pozulub mülki-fənada,

Sənsiz də dolub dərd ilə dövran, nə edirsən?


Kimsən ki, sən insanları hər yerdə sıxırsan,

Bir gün olacaqsan axı peşman, nə edirsən?

Hər harda müsəlman var, ona zülm eləyirsən,

Etdin bu həyatı ona zindan, nə edirsən?

Allahı qəzəbləndirənin axırı yoxdur,

Lazımdı sənə zəlzələ, tufan - nə edirsən?

Zalım payını aldı bu işdən, sən özün bəs,

Ay halı pərişan, gözü giryan, nə edirsən?

Hayqır, bağır insanları agah elə, susma,

Vardır sənə də bir belə imkan, nə edirsən?

Guya oxuyursan, xəbərin var kitabından,

Bir küncdə qalıb evdə o Quran, nə edirsən?

Hər kəsdən umursan işinə eyləyə səhman,

Bəs sən bunun üçün de müsəlman, nə edirsən?

İllərlə hicabın sıxılıb məmləkətində,

Dillən görək, ay hər sözü iman, nə edirsən?

Zülm eyləyən axmaqlara lənət oxuyursan,

Bundan savayı ey dili-nalan, nə edirsən?

Qeybətdə olan Cani-cahan gər ola zahir,

Həm də soruşa səndən o Sultan, nə edirsən?

Yarın görüşüyçün tələsən aşiqsənsə,

Son tapmaq üçün həsrətü-hicran, nə edirsən?


Geri dön

RaminYek

  • 10 iyun 2011 02:27
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
Ela xeberdi xowuma geldi twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

NELLY19

  • 7 iyun 2011 14:56
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

Lindo

  • 7 iyun 2011 11:02
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər əladı

Inciciceyi

  • 7 iyun 2011 08:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler superdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 7 iyun 2011 00:07
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------

YazYamuru

  • 6 iyun 2011 23:34
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Bir gün olacaqsan pe$man,ne edirsen?!!
super $eirdir t$kkk

--------------------



CandyGirl

  • 6 iyun 2011 23:11
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------

Ayla1

  • 6 iyun 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 107
  • Bal:
{awards}
Superdi, xosuma geldi. Tewekkurler smile

--------------------
Он спросил у Бога: - О Боже зачем ты создал ее такую красивую? - Чтобы ты полюбил ее. - А зачем такую глупую? - Чтобы она полюбила тебя

Abuzer_el_Gafari

  • 6 iyun 2011 22:55
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
superdi tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}