İnternetdə məni əsəbləşdirən 10 şey

 
İnternetdə məni əsəbləşdirən 10 şey

1) Xəbəri görmək üçün qeydiyyatdan keçməlisiniz. Xəbəri yalnız istifadəçilər görə bilər.
- Bax hə qeydiyyatdan keçdim nolsun? İşim var gücüm var niyə belə eləyirsiz. İstifadəçi adına 123456 Şifrəyə 123456, olmadı. İstifadəçi adı 012345 Şifrəyə 012345, olmadı. İstifadəçi adı asdfgh şifrə asdfgh, olmadı. Bezdim, 1 saat vaxtımı istifadəçi olmağa sərf edə bilmərəm, xəbəriniz də özünüzə qalsın.

2) Mausun sağ düyməsini ləğv edən saytlar.
- Çox önəmli bir şey eləmisiz. Mausun sağ düyməsiylə bir çox şey edilir, yazınız ya da şəkiliniz mənə lazım deyil, mənə niyə əziyyət verirsiz ki. Guya elə eləyəndə şəkli ya da yazını copy eləyə bilməyəcəm də.

3) FWD e-mail.
- Peyğəmbərimizi o bəhs edilən şəxsin yuxusunda gördüyünü sanmıram. Bu mesajı 10 adama göndərməklə xəyallarımın reallaşacağını, ya da axtardığım sevgini tapacağımı da sanmıram. O şəkil başdan ayağa photoshop. Bu internetdəki hər şeyə niyə inanırsız. Göndərməyin artıq mənə bu mailləri.

4) Filankəs sizi Facebooka, Netloga, Hi5ə nə bilim nəyə dəvət edir.
- Təşəkkür etdiyimi və salamımı söyləyin. Ürəyim istəsə mən gələrəm onsuz da, dəvətə nə gərək var. Zəhmət çəkmisiz boşu boşuna.

5) Microsofta düşmən Google-u dost görənlər. İnadına ''İnternet Explorer'' istifadə etməyənlər. Kor-koranə Windows əleyhdarı, cahil Linux istifadəçiləri.
- Başa düşmürəm interdə olan bəzi insanlar Steve Jobs və Apple-ı səmimi, Bill Gates və Microsoftu isə düşmən görürlər. Milyard dollarlıq bir şirkətin tək düşüncəsi; necə olur ki daha çox pul qazanaramdan başqa bir şey deyil. Hansı əməliyyat sistemini və ya brauzeri istifadə edirsən istifadə et bu sənin seçimin. Amma kiminsə uşaq kimi Microsoft pis Google super deməsi çox gülüncdür. Biz hansı dünyada yaşayırıq ki.

6) Youtube videosunun altındakı şərhlərdə və ya hər hansı bir əlaqəsi olmayan saytda siyasi davalar falan edən insanlar.
- Elə bil bu insanların işi gücü yoxdur. 2-3 saatlarını şərhlərdə davaya sərf edirlər, sonda da heç bir şey yox. Yazıq mahnı da qalır bir qıraqda.

7) Messenger
- Düzdür əvvəl msn-də mən də çox olurdum. Amma bu onu sevirəm demək deyil. Çox olduqda adam danışmaqdan və yazmaqdan sıxılır artıq. Üz-üzə, yan-yana danışmaq kimi olmur. Hərçənd mən danışmağı dəhşət çox sevən adamam. Üstəlik Msnə girəndə online hər kəslə danışmaq salamlaşmaq lazımdır. Hər kəslə də eyni anda danışmaq qeyri-mümkün, adamın başı xarab olur. Ən yaxşısı heç açmamaq. İnsanın i-net azadlığını məhdudlaşdırır Msn.

8) Səhv məlumatların 10 dəqiqədə bütün saytlara yayılması. İnsanların qanına hopmuş "Copy Paste" prinsipi.
- Nəzarət eləyən olmadığı üçün səhv-süf çox çox məlumat var internetdə. Sağdan soldan heç qaynağı da bilinməyən kopyalanan mövzuların isə həddi-hüdudu yox. Təəssüf ki, ortalıq o qədər qarışıq ki, nəyi kopyalamaq olar, nə qadağan onu belə tapmaq qeyri-mümkün.

9) Bu adda istifadəçi var.
- Bəzən hansısa sayta üzv olmaq istəyirəm. Və ya yeni bir mail ünvanı götürəcəm. Bir istifadəçi adı seçmək lazımdır. Onu yazırsan olmur, bunu yazırsan olmur. Bəzən adam heyrət içində qalır ki, mənim xaricimdə kimsənin ağılına gəlməz dediyim adları da daha əvvəl bəziləri istifadə edib.

10) Yeni üzv olacağım bir yerin şifrəmi etibarsız qəbul etməsi.
- Ay bu saytı yaradanlar sizcə mən axmağam? Bilirəm o şifrənin sadə olduğunu. Onsuz da mən bir dəfə faydalanacam sənin saytından. Məni bu qədər niyə yorursan. Təcrübəsiz istifadəçi üçünsə yalnız xəbərdar et ''bu şifrə etibarsız xəbəriniz olsun'' deyə. Şifrəmi niyə qəbul etmirsən axı.

P.S Bəs sizi əsəbləşdirən nələrdir?


Geri dön

hazal kaya

  • 10 iyun 2011 17:20
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
xebere gore twk

Rustem2002

  • 8 iyun 2011 23:33
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
Aydaaa hamisi en zehlem getdiytim seylerdir.Bezdirir eeee yoo istafedici adi arttiq var,parolunuz 8 herfden cox olmalidir yox ne bilim parolunuzu tapmaq asan olacaq deyisin gic-gic seyler

--------------------
Bax ibret al yere dusen yarpaqdan
O da bir zamanlar tepeden baxardi torpaga

KriMiNaLkA

  • 8 iyun 2011 18:13
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
ola biler winked

GlamouR_

  • 8 iyun 2011 17:51
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Bu adda istifadəçi var.
- Bəzən hansısa sayta üzv olmaq istəyirəm. Və ya yeni bir mail ünvanı götürəcəm. Bir istifadəçi adı seçmək lazımdır. Onu yazırsan olmur, bunu yazırsan olmur. Bəzən adam heyrət içində qalır ki, mənim xaricimdə kimsənin ağılına gəlməz dediyim adları da daha əvvəl bəziləri istifadə edib.
maraqlidir.sag olun.twk-leeeeer

--------------------

beauty

  • 8 iyun 2011 17:02
  • Məqalə: 13
  • Şərh: 274
  • Bal:
{awards}
1) Xəbəri görmək üçün qeydiyyatdan keçməlisiniz. Xəbəri yalnız istifadəçilər görə bilər.
9) Bu adda istifadəçi var.
angry
mende de olur thanksss

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

OK

  • 8 iyun 2011 15:19
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
hamisi ile raziyam , en cox da qeydiyyat sohbetine . eger mene hansisa saytda bir xeberi oxumaq ucun qeydiyyatdan kec deyilirse, o saytdan cixiram, basqa saytlara ne olub ki, basqa saytlarda yoxdur hemin xeber??? angry

--------------------

NELLY19

  • 8 iyun 2011 13:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK............

lema

  • 8 iyun 2011 13:06
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
xeberi görmek üçün istifadeçi olmaq lazım gelende heqiqeten esebleşirem. angry twk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Ben99

  • 8 iyun 2011 12:53
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkurler

tesekkurler

KatY_PerrY

  • 8 iyun 2011 12:30
  • Məqalə: 22
  • Şərh: 104
  • Bal:
{awards}
Suretli internet oldugu halda Internet geceler zeifleyende

--------------------
D0sT bƏzəN baPbalAca bİr qu6 bəzƏndə vAr 0lMayAn seVgilİdiİr… BiR vaXt sAxsİdA 0laN 4i4əkDir, aMa Əsl d0st sEnİ sƏndƏn 40X sƏvƏndİr...:*

Inciciceyi

  • 8 iyun 2011 11:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 8 iyun 2011 11:17
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Xəbəri görmək üçün qeydiyyatdan keçməlisiniz. Xəbəri yalnız istifadəçilər görə bilər.
Mausun sağ düyməsini ləğv edən saytlar.
Səhv məlumatların 10 dəqiqədə bütün saytlara yayılması. İnsanların qanına hopmuş "Copy Paste" prinsipi.
Bu adda istifadəçi var.

bunlar ən çox tşk

RaminYek

  • 8 iyun 2011 11:16
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
Admine nese yazanda cavab gelmeyende!!!)))))

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}