Hürr insan – Çətinlikdə və asanlıqda eyni azadəliyə malik olandır

 
Hürr insan – Çətinlikdə və asanlıqda eyni azadəliyə malik olandır

HÜRR _ BÜTÜN HALLARDA HÜRRDÜR

İmam Sadiqdən (ə) belə bir mübarək hədis nəql edilir: “Hürr - bütün hallarda hürrdür. Əgər bir müsibətlə üzləşər, ona səbir edər. Əgər müsibətlər üzərinə gəlsə, onu sındırmaz. Əgər əsir düşsə, məğlub olsa belə, çətinlikləri asanlıqla yola verə bilər. Necə düzgünlük, əminlik zirvəsi olan Həzrət Yusifə (ə) qul götürülməsi, məğlub edilməsi, əsir düşməsi hüriyyətinə, azadlığına təsir göstərə bilmədi, necə quyunun zülmət qaranlığı, onun vəhşət qorxusu, digər başına gələnlər ona təsir göstərə bilmədi. Nəhayət olaraq Allah Təala ona Öz lütfini göstərərək onu malik etdikdən sonra, onu hakim etdikdən sonