Həyatda pis hadisə ilə qarşılaşdıqda

 
Həyatda pis hadisə ilə qarşılaşdıqda

Həyatda pis hadisə ilə qarşılaşdıqda çox kədərlənir və o an özümüzdən asılı olmayan səbəblərdən Tanrıya qarşı sitəm edir və dayanmadan özümüzə bu sualları veririk: Nədən bu iş mənim başıma gəldi? Mən nə etmişdim? Günahım nə idi? Məyər məndən başqa insan yoxdu? Tanrım niyə məhz mən? və ilaxir.
Lakin verdiyimiz bütün bu suallar demək olar ki, tamamən cavabsız qalır. Nə qədər düşünsək də heç bir cavab əldə edə bilmirik. Başımıza gələn bu xoşagəlməz hadisəni ən dəhşətli bir faciə kimi qəbul edir və bundan daha pis hadisənin olacaqını düşünə bilmirik. Demək olar ki, heç ağlımıza da gətirmirik. O an sanırıq ki, hər şey bizim üçün bitib. Bu zaman kənar şəxslər bizlərə söylədikdə ki, üsyan etmə. İş adam başına gələr. Hər şey Tanrıdan gəlir. Tanrıdan gələn sevinci isyan etmədən qarşıladığın kimi, kədəri də üsyansız qarşıla. Betərin də betəri var. Tanrı üsyankar bəndələrini sevmir. Qarşılaşdığın hər bir vəziyyət üçün yaradana şükür et və səbir göstər. Bil ki, tez-gec səbrinin mükafatını alacaqsan və s. kimi fikirlərlə bizlərə müraciət edirlər. Lakin bütün söylənilən bu sözlərin heç biri o an üçün bizlərə çatmır. Loru dildə desək, bir qulağımızdan girib digərindən çıxır. Yenə də dilimizə gətirməsək də qəlbimizdə üsyan etməyə davam edir və düşünürük ki, bu işdən betər heç nə ola bilməz. Bir müddət keçdikdən sonra başqa bir pis hadisə ilə qarşılaşdıqda əvvəlkini unudur və bunu dəhşətli faciə kimi qəbul edirik. Yenidən üsyan edir və həyatdan əlimizi üzürük.

Həyatda pis hadisə ilə qarşılaşdıqda

Hamı kimi bizlərdə biri ilə həyatımızı birləşdirmək istəyirik. Bəzən bu istəyimiz heç bir maneə ilə qarşılaşmadan baş tutur. Lakin elə anlar da olur ki, çox istəməyimizə ramən belə bu istəyimizin qarşısına elə maneələr çıxır ki, özlüyündən hər şey tamamən alt-üst olur. Çox zaman bu cür istəklər ya kimlərinsə vasitəsilə, ya da ki, özlüyündən səbəbsiz yerə bitir. Bəzən də həyatımızı birləşdirmək istədiyimiz şəxs kimlərinsə sözlərinə inanır və özü işin pozulmasına səbəbkar olur və bir an olsun belə qarşısındakını düşünmür. Düşünmür ki, qarşı tərəf nələr yaşayacaq, insanlardan necə sözlər eşidəcək. Onun sonrakı talehi necə olacaq. Anlamaq belə istəmir ki, insanı ucaltmaq üçün bir ömür, alçaltmaq üçün isə bir an belə kifayətdir. Onun kimlərinsə sözünə inanıb geri addım atması qarşısındakı şəxsi başqalarının yanında alçaltmaqdır. Yalnız həmin şəxs özünü düşünür və bir qorxaq kimi qaçıb gedir. Bütün bunlara ramən digər tərəf pis olur, fikir edir və göz yaşları axıdır. Onda yalnız bir fikir formalaşır ki, əgər zamanı geri qaytara bilsəydim bu iş pozulmazdı. Çünki, işi pozan səbəbləri aradan qaldırardım və o zaman mən onunla həyatımı birləşdirə bilərdim. Lakin düşünməliyik ki, zamanı geri qaytarıb göstərilən səbəbləri aradan götürüb o şəxslə həyatımızı birləşdirsək, bəlkə də elə o an həyatımızın ən böyük yanlışını edərik. Tanrı hər şeyi bilir və görür. Yaratdığı bəndələrinə nəyin xeyirli, nəyin xeyirsiz olduğunu bilir. Mənim fikrimcə Yaradan sevdiyi bəndələrini səf addım atmaqdan qoruyur və hər hansısa digər bir bəndəsinin əli ilə o işi pozur.
Düşünürəm ki, üsyan edib keçmişə qayıtmağı istəmək əvəzinə bu işi sakitliklə qarşılayıb bu sözləri söyləməliyik: deməli, xeyir bundadır.
Lakin bütün bu söylədiklərimizə baxmayaraq, bu anlarda da həddindən artıq məyus olur, kədərlənir və taleyimizdən küsüb üsyan edirik. Ən dəhşətlisi isə o an üçün həyatın bizim üçün tamamən tükəndiyini hiss edirik. Çox zaman belə hadisələr baş verdikdə əlimizi həyatda yaşamaqdan üzür və dayanmadan üsyan edirik.

