Bakıda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

 
Bakıda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakıda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Rəsmi qəbulda bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidentləri, adlı-sanlı futbolçular və məşqçilər də iştirak ediblər

“Buta Palas”da Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil edilmişdir. Qəbulda FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidentləri, adlı-sanlı futbolçular və məşqçilər iştirak ediblər. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri - Azərbaycanın Eldar Qasımov-Nigar Camal dueti qəbul iştirakçıları qarşısında çıxış edib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, FİFA-nın prezidenti Yozef Blatter, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın ən populyar və sevimli növlərindən birinin yubileyi münasibətilə ölkəmizin idman ictimaiyyətini təbrik ediblər.

Rövnəq Abdullayev öz çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev ölkədə idmanın, o cümlədən futbolun inkişafına böyük diqqət yetirir. İdmanın bu növünün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu gün ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda və bədən tərbiyəsində tərəqqi müşahidə olunur. AFFA-nın prezidenti FİFA rəhbərinə yenidən bu vəzifəyə seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdiyinə görə təşəkkürünü bildirib.

UEFA-nın prezidenti Mişel Platini Azərbaycanda futbolun inkişafından söhbət açaraq qeyd edib ki, 1911-ci ildə o vaxt Azərbaycanda işləyən almanlar və ingilislər ilk dəfə Bakıda futbol oynamağa başlayıblar. Son 100 ildə idmanın bu növü ölkədə çox populyarlaşıb. 1966-cı ildə Bakının “Neftçi” klubu SSRİ çempionatında üçüncü yeri tutaraq böyük uğur qazanıb. Mişel Platininin sözlərinə görə, əfsanəvi hakim Tofiq Bəhramov da Azərbaycan futbolunu çox məşhurlaşdırıb. “Bu gün AFFA-nın rəhbərliyi ölkədə həm peşəkar, həm də həvəskar futbolun inkişafı üçün çox iş görür - təkcə Bakıda deyil, regionlarda da çoxlu futbol meydançaları tikilir”, - deyən Mişel Platini əmin olduğunu bildirib ki, bütün bu tədbirlər tezliklə öz səmərəsini göstərəcək.

FİFA-nın rəhbəri Yozef Blatter çıxışının əvvəlində səmimi qəbul üçün Prezident İlham Əliyevə təşəkkür edib. FİFA prezidenti qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir və “biz onun bir çox istiqamətlərdə uğurlarının şahidləriyik”. Blatterin sözlərinə görə, bu gün futbol idmanın dünyada populyar növlərindən biridir və FİFA-nın fəaliyyətinin əsas tezisi ədalətli oyun prinsipidir.

Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, yubiley təntənələrində iştirak etdiklərinə görə FİFA və UEFA rəhbərlərinə təşəkkürünü bildirib. Bu gün ölkəmizin idmançılarının qələbələrinə Azərbaycanın bütün vətəndaşlarının sevindiklərini vurğulayan nazir ümid etdiyini bildirib ki, tezliklə futbolçularımız da öz parlaq qələbələri ilə bizi sevindirəcəklər: “Bu gün Azərbaycan bütün dünyada tanınmış idman ölkəsinə çevrilmişdir. Burada Avropa və dünya çempionatları, müxtəlif beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir”.

Sonra Azərbaycan futbolunun veteranları Ələkbər Məmmədova və Kazbek Tuayevə UEFA-nın və FİFA-nın fəxri fərmanları təqdim edilmişdir.

Qəbulda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib


Geri dön

R.M_FaNaTka

  • 1 iyul 2011 00:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
tesekkurler

--------------------

NELLY19

  • 8 iyun 2011 13:17
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK.................

Lindo

  • 8 iyun 2011 11:12
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

Inciciceyi

  • 8 iyun 2011 08:12
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Cox gozel
twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 7 iyun 2011 23:26
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
lap yaxşı.hal hazırda 67.deqiqedi Almanlara 2/0 uduzuruq.ooffff....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}