Möcüzə (1)

 
Möcüzə (1)

Möcüzə (1)

Möcüzə və onun peyğəmbrəliyin sübutunda təsiri
Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və
qüdrətilə həyata keçirilə bilər. Yəni, qeyb aləmindən
ilham almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür.

Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah tərəfindən
himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan
azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir.
Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn
və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir
qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.

Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini idarə etmək üçün
təyin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni
sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər.

Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və
padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa bunu,
həmin şəxsin padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar.
Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək
bir vəzifəyə və rəislik məqamına təyin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür.
Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə
və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.
«Əgər o, [peyğəmbər] özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi
Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.»
(Əl-haqqə, 69-44/46).
Yəni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox
möcüzələri ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz.
Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq
(şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi qoruyucusu və
haqq ilə batili bir-birindən ayıran da Bizik.

Möcüzə (1)

Möcüzələr təkzib olunduğu təqdirdə, nazil olan bəlalar haqqında ayələr

«Onlardan əvvəlkilər də hiylə qurmuşdular.
Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və
heç özləri də bilmədilər ki,əzab onlara haradan gəldi.»
(Nəhl-26).
«Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər.
Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.»
(Zümər-25).
Dediklərimizin xülasəsi.
Haqqında bəhs etdiyimiz ayə bir qrup inadkar insanların, peyğəmbərlərin həqqaniyyətini dərk edərək
onların möcüzələrini öz gözləri ilə müşahidə etdikdən sonra, bir daha möcüzə tələb
etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər.
Ayədən məlum olur ki, bu kimi möcüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir.
Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə
mənbələrində nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik.
1. İmam Baqir (ə) buyurur: «Müşriklərdən bir
neçəsi Peyğəmbərdən (s) möcüzə göstərməsini istədilər.
Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: Ya Məhəmməd!
Allahın buyurur ki, onların istəklərinə (yəni möcüzənin göstərilməsinə) mane olan yalnız keçmiş peyğəmbərləri təkzib etmələridir.
Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara möcüzə göstərsəydik və
onlar da keçmiş ümmətlər kimi möcüzələrimizi təkzib etsəydilər, onlara da əzab nazil
edərdik. Bu səbəbdən də biz möcüzələri bir qədər təxirə salırıq.»
(Təfsir burhan. 1-ci cild, 607-ci səh).
2. İbni Abbasdan nəql
olunmuş hədisdə deyilir: «Məkkə camaatı Peyğəmbərdən (s) möcüzə yolu ilə
Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer ilə
bərabər etməsini tələb edirdilər.
Dərhal Allah tərəfindən belə bir vəhy nazil oldu:
Əgər istəyirsənsə onların istəklərini bir qədər təxirə salım.
Bəlkə də onların arasında kimsə iman gətirmiş olsun.
Yox əgər istəyirsənsə onların istəklərini yerinə yetirim.
Amma əgər təkzib edərlərsə keçmiş ümmətlər kimi onları da hamılıqla həlak edəcəyəm
. Peyğəmbər (s) buyurdu: İlahi! Bir qədər
onlara möhlət ver! Sonra Allah-taala bu ayəni nazil etdi. Möcüzənin göndərilməsinə
mane olan yeganə şey varsa o da keçmiş peyğəmbərlərin təkzib olunması və əzabın
göndərilməsidir.»
(Təfsir Təbəri. 15-ci cild, 74-cü səh).
Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur.
Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər.

Möcüzə (1)


Geri dön

NELLY19

  • 8 iyun 2011 14:43
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
TWK.................

Inciciceyi

  • 8 iyun 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MuslimGirl

  • 7 iyun 2011 20:25
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Allah razı olsun

Lindo

  • 7 iyun 2011 20:23
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
Allah razı olsun belə xəbərlərə görə tşk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}