Həyatda pis hadisə ilə qarşılaşdıqda

Lakin yenə də heç nə əldə edə bilmirik. Yaddaşımızda yalniz cavabsız suallar və bir də həmin anların xoş xatirələri qalır.
Mən deyərdim ki, başqalarının sözlərinə inanan insanlar üçün fikir edib göz yaşı axıtmağına dəyməz. Çünki, əgər o şəxs axıtdığımız göz yaşlarına layiq olsaydı qarşısındakı insanı ağlatmazdı. Fikrimi ən əsası aşağıdakı misralarla bildirmək istəyirəm:
Həyatda heç kəs üçün ağlamağa dəyməz.
Ağlamağa dəyən insan ağlatmaz.
Əgər bir gün kimsə üçün ağlasan
Başını dik tutub ağla ki, göz yaşların
Ağladığın insan kimi alçalmasın.

Bizlərin yaşadığı bütün bu ağrı-acıya baxmayaraq həyat öz axarı ilə davam edir. Zaman keçir və günlər bir-birini sürətlə əvəz edir. Necə ki yarpaq saralıb ağacın budaqından düşdüyü kimi, hər ötüb keçən günlər də bizlərin ömründən saralmış yarpaq kimi qopub düşür. Bizlər isə ömrümüzdən ötüb keçən günləri düşünmədən kədərlə yaşayıb həyatı özümüzə zindan edirik. Bir də o zaman ayılırıq ki, artıq zaman öz işin görüb və bizlər yaşlaşmışıq. Yaşadığımız bu illər ərzində isə heç nə əldə edə bilməmişik. Əllərimiz tamamən bomboş qalıb. Geriyə baxdıqda sadəcə kədərlə birlikdə üsyan edərək yaşadığımız günlərin qaldığını görürük.
Yuxarıda söylədiyimiz bütün bunların olmaması üçün çalışmalıyıq ki, baş verən bu xoşagəlməz hadisələri heç də faciə kimi, həyatımızın bitib-tükənməsi kimi qəbul etməyək. Tanrıdan gələn hər şeyi istər sevinci, istərsə də kədəri sakitliklə qarşılayaq. Pis hadisə ilə rastlaşdıqda yalnız bu sözləri söyləyək: Yaşanmalıymış ki yaşadım.
Deyirlər ki, Tanrı sevdiyi bəndələrini sınağa çəkir. Bəlkə də bu sözlər həqiqətdir.
Gəlin belə bir həqiqətə inanıb həyati sınaqlardan üzüağ, məvəviyyatı təmiz çıxaq.


Geri dön

Inciciceyi

  • 10 iyun 2011 09:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Həyatda heç kəs üçün ağlamağa dəyməz.
Ağlamağa dəyən insan ağlatmaz.
Əgər bir gün kimsə üçün ağlasan
Başını dik tutub ağla ki, göz yaşların
Ağladığın insan kimi alçalmasın.


twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 9 iyun 2011 18:56
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Həyatda heç kəs üçün ağlamağa dəyməz.
Ağlamağa dəyən insan ağlatmaz.
Əgər bir gün kimsə üçün ağlasan

Başını dik tutub ağla ki, göz yaşların
Ağladığın insan kimi alçalmasın.

--------------------



hazal-kaya

  • 9 iyun 2011 17:37
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

R.M_FaNaTka

  • 9 iyun 2011 16:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli idi twk

--------------------

Lindo

  • 9 iyun 2011 12:38
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Həyatda heç kəs üçün ağlamağa dəyməz.
Ağlamağa dəyən insan ağlatmaz.
Əgər bir gün kimsə üçün ağlasan
Başını dik tutub ağla ki, göz yaşların
Ağladığın insan kimi alçalmasın.

əla tşk çox bəyəndim

CoRdIaL

  • 9 iyun 2011 11:49
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
Həyatda heç kəs üçün ağlamağa dəyməz.
Ağlamağa dəyən insan ağlatmaz.
Əgər bir gün kimsə üçün ağlasan
Başını dik tutub ağla ki, göz yaşların
Ağladığın insan kimi alçalmasın.

KRiPToS

  • 9 iyun 2011 11:44
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
SUPERDIR! ELE BIL KI,MENIM HEYATIMDAN GOTURULUB!!!

--------------------

heyasiz204

  • 9 iyun 2011 11:25
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}