Orucun çoxsaylı hikmətləri və faydaları

 
Orucun çoxsaylı hikmətləri və faydaları


Orucun çoxsaylı hikmətləri və faydaları vardır. Onların mühümləri aşağıdakılardan ibarətdir:

1.Oruc insanın ruhunu lətafətli, iradəsini güclü edir, meyl və istəklərini nizamlayır, insana təqva və pəhrizkarlıq yolunda kömək edir.
2. Oruc kasıb və varlı arasında bərabərliyi tənzimləyir.
İnsanlar aclığı dadmaqla yoxsullar və məhrumlar haqda düşünüb onların hüquqlarını ödəyir.
3. Oruc qəlblərə rahatlıq verir.
4. Oruc sağlamlıq və müalicə baxımından böyük tə`sirlərə malikdir və bədənin sağlamlığına səbəb olur. Aleksey Soforin (rusiyalı alim) oruc tutmağı qan azlığı, uşağın zəif olması, revmatizm, göbələk xəstəlikləri, şəkər, böyrək və ciyər kimi bir çox xəstəliklərin müalicəsi yolu bilir.

Orucun çoxsaylı hikmətləri və faydaları

Orucun tarixçəsi

Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur.
Qur`ani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.

Orucun çoxsaylı hikmətləri və faydaları

Orucun dərəcələri

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»
İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»
Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.

Orucun çoxsaylı hikmətləri və faydaları

Vacib olan oruclar

Vacib oruclar aşağıdakılardan ibarətdir:

1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.

Orucun çoxsaylı hikmətləri və faydaları

Haram oruclar

Haram oruclar aşağıdakılardan ibarətdir:

1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Orucun çoxsaylı hikmətləri və faydaları

Oruc tutmamağa icazəsi olanlar

Bütün müctəhidlərin rəyi:

İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:

1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;
9. Bədəni zəif olan şəxs; (Oruc tutmaq ona dözülməz həddə əziyyətlidirsə)
10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs;
11. Dəlilər.

Orucun çoxsaylı hikmətləri və faydaları

ALLAH bütün oruc tutanların oruclarını qəbul etsin. Amin!

Orucun çoxsaylı hikmətləri və faydaları


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 3 avqust 2011 19:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

nilayka

  • 2 may 2011 19:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem cox sagol

--------------------

Just For Legend

  • 5 dekabr 2010 17:11
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 22:23
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 17 avqust 2010 21:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol bele gozel xebere gore.

winner...

  • 17 avqust 2010 17:32
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
Allah razi olsun!cox maraqli idi..tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}