Qız Qalasının dəqiq tarixi məlum olacaq

 
Qız Qalasının dəqiq tarixi məlum olacaq

Qız Qalasının dəqiq tarixi məlum olacaq
Hazırda qalanın bərpasına başlanılıb


Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb.
ANS PRESS-in məlumatına görə, bərpa işləri Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən aparılır.

Şirkətin müdir müavini Çingiz Nemanzadə ANS PRESS-ə açıqlamasında işlərin aparılmasında məqsədin fasadın monolitliyini bərpa etmək olduğunu bildirdi: “Sadə insan bu abidənin bərpasına ehtiyac olmadığını düşünə bilər. Lakin Qız Qalasının fasadı bərbad gündədir və bərpa işlərinə böyük ehtiyac var. Bərpa işləri elə aparılmalıdır ki, qalanın görünüşündə problem yaranmasın və bu, tarixi abidənin qədimliyinə xələl gətirməsin”.

İş icraçısının sözlərinə görə, son illərin tədqiqatları Qalanın bərpasının qaçılmaz olduğunu göstərir: “Qalanın daşlarının arasında böyük boşluqlar var. Həmin boşluqlar da tikili üçün böyük təhlükədir. Biz xüsusi hazırlanmış məhlullar vasitəsilə boşluqları dolduracağıq. İşlərin çətinlikləri ondan ibarətdir ki, bərpa zamanı tarixi abidəyə heç bir zərər gəlməməlidir. Qala heç bir kənar element əlavə edilmədən bərpa ediləcək”.

Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin bərpası üçün nəzərdə tutulan xüsusi materiallardan istifadə olunacaq. Bu işlər üçün 2 il ərzində xüsusi tədqiqat aparılıb, sınaq sahəsi işlənilib. Qala məhz sınaq sahəsi əsasında bərpa olunacaq. Əsas bərpa işləri ayaqaltılar quraşdırılandan sonra, 1-2 həftəyə başlanacaq.

Çingiz Nemanzadənin sözlərinə görə, bərpa işlərinə xarici mütəxəssislərlə yanaşı, 4 nəfər də yerli mütəxəssis çalışacaq. Onlar xarici mütəxəssislərdən bərpa elminin sirlərini öyrənəcəklər. Sonradan həmin insanlar “Atelier Erich Pummer” şirkətinin rəhbərliyi altında Qız Qalasının içərisində bərpa işlərini davam etdirəcəklər.

Qeyd edək ki, qalanın bərpası üçün hazırlıq işləri 2009-cu ilin avqust ayından həyata keçirilməyə başlanıb. Almaniya və Avstriyadan gələn bir neçə mütəxəssis qalanın yüksəkliyindən və müvafiq dərinliyindən lazımi nümunələr götürüb. Nümunələr Almaniyada sınqadan keçirilib və analizlər aparılıb. Bunun da əsasında lazımi materiallar və texnologiyalar işlənilib.

Qız Qalasının tarixi ətrafında müxtəlif mübahisələr var. Görəsən, aparılan araşdırmalar nəticəsində tarixi abidənin dəqiq hansı dövrə aid olması haqqında sübut əldə etmək olacaqmı? Çingiz Nemanzadənin sözlərinə görə, tezliklə bu mübahisələrə də son qoyulacaq.

“İyunun 16-da “Atelier Erich Pummer" şirkətinin rəhbəri Erich Pummerin rəhbərliyi altında tarixi abidələrin problemlərilə məşğul olan qrup Bakıya gələcək. Onlar Qız Qalası ilə bağlı xüsusi tədqiqat aparacaqlar. Bunun əsasında abidənin yaşı ilə əlaqədar dəqiq məlumat öyrənə biləcəyik. Bir aydan sonra Bakıya xüsusi avadanlıq gətiriləcək. Bu aparatlar vasitəsilə divarın dərinliklərini, yerin altını və s. öyrənə biləcəyik. Bəlkə hansısa dərinlikdə boş, yaxud otaq var. Bütün bunlar araşdırılacaq”, - deyə Çingiz Nemanzadə vurğuladı.

Qız qalasının bərpası 2013-cü ilin noyabr ayına kimi bitməlidir. Hələlik, qalanın çöl tərəfində işlər gedir. Hazırda qalaya baxmağa gələnlər üçün heç bir problem yoxdur. Qalaya giriş açıqdır. Lakin bərpa işləri qalanın içərisində başlanarsa, girişə müəyyən məhdudiyyət qoyula bilər.


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 12:05
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 10 iyun 2011 17:45
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
lap yaxşı tşk

yaz yagmuru

  • 10 iyun 2011 16:30
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
məlumata gore tşk

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

R.M_FaNaTka

  • 10 iyun 2011 16:22
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

NELLY19

  • 10 iyun 2011 16:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...........

lider

  • 10 iyun 2011 15:54
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
COX GOZEL

CandyGirl

  • 10 iyun 2011 15:44
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}