Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı

 
Qadın-Kişi bərabərsizliyinə çarə: Quran Əxlaqı

Həqiqi ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi çox qabarıq şəkildə nəzərə çarpır. Dünyadakı qadın-kişi bərabərsizliyi son dərəcə əhəmiyyətli problem yaratmışdır. Belə ki, dünyadakı bir çox ölkədə qadınlara çox vaxt ikinci təbəqə nümayəndəsi kimi baxılır və onlar cəmiyyətdən tədric edilirlər. Gücsüz və qorunmağa möhtac olduqları zənn edildiyi üçün əzilir və haqqları əllərindən alınır. Buna görə də qadınların fikirlərinə çox əhəmiyyət verilmir.

Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların işləyib müəyyən bir mövqeyə sahib olmalarına, hər hansı bir karyera əldə edərək zəkalarını, bacarıqlarını sübut etmələrinə əngəl törədilir. Bütün dünyada qadınlara özünə inamı olmayan, qeyri-sabit, zehni cəhətdən o qədər də inkişaf etməmiş insan kimi baxırlar. Bu yanlış “qadın xarakteri” anlayışı nəticəsində edilən hər hansısa səhv, o adamın insan olduğu üçün yox, qadın olduğu üçün etdiyi səhv kimi göstərilir.

Sözü gedən cəmiyyətlərdə, bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçim edilərkən seçim, ümumiyyətlə, kişi işçi üzərində saxlanılır. Buna görə də qadınların işlədiyi sahələr olduqca məhduddur.

Cəmiyyətdəki bu ümumi qənaətə görə bir çox qadın bu yanlış münasibətin təsirinə düşür. Bu təsirin nəticəsi olaraq cəmiyyətdə geri planda qalmaqda heç bir problem görmürlər.

Geri qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçki, iş sahibi olmaq hüququ belə verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib deyillər. Hər hansı bir mövzu haqqında fikir bildirmədikləri üçün, danışmalarına belə ehtiyac yoxdur. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilmirlər. Onların əvəzinə bütün qərarları ataları, ya da həyat yoldaşları verir.

Burada saydığımız bir neçə səhv münasibətə illərlə müxtəlif çarələr tapmağa çalışmışlar. Qadınların haqqlarını qorumaq üçün qurulan təşkilatlar, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirəyə qoyulması, müxtəlif proyektlər hazırlanması, konfranslar, panellər təşkil edilməsi bu axtarışların sadəcə bir hissəsidir. Bütün bu səylərə və çalışmalara baxmayaraq, tapılan çarələrin əslində heç bir hüquqi statusu yoxdur. Bu nəticə son dərəcə təbiidir. Çünki bütün digər problemlərdə olduğu kimi əsl çarə Qurandadır.

Quran əxlaqının yaşandığı cəmiyyətdə cəmiyyəti meydana gətirən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın, kişi, zəngin, kasıb, yaşlı, gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu şəxslərin cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da başqa hər hansı bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayəsində müsəlmanlara “(Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. ” (Bəqərə Surəsi, 197) sözləriylə bu mövzunu xatırlatmışdır. Həmçinin Quranda möminlərdən saleh əməllər işləyən qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.” (Tövbə Surəsi, 71-72)

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab Surəsi, 35)

“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124)



Geri dön

NELLY19

  • 26 iyul 2011 22:26
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serlere gore tewekkurler

Poppy

  • 10 iyun 2011 13:55
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler

--------------------

Inciciceyi

  • 10 iyun 2011 08:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

RaminYek

  • 10 iyun 2011 02:14
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
Cox saolun qeweng idi

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Jasmi

  • 10 iyun 2011 01:30
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
tewekkurlerr bunu gerekk yazibb her yerden yapisdirasankii hamii gorsunn

--------------------

Vasif777

  • 10 iyun 2011 00:12
  • Məqalə: 58
  • Şərh: 297
  • Bal:
{awards}
sohbet Momin Qadinlardan ve Momin Ki$ilerden Gedir...icib cekib Kef eliyen ki$ilerden YOX...Bezenib duzenib ozunu ona buna numayi$ etdiren,Bedenini bayirda qoyan Qadinlardan YOX...

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

YazYamuru

  • 9 iyun 2011 21:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Hmmmm gözel yazidir in$allah cennetdeki gözellikler bizede qismet olar layiq olan tebiiki...

--------------------



heyasiz204

  • 9 iyun 2011 21:16
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Lindo

  • 9 iyun 2011 21:10
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkür

lema

  • 9 iyun 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
hamısını maraqnan oxudum.mövzu üçün çox sağol.tam düzdü.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Hulya_23

  • 9 iyun 2011 20:41
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Canim tesekkurler bele movzu ucun.Ilk serhi istedim men yazim.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}