Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

 
Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ

Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür.
Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini təkid etdi.
Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi!
İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: “Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.”

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI

Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar.
Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar.
Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.
Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını Vəd etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə).
Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər:“De, “la ilahə illəllah” (Bir Allahdan savayı heç bir məbud yoxdur). Dedi: “Söyləmirəm.” Qəşş halına düşdü. Huşu başına gələndə dedi: “Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm.
Sonra çox israr edib “la ilahə illəlah” söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü.
Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ

Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bəzi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar.
Başqa bir yerdə isə belədir: “Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bəzilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bəziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)
Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yəni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR

Bəzən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin.
Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mömin şəxs günahdan pak olmaq üçün çətin can verir.
Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mömin üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və möminə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI

“Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi.
Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.
Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-möminin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yəni, həqiqətin ziddinə şahidlik edənlər).”
Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bəzən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR

Məşhur Füzeyl haqqında yazırlar: “Ən bilikli şakirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər.
Füzeyl “Yasin” surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: “Quran oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Quran əhli olasan, indi isə “istəmirəm Quran oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü.
Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu.
Cavab verdi: “Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.”
Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər.

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK
İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yəni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi.
Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır.
Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar.
Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu.
Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu.

Asan və çətin can vermək - ölümün digər halları (1-ci hissə)

ÖLÜMÜ SEVMƏK

Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yəni, möminin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü nemət hesab etsin.
Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır.
Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın nemətlər büsatına daxil olmaq, həqiqi dostların, yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür.
Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin təxirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.


Geri dön

Inciciceyi

  • 9 iyun 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

NELLY19

  • 8 iyun 2011 20:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Twkkkkkkkkkkkkkkk

wirin heyat

  • 8 iyun 2011 19:01
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
superdi Allah haminin yardimcisi olsun

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

lema

  • 8 iyun 2011 17:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
deyerli xebere göre Allah razı olsun.hele ölüm haqqında o qeder çox şey varki xüsusende kafirlerin ölümü ve qebir ezabları haqqında oxuyanda dehşete düşürsen. wassat

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Lindo

  • 8 iyun 2011 17:41
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allahın istədiyi həddə uzun ömür və əcəlin təxirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.

rossioneri-004

  • 8 iyun 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
ALLAH razi olsun. Cox sagolun. belay

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

MiLeyla

  • 8 iyun 2011 15:28
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ALLAHIM sen bizi pisliklerden qoru

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 31
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}