Allah nüsxəsi

 
Allah nüsxəsi

Allah nüsxəsi

Ömründə bir kərə də olsun həkim müayinəsi görməyən yaşlı bir kişi xəstələnib yatağa düşür. Oğlu onu şəhərə, həkimlərdən birinin yanına gətirib müayinə edirir. Müayinədən sonra həkim xəstəyə bir nüsxə verərək deyir: "Atacan, bu nüsxəni diqqətlə oxu və göz bəbəyin kimi qoru".
Qoca oğlu ilə vidalaşıb kəndə, evinə qayıdır.
Üstündən iki həftə keçir. Qocanın vəziyyəti yenidən ağırlaşır. Oğul atasının ölüm ayağında olduğunu görüb soruşur. " Ata, məgər həkimin dediklərinə əməl etmədin?". Atası cavab verir: "Niyə ki, övladım, o dediyi kimidə etdim. Bax, onu gözəl çərçivəyə salıb evin ən görünən yerindən asmışam.Səhər də, axşam da yemək yedikdən sonra da onun qarşısında dayanıb diqqətlə baxır, sonra işimlə məşğul oluram". Qoca bu sözləri dedikdən sonra oğlunun əllərini sıxıb dünyasını deyişir.
1432- ci ildə bundan əvvəl bəşəriyyət ruhu çarəsi bilinməyən mənəvi xəstəliyə düçar olur. Bu vaxt Aləmlərin Rəbbi onlara Muhəmməd (s.ə.s) adlı son və ən kamil "həkim" göndərir və ona bütün mənəvi xəstəliklərin çarəsini özündə cəm edən Quran adlı nüsxə nazil edir. İlk dövrün azyaşlı müsəlmanları həmin nüsxəyə can- dildən əməl edib ruhən sağalır və mənən Allahın razılığını qazana biləcək qədər ucalırlar.
Bu hadisədən on beş əsrə yaxın vaxt ötür və biz gəldik. Gəldik, amma ilkinsəhabələrtək nüsxəyə əməl etmək əvəzinə, yaşlı qocatək çərçivəyə salıb evimizin əlçatmaz yerinə qoyduq. Daha "irəli" gedib mal-qara daha çox süd versin deyə, tövlələrin astanasından da asdıq. Körpələrimiz yuxuda diksinməsinlər deyə yasdıqlarınin altına qoyduq. Qız-gəlinlərimiz xoşbəxt olsun, oğullarımız əsgərlikdən sağ-salamat qayıtsınlar deyə, altından keçirdik. Hətta kimlərinsə "bəxtini" açaq deyə, istixarə etməkdən də çəkinmədik. Quranla hansı müamilə desən, etdik, amma onu oxuyub əməl etmədik.
Bilirsiniz nə üçün? Çünki ona Muhəmməd (s.ə.s) gözü ilə deyil, bir qarın parça-bozbaşa satılan üzdəniraq "məclis məllalarının" gözü ilə baxdıq.
Bir vaxtlar qəbilə başçısı Məcnunu yanına çağıraraq ishetza ilə ondan soruşur:" Səni dəli-divanə edən, adını dilinin əzbəri etdiyin, sevdasıyla çöllərinə düşdüyün Leyli bu qara qızdır?!". Məcnun cavabında deyir:" Siz ona mənim gözümlə baxın".
Əgər bir Qurana Muhəmmədin (s.ə.s) gözü ilə baxsaydıq, bu gün Qarabağı, Zəngəzuru, Fələstini itirməzdik. Əfqanıstanda, İraqda göydən od yağmaz, minlərlə uşaq əlil və yetim qalmazdı. Cavan qız və gəlinlərimizi "qazanc" məqsədi ilə Dubaya, Türkiyəyə göndərməzdik. Əgər Qurana Muhəmmədin (s.ə.s) gözü ilə baxsaydıq, məclisləri sökmək əvəzinə, yenilərini tikərdik, onları bağlamaq əvəzinə, qapılarını müsəlmanların üzünə açardıq. Səviyyəsiz, verlişlərdə şou-biznes əhlinin mənasız həyat xatirələrini eşitmək əvəzinə, Peyğəmbərin (s.ə.s) və Məsum İmamların (ə) həyatından örnək alardıq. Amma hələdə Quran bizimlədir, onun altından deyil, içindən keçmək imkanımız var.

Allah nüsxəsi


Geri dön

R.M_FaNaTka

  • 7 iyun 2011 18:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
Allah razi olsun

--------------------

MiLeyla

  • 7 iyun 2011 12:39
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

№1

  • 7 iyun 2011 12:09
  • Məqalə: 12
  • Şərh: 78
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

OK

  • 7 iyun 2011 11:34
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
hamısını oxudum, Allah razı olsun.

--------------------

Lindo

  • 7 iyun 2011 11:06
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər dəyərli xəbərə görə

Inciciceyi

  • 7 iyun 2011 10:20
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Ilk werh menden
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}