Elmin cavab tapmadığı 10 sirr

 
Elmin cavab tapmadığı 10 sirr

Elmin cavab tapmadığı 10 sirr

Müxtəlif elmlər milyonlarla sualların həllini taparaq, bəşəriyyətə çoxlu qapılar açıblar. Amma bugün də elə sirrlər var ki, onlar hələ də cavabsız qalır. Elmi populyar jurnal olan Livescience bu sualları əhatə edən TOP 10-luq yaratdı.

Bu siyahının təşkil olunmasında məşhur alimlərdən tutmuş, bu suallar haqqında az-çox biliyi olan Livescience daimi sakinləri də iştirak edib.

Bu da insanların hələ də baş sındırdığı 10 əsas sirr:

1. Kainat necə yaranıb?

Məhz bu sual ən müəmmalı sirrlər arasında liderliyi əldən buraxmır. Yazıçı En Darayanın (Ann Druyan) dediyi kimi; “Bütün digər sirrlər, bu sirrdən yaranır”.

Vaşington Universitetinin astrofiziki Erik Agolun (Eric Agol) bu sualı belə izah etməyə çalışır: “Əksər alimlərin gözü ilə baxsaq, kainatdakı hər şey, 14 milyard il əvvvə baş verən Böyük Partlayışdan yaranıb. Bu təklifin sonunda bu partlayışın nöqtədən baş verdiyini güman etdilər. Sonra isə ani olaraq, dəhşətli dərəcədə miqyas böyüyür. Bu son dərəcə güclü nəzəriyyədir. Amma ki, biz bu partlayışa səbəbin nə olduğunu heç cürə təsəvvür edə bilmirik”.

2. Yerdən kənar sivilizasiyalar varmı?

Əgər Yer kürəsində həyat varsa, niyə də başqa planetlərdə bu olmasın? “Hə” cavabı daha məntiqli sayılır, nəinki “yox” cavabı.

Kaliforniyadakı SETİ yerdənkənar sivilizasiyaların tədqiqat mərkəzinin rəhbəri Cil Tarterin (Jill Tarter) : – “Baxın, biz ulduzların tozundan əmələ gəldik. Bu üsulla başqa yerdə də həyatın yaranması ehtimalı daha çoxdur”.

Nobel mükafatı lauriyatı Frank Vilcek (Franck Wilczek) öz həmkarının sözlərinə bir neçə cümlə də əlavə edir. “Yerdə həyatın yaranmasından 4,5 milyard il keçsə də bəşəriyyət elmi-texniki sivilizasiya səviyyəsinə son 200 ildə çatıb. Buna istinad olaraq demək olar ki, Günəş sistemindən kənar planetlərdə belə elmi-texniki sivilizasiyaların olmasına heç bir şübhə yoxdur”.

3. Elə bir nəzəriyyə varmı ki, hər şeyi
anlatsın?


Fiziklərin standart modeli var. Kainatın məlum olan hissəsini “bölüşdürüb” əksər hadisələri izah edirlər. Amma söhbət gravitasiyaya gəlib çıxanda, bu model gücsüz hesab edilir. Və bu qravitasiya anlamını yüksək enerjiyə aid edirlərsə, bu həm də daha böyük qarmaqarşıqlığa aparıb çıxarır.

Elə bir nəzəriyyə irəli sürmək olarmı ki, bu hər şeyə adi olsun? Bu hələ ki, məlum deyil. Bəzi alimlərin fikrincə bu heç vaxt baş vermiyəcək.

4. Qravitasiya hardan əmələ gəlir?

Qravitasiya – bizə təsir edən qüvvələrdən biridir, hansı ki, demək olar onun haqqında heç nə bilmirik.

İllunoysda yerləşən Fermi laborotoriyasının fizik-nəzəriyyəçisi Mark Ceksonun (Mark Jackson) dediklərinə görə, “qravitasiya, standart modelin təsvir etdiyi digər qüvvələrdən tamamilə fərqlənir. O zaman ki, siz cüzi belə qravitasion əlaqələri hesablayırsız, sonda gülməli bir cavab alınır… Riyaziyyat heç cürə işə yaramır”.

Bəzi nəzəriyyəçilər güman edir ki, bu qüvvəyə səbəb yüksüz hissəciklər sayılan qravitonlardır. Onlar özlərindən qravitasion sahələr “şüalandırmaqla” buna nail olur.

Amma hələ ki, bu da tam cavab deyil.

5. Kaintın bəzi hissələri hara yoxa çıxıb?


Təsəvvür edin ki, böyük tortdan sizə qalan sadəcə qırıntıdır. Kainatın sirrlərini öyrənən alimlər özlərini belə hiss edirlər.

Onların dediklərine görə, bugün kosmologlar materiyanın cəmi 4%-nin yerini tapıblar. Qalan 96%-i elə yox olan tortla müqayisə edirlər. Çikago Univeristetinin kosmologu Mixayel Turner (Michael Turner) özünün qara enerji və materiya haqqında fikirlərinə belə sitat gətiri. -”Mən bunu kainatın qaranlıq üzü adlandırardım”.

6. Beyin necə işləyir?

Bəziləri düşünə bilər ki, bu sual burda olmamalıdır. Çünki elm beyin haqqında çox məlumata malikdir. Amma biz bildiklərimiz, bilmədiklərimizin yanında heç nədir. Milyardlarla neyron, hansı ki, öz aralarında minlərlə əlaqələri var. Düzdür, alimlər bizi əmin edir ki, 10 ildən sonra süni beyin kəşf edəcəklər. Yaşayarıq, görərik.

