Dua və edilməsi

 
Dua və edilməsi

Allah bir ayəsində, duanın əhəmiyyətini belə ifadə edər:
"De ki: 'Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?'..."
(Furqan Surəsi, 77)

Həqiqətən də dua, bir mömini inkar edənlərdən ayıran, Allah Qatında "qiymətli"
edən təməl ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.

İnsanların çoxu, bütün kainatın bir maddələr cəmi olduğunu və bu maddələrin də, heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini zənn edir. Həqiqətdə var olan hər şeyin Allahın iradəsinə boyun əymiş olduğunun, hər şeyin ancaq Allahın "Ol" əmri ilə olduğunun fərqində deyillər. Buna görə də, bütün həyatları bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçir.

Ancaq iman edən insanlar kainatın sirrini bilir. Buna görə də, istədiyi bir şeyə çatmanın əsl yolunun, o şeyləri nəzarət edəndən istəmək olduğunu da anlayır. Bilir ki, Allah hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənir:

"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
(Bəqərə Surəsi, 186)"

Ancaq bilinməlidir ki, "qəbul" duada istənən hər şeyin verilməsi demək deyil.
Çünki insan cahildir və ayədə ifadə edildiyi şəkliylə "... xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir"
(İsra Surəsi, 11).

Bu səbəblə Allah, hər duaya qarşılıq verər, amma
bəzən istənəni verər, bəzən də o istənən şey həqiqətdə bir "şər"dir verməz.

Duanın nə olduğunun isə yenə Qurana baxaraq təyin olunması lazımdır. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvara yalvara, için-için ediləcək bir ibadət olaraq təsvir edir. Bu xüsusiyyətlərə sahib olmayan, Allahın əzəmətini təqdir edə bilməyən dua, həqiqi dua olmayacaq. Dua ancaq, ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allahdan qorxaraq və qarşılığını görmənin ümidi içində olaraq edildiyində həqiqi mənada dua olar.

Duada müəyyən bir konsentrasiya və Allahla çox səmimi əlaqə qurmaq lazımdır.
Necə ki Qurandakı, "Rəbbinizə yalvara yalvara və için-için dua edin..."
(Əraf Surəsi, 55)
və "ONA qorxaraq və ümid edərək dua edin. Doğrusu Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır"
(Əraf Surəsi, 56)
ayələri, duanı nə cür etməli olduğumuzu ən açıq şəkildə təsvir edir. Bir başqa ayədə isə Allahın adları ilə dua edilməsinə belə diqqət çəkilir:

"Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin..."
(Əraf Surəsi, 180)

Dua anı, insanın öz acizliyini və Allahın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainata nəzarət edən, gücü hər şeyə çatan, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona qarşılıq verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allahın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir. Necə ki Allah, Quranda belə buyurur:

" ...Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi
təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!"
(Mömin Surəsi, 60)

Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük bir nemətdir.
Yalnız "istəmək" kimi həqiqətən asan bir hərəkətlə, maddi, mənəvi hər şeyi əldə edə bilmənin açarıdır.


Geri dön

RaminYek

  • 10 iyun 2011 12:23
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
Allah razi olsin...

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Inciciceyi

  • 8 iyun 2011 11:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Grace_Angel

  • 7 iyun 2011 20:35
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Allahdan qorxaraq və qarşılığını görmənin ümidi içində olaraq edildiyində həqiqi mənada dua olar.
Duada müəyyən bir konsentrasiya və Allahla çox səmimi əlaqə qurmaq lazımdır.
Necə ki Qurandakı, "Rəbbinizə yalvara yalvara və için-için dua edin..."
(Əraf Surəsi, 55)

Allah, hər duaya qarşılıq verər, amma
bəzən istənəni verər, bəzən də o istənən şey həqiqətdə bir "şər"dir verməz

Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük bir nemətdir.

Tewekkur edirem...Cox gozel ve deyerli bir xeber ucun...hamisin oxudum bilmediklerimi de oyrendim...Mende her zaman ALLAHA dua edirem...bize bexs etdiyi her yeni gune gore Wukur edirem!!!cox minnetdaram size bele gozel xeberi bizimle paylasdiqiniz ucun...ALLAH RAZI OLSUN Sizden!!!

--------------------

YazYamuru

  • 7 iyun 2011 20:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
DUA insana mexsus olan EN GÖZEL NEMETDiR!!

--------------------



Lindo

  • 7 iyun 2011 20:20
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər Allah razı olsun !

MuslimGirl

  • 7 iyun 2011 20:16
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razı olsun sizdən. Dua mənim heç zaman əskik etmədiyim ibadətdir. Nəinki çətin zamanlarda, adi günlərimdə də Allaha dua etməyi heç zaman əskik etmirəm. Şükürlər olsun Ona

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 86

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}