Çiyələk

 
Çiyələk

Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.

Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır. Bunlardan: alma, limon və xinin turşularının [2,5 - 4 %-ə qədər], qlükoza və saxaroza şəkərlərini [6 - 9,5 %], aşı maddələri [0,4 %], C vitaminini [20 - 50 mq %], karotini [3,5 %], pektin maddələri, dəmir duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250 - 280 mq % C vitamini, 2 - 3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.

Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.

Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.

Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Illustration Fragaria vesca0.jpg

Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.

Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən [1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə] "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.

Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.

Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.


Geri dön

Selena_Gomez

  • 8 yanvar 2012 17:53
  • Məqalə: 3
  • Şərh: 487
  • Bal:
twk ancaq ciyelek menim her weyimdi en sevdiyim meyvedi

--------------------
_______Avril xestesi_________

NELLY19

  • 3 avqust 2011 12:18
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tesekkurler xebere gore

NELLY19

  • 26 iyul 2011 22:27
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
serlere gore tewekkurler

AliNikA

  • 2 iyul 2011 19:17
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
twk...........

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Poppy

  • 10 iyun 2011 13:57
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler

--------------------

MiLeyla

  • 10 iyun 2011 12:55
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
HE NECE ISTIFADE ELIYIM.HEKIM QOYMUR.ALERGIYAM VAR. recourse sad request

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

hazal kaya

  • 10 iyun 2011 12:46
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

Inciciceyi

  • 10 iyun 2011 08:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

only-girl

  • 9 iyun 2011 21:58
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk bu da sevdiyim meyveler arasindadi

--------------------

WOlkadav

  • 9 iyun 2011 21:39
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
ureyim bulandi

Lindo

  • 9 iyun 2011 21:09
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

YazYamuru

  • 9 iyun 2011 21:01
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeeeee bes kasib yaziq neylesin hardan alsin ciyeleyi belay feel

--------------------



lema

  • 9 iyun 2011 20:45
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
maraqlı melumata göre twk......

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Hulya_23

  • 9 iyun 2011 20:30
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Maraqli melumatdi,tesekkur.

CoRdIaL

  • 9 iyun 2011 20:29
  • Məqalə: 1
  • Şərh: 96
  • Bal:
{awards}
twk..........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}