Duke Universitetinin nevrologu Skot Huettelin (Scott Huettel) sözlərinə görə; “Biz ancaq öz beynimizi başa düşməyi bacarırıq. Amma bu subyektiv təcrübəmiz beyinin necə işləməsi sualı üçün çox kasıb bələdçidir”.

7. Yer kürəsində həyat necə yaranıb?


Bir tərəfdən bu mövzuda saatlarla danışmaq olar, digəer tərəfdən nəzəriyələr, nəzəriyyələr və başqa heç nə… Heç kim dəqiqliklə deyə bilməz ki, milyard il əvvəl planetimizdə mikrobial həyatın əmələ gəlməsi necə baş verib?

Ehtimallar çoxdur. Suda baş verən kimyəvi reaksiyadan tutmuş, daşlarda baş verən kimyəvi reaksiyalara kimi.

“Çox nəzəriyyələr irəli sürülüb. Amma onlardan hər hansı birini inkar etmək və yaxud tam təstiqləmək çox çətindir”- New Mexico universitetinin biologu Diana Hortup (Diana Horthup).

8. Sən kimsən?

Özünü dərketmə təbiətini psioxolog və filosoflardan başqa, digər elimləri də maraqlandırır. Bu sualın bəzi hissələrinə cavab tapılıb və bu cavab çox təəcüblüdür.

Bu və ya digər hərəkətlərimizi idarə edən impulslar sinir əlaqlərində qabaqcadan “yazılıb”. Amma bu “yazılar” hər dəfə düşüncə tərzinə açıq olmur. Lazımdırmı bu? Bu özünü dərketmə hər nədirsə, bugün də alimlərin fikirləşib cavab tapa bilmədiyi suallardandır. Onlar necə formalaşır? Hardan əmələ gəlir? Və s…

“Özünü dərketmə, bütün hərəkətləri idarə edir.” ideyasını alimlər düzgüb cavab saymır. Hərçənd ki, bizə elə gəlir ki, biz özümüz-özümüzü idarə edirik. Bu təhtəlşüur haqqında dəlillərimizin olmamağından irəli gəlir.

9. Zəlzələnin “ürəyində” nə baş verir?

Alimlər zəlzələ haqqında çox şey bilirlər. Yer kürəsinin müxtəlif regionlarında seysimoloji aktivlik barəsində minlərlə qrafiklər tərtib olunub. Amma yenə də bu biliklər zəlzələr haqqında çox bilik vermir. Alimlər hansı ərazidə kataklizmin baş verəcəyi, nə qədər davam edəcəyi, nəticəsinin nə qədər ağır olacağı haqqda məlumat verə bilərlər. Ancaq seysmologlar dəqiq deyə bilmirlər ki, zəlzələ zamanı Yer kürəsinin məzkəzində nə baş verir.

“Zəlzələ zamanı friksion (sürtünmə) sürüşmə – Yer haqqında fundamental elmlərdən biridir” – Bunu geofizik Tom Heyton (Tom Heaton) hesab edir.

10. Təkamülü hansı faktor idarə edir?

Bir tərəfdən bu suala çoxdan cavab tapıblar. Təbii seçmə. Amma göründüyü kimi, bu bir aksiom yox, hələ də nəzəriyyə olaraq qalır. Əksər ekspertlər hesab edir ki, hər şey təkcə bu faktorla təkamülə təsir edə bilməz.

“Mən düşünürəm ki, bugün biologiyada olan ən böyük sirrlərdən biri təbbi seçmədir. Yəni ki, həqiqətənmi bu təbbi seçmə organizmlərin mürəkkəbləşməsinə aparan proseslərin müəyyən olmasında rol oynayır, yoxsa hər hansı başqa faktor da var? Mən güman edirəm ki, axrıncı variant daha düzgün olar”. – Stony Brook Universitetinin ekologiya və təkamül üzrə mütəxəsisi Masimo Pigluçi (Massimo Pigliucci) bölüşdü.


Geri dön

music_angel

  • 7 avqust 2011 18:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
cox sagolun xebere gore

--------------------

tweety6666

  • 7 iyun 2011 19:32
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
cox maraqlidi. bunlar hamisi ALLAHIN elindedi.
what

R.M_FaNaTka

  • 7 iyun 2011 18:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Poppy

  • 7 iyun 2011 14:49
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler

--------------------

NELLY19

  • 7 iyun 2011 14:46
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk xebere gore

CoRdIaL

  • 7 iyun 2011 14:13
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
twk........

AliNikA

  • 7 iyun 2011 14:01
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
MiLeyla,

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

MiLeyla

  • 7 iyun 2011 12:25
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
BUNLARA BAS SINDIRIB CAVAB AXTARIRSINIZSA DEYIM;BUTUN BUNLAR QURBAN OLDUGUMUZ ALLAHIMIZIN BIR SOZUYLE YARANMISDIR<OL>

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

lema

  • 7 iyun 2011 12:13
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
hımmm.çox maraqlıdı bunların cavabları haçansa tam tapılacak?
Twk mövzuya göre ela mövzu idi.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

№1

  • 7 iyun 2011 11:24
  • Məqalə: 12
  • Şərh: 78
  • Bal:
{awards}
Ela xeberdir. Amma maraqlidir ki goresen bu suallarin cavabi ne vaxt tapilacaq?

Lindo

  • 7 iyun 2011 11:13
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər maraqlıdı seçilmiş etdim

Inciciceyi

  • 7 iyun 2011 11:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqli xeberdi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}