Acından ölməkdənsə Müharibədə ölmək yaxşıdır

 
Acından ölməkdənsə Müharibədə ölmək yaxşıdır

Acından ölməkdənsə Muharibədə ölmek yaxşıdir...

Yəqin, “Bizim Cəbiş müəllim” filminə baxmısız. Həmin filmdə belə bir epizod var: Cəbiş müəllim səngər qaza-qaza belə bir söz deyir: Bilsəm ki, bu qazdığım səngər heç olmasa kiminsə həyatını xilas edəcək, onda bilərəm ki, mən də bir işə yaradım.
İndi məndə öz dərdlərimi yazıram. Bilsəm ki, heç olmasa bu yazdıqlarım bir nəfəri də olsa düşündürəcək, onda bilərəm ki, məndə bir işə yaradım…
Mən bu yazımı müharibə tərəfdarı olaraq yazıram. 2-ci Qarabağ savaşının başlamasının tərəfdarıyam. Bəlkə də bu sözümlə oğlu olan valideynlər, qardaşı olan qardaş və bacılar, müharibə başlasa yaşı müharibəyə düşən “kişilər” razılaşmayacaqlar. Amma yazdıqlarımı axıradək oxuyun. Bəlkə onda yazdıqlarımda həqiqət gördünüz. Elə isə…

Başlayaq deyilənə görə hər bir sahədə ən son texnologiya ilə təmin olunmuş, iqtisadiyyatı
dünyada ən nəhəng ölkələrin iqtisadiyyatına bərabər tutulan, günü-gündən “çiçəklənən” və “inkişaf” edən respublikamızdan.
Siz təsəvvürünüzə gətirin ki, artıq neçə illərdir ki, bütün Avropanı qaz və nefti ilə təmin edən bir ölkənin, öz rayonlarına hələ indi-indi qaz çəkilir.
Siz təsəvvürünüzə gətirin ki, iqtisadiyyatı, iqtisadi cəhətdən nəhəng ölkələrin iqtisadiyyatı ilə müqayisə olunan ölkəmizdə yoxsulluğun və işsizliyin faizi bəlkə də 50 faizdir. Niyə 50 faiz? Ona görə ki, bütün ölkələrdə 3 təbəqə var. Ali, orta və aşağı təbəqə. Amma Azərbaycanda bu təbəqə ikidir. Ali və aşağı təbəqələr. Orta təbəqə yoxdur. Bütün televiziya kanallarının “Azərbaycanda bir dənə də olsun işsiz adam yoxdur” və ya “Azərbaycanda yoxsulluğun sayı azalıb” sözlərini tez-tez bar-bar bağırması ilə deyil. Amma bəlkə də “Azərbaycanda yoxsulluğun sayı azalıb” sözlərində bir həqiqət var. Bəli, məndə razıyam o sözlə, azalıb. Çünki millət acından ölür. Sayı azalmasın neyləsin?

Acından ölməkdənsə Müharibədə ölmək yaxşıdır

Kimlərsə milyonlar içində üzür, kefindən kafedə, restoranda oturub ayı əti sifariş verir, kimlərsə axşam evinə gələndə, “uşağım bu gecə nə yeyib yatacaq” fikri ilə gəlir. Bəs indi məni kim başa sala bilər ki, bu cür inkişaf etmiş bir ölkədə bu boyda varlı-kasıb təbəqələşməsi hardandı, necə yaranıb?
Deyirəm müharibə də olsa başlamır ki, kasıb-kusubun uşağları qırılsın. Yenə acından ölməkdənsə, müharibədə ölmək yaxşıdır. Yenə düşünərsən ki, vətənin, torpağın uğrunda öldün. Amma bu cür inkişaf etmiş ölkədə, acından ölmək, vallah gülməlidir.
Acından ölmək də o demək deyil ki, yıxıldın canın çıxdı. Elə bu cür varlı ölkədə bu günkü günə kimi hələdə gecəni bir qarın ac, bir qarın tox yatan vətəndaşlar varsa, deməli acından ölürük.

Hər yeni gələn icra başçısı da şəhərdə abadlıq işləri aparır. Yeni-yeni parklar saldırır. Çoxsağolsunlar. Əlbəttə parkda lazımdı, yeni yollarda lazımdı. Amma millətə ilk növbədə parkdan da əvvəl iş lazımdı, çörək lazımdı. İş üçün, bir parça çörək qazanmaq üçün müxtəlif iş yerlərinin qapısını döyüb, cürbəcür insanlara ağız açıb, müraciət edən amma müraciətlərin hər birində də mənfi cavab alan vətəndaşa park lazımdımı? Hansı xoşbəxt gününə görə gedib parkda dincələcək?
Televiziya kanallarının birində iş elanı verilir: Adını çəkməyəcəyim bir zavod müxtəlif peşə sahibləri olan vətəndaşları işə dəvət edir. Amma vətəndaşlar iş üçün həmin zavoda müraciət edəndə, müraciət etdiyi tərəfdən ilk sual, “kim göndərib səni? Kimin adamısan?” sualı olur. Budurmu günü-gündən çiçəklənən və inkişaf edən Azərbaycanımız?
Əgər bu yaxınlara kimi ordusunda baxımsızlığdan əsgər dünyasını dəyişirsə, biz hansı inkişaf etmiş ölkədən danışa bilərik?
Deyirlər Azərbaycanda yeni-yeni iş yerləri açılıb. Bəs bu yeni-yeni açılan həpsxanalar nədir? Əgər iş yerləri varsa, əməkhaqqılar yüksəkdirsə, heç olmasa bir kiçik ailəni 1 ay dolandıra biləcək səviyyədədirsə, niyə cavanlar cinayətə sürüklənir, həpsxanalar dolub-daşır və artıq həpsxanalarda yer olmadığına görə yeni-yeni həpsxanalar açılır.

