Sənə öyrədilən hər şeyi unut!

 
Sənə öyrədilən hər şeyi unut!

İstəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin.
Və istəmirəm ki, vicdanınız sizi incitsin.
Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir.
Burda hər kəs azaddır.
Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq.
İnsanlar çox azğınlaşıb.
Ürəklərdə qəribə bir xəstəlik var.
Və bu xəstəlik günbəgün artır.
Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır.
Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq.
Hər birimizin arzusunda o gözəl şahzadə var.
İllərlə bizi gözləyən gözəl şahzadə.
Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik.
Hər bir qız xəyallarında o qəhrəmanı görür.
Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur.
Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir.

Sənə öyrədilən hər şeyi unut!

Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük.
Biz elə bilirdik ki, filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik.
Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.
Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi... "

Sənə öyrədilən hər şeyi unut!

Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.

Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün
Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.

Sənə öyrədilən hər şeyi unut!

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.

Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!


Geri dön

RockerBoy

  • 4 iyul 2011 18:27
  • Məqalə: 1
  • Şərh: 4
  • Bal:
:щинк: [color=#FF0000][/color]суперди

--------------------
Menim bioqrafiyam 4 sozden ibaret olacaq: doguldu, oxudu, ishledi, oldu... (HOST-QaraQan)

Doğulduğumuz gün yaşamağa və ölməyə başladığımız gündür...(Montaigne)

Inciciceyi

  • 10 iyun 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}

Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır!


twwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

qonce

  • 9 iyun 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur oxudum

YazYamuru

  • 9 iyun 2011 18:11
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
belay belay

--------------------



hazal-kaya

  • 9 iyun 2011 17:45
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

teşkkürler

R.M_FaNaTka

  • 9 iyun 2011 16:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk edirem

--------------------

Lindo

  • 9 iyun 2011 12:48
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi... "
Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur
.

nə deyəcəyimi bilmirəm əla əla əla tşk

Sara xanım

  • 9 iyun 2011 12:27
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
Xebere gore tesekkur. Amma menim xosuma gelmedi bu xeber. Bu xeber butun insanlara yox, bezi insanlara aiddir. TEŞƏKKÜR.

Cox az faizli

heyasiz204

  • 9 iyun 2011 12:15
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
ilk serh menden
tewekkurler wink

ilk serh menden
tewekkurler wink

ilk serh menden
tewekkurler wink

ilk serh menden
tewekkurler wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}