Əsla sevməyəcəm

 
Əsla sevməyəcəm

Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu gecə yenə için-için yanıram.
Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini.
Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur.
Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm.
Onları sənə bənzədirəm. Qaralmış qəlbimin kənarında yanan məşəl kimi.
Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü,
əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin
necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram.

Əsla sevməyəcəm

Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram.
Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki,
basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə
baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, amma ağlamadım.
Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla
dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib,
daim səni düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm.
Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki, tərk edildin, bir səhv uğrunda, üzüldün,
ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin. Gülüm məni, qəlbi qırıq vəfasızı.

Əsla sevməyəcəm

Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın, yenə qırıldın, yenə ağladın,
amma bu səfər bağışlamadın. Sevdiyini ən sevincli günündə öldürdün və arxana
baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda.
Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil.
Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız.
Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım.
Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim.
Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə
heç bir şey qalmadı səndən başqa. Xatirələrin, gözlərin və sözlərin.

Əsla sevməyəcəm

Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini. Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm
gecələrcə, daim tək başıma. Şerlərin öldürdü, həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım,
yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə. Mən, qəlbim və gözlərim.
Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək
ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım.
Sənə etdiklərimi ancaq o zaman anladım. Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni
görərlər deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə. Göy üzü ulduzlarla bəzənmişdi.

Əsla sevməyəcəm

Mən həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını. Səni xatırladırlar deyə.
Eyni onlar kimi səndə məndən çox uzaqlardaydın. Həmişə göz qırpardın uzaqdan səssizcə.
Mən isə daim səni gözlədim, qırıq qəlbim, yaşlı gözlərimlə. Bəzən xəyala gedirəm, səni düşünürəm,
ağlayıram, səni və sevgini axtarıram qəlbimdə. Düşmür adın heç dilimdən.
Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən. Bəlkə də bir gün görəcəyəm səni.
Sən məni unutmuş, mənim olmayan səni. Elə o an sevgimin göz yaşını xatırlayacağam
və yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını sevməyim deyə.
Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə,
qarşılıq olaraq dünyanı versələr belə,
dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm..


Geri dön

Inciciceyi

  • 10 iyun 2011 09:33
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twwwwwwwwwwwwk edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 9 iyun 2011 18:22
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu gecə yenə için-için yanıram.
EEEEHHHH feel belay

--------------------



hazal-kaya

  • 9 iyun 2011 17:56
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

R.M_FaNaTka

  • 9 iyun 2011 16:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
SwweT_GirL_ niye baciw recourse

--------------------

KRiPToS

  • 9 iyun 2011 12:58
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
tewekkurler

--------------------

_Unal_

  • 9 iyun 2011 12:55
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
sevirem,o xanim mene cavab verene kimi de sevecem love

--------------------

Lindo

  • 9 iyun 2011 12:46
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkür

heyasiz204

  • 9 iyun 2011 12:19
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

aysel16

  • 9 iyun 2011 12:08
  • Məqalə: 96
  • Şərh: 409
  • Bal:
{awards}
tskkur eziyyete

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}