Acından ölməkdənsə Müharibədə ölmək yaxşıdır

Mən jurnalist deyiləm. Heç ali təhsilimdə yoxdur. Mən gənc Azərbaycan vətəndaşıyam. Amma cəmiyyətimizdəki çirkinlikləri görmək üçün nə jurnalist nə də ali təhsilli olmağ lazım gəlmir. Ümummilli liderin bir sözü düşdü yadıma: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Elə mən də Azərbaycanlı olmağımla fəxr edirəm. Baxmayaraq ki, fəxr edəcək heç bir şey yoxdur.

Ümumiyyətlə bizim millətin canında da az yoxdur. Azərbaycan “Avrovizion” da 1-ci yer tutduğuna görə gecə vaxtı maşınlarla, siqnallaya-siqnallaya qızlı-oğlanlı düşüblər küçələrin canına. İnanın ki, həmin gecə küçələrə axışan heç bir vətəndaşın maddi problemləri yoxdur. İnamarka maşınlarda, sevinə-sevinə gedirdilər. Elə sevinirdilər ki, sanki Qarabağı almışıq. Elə sevinirdilər ki, sanki 1-ci Qarabağ savaşında 25 minə yaxın şəhid verən millət deyil. Amma kimlərsə həmin gecə əsəbindən ağlayır, yata bilmirdi. Həmin gün ora yığışanların hamısı Namiq Qaraçuxurlu demişkən, papalarının gül balaları idilər.
Müharibə elan olunsa həmin gecə küçələrə yığışan cavanların 95 faizindən yuxarısı dilxor olar, qaçıb gizlənərlər. Çünki nəylərinə lazımdı torpaq? Hər işləri yağ kimi gedir...

Acından ölməkdənsə Müharibədə ölmək yaxşıdır


Yox elə müharibə olsa yaxşıdır. Yenə kasıb mərd olur.
Müharibədə olsa kasıb gedəcək.
Çünki acından ölməkdənsə, müharibədə ölmək yaxşıdır.


P.S təşəkkür yazıb keçməyin axıra qədər
oxumağınızı xahiş edirəm . Sizdə öz fikrinizi bildirin .


Geri dön

Lindo

  • 9 iyun 2011 22:08
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
təşəkkürlər şərhlərə görə

Jennifer Lopez

  • 8 iyun 2011 16:07
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Yox elə müharibə olsa yaxşıdır. Yenə kasıb mərd olur.
Müharibədə olsa kasıb gedəcək.
Çünki acından ölməkdənsə, müharibədə ölmək yaxşıdır.

NELLY19

  • 8 iyun 2011 13:06
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK............

Ben99

  • 8 iyun 2011 12:40
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkurler

FREE_YOUTH

  • 8 iyun 2011 12:25
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
Hec acindan olmek lazim olmayacaq biz niye acindan olek ki ,getsin banklara pul yigan nazirler ölsün...MÜHARİBƏ OLMAYACAQ iSTƏSƏLƏR O DA İSTƏSƏLƏR GÜNÜ BU GÜN EDERLER NƏ GÖZDÜYÜRLƏR erməni zeifdi deyirlər hani edin da müharibəni kimden qorxurlar bilmirem...

... Deryam ...

  • 8 iyun 2011 11:56
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
birinci onu deyim ki muharibe olmayacaq,eger olsa sengerde duran qeyretli oglanlar var ha bax onlar kimi MUBARIZ KIMI QEYRETI CATANLAR GEDECEK,bilmek olmaz yeqin varlilarin da qeyretlisi olar geder,muharibenin olmagini dovlet iwcilerinnen bawqa veteni seven her kes isteyir.bizim elimizde hec nedir axi QARABAGI almaq cixib gunde cammatin bawini qatirlar ermeni gucsuzdu,zeifdi ,zeif deyil cunki onun arxasinda RUSIYA durub uzumuze gulub quyumuzu qazan ruslar.kaw mende oglan olardim bir gunluk de olsa sengerde durardim qardawim kimi en azi 4 ermeni oldurerdim birazda olsa ureyim soyuyardi. VETEN MENE OGUL DESE NE DERDIM...

--------------------

RaminYek

  • 8 iyun 2011 11:55
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
Raziyam gozel xeberdi!

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Inciciceyi

  • 8 iyun 2011 11:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler azerbaycanidi eeeeeeeeeeeeeeeeee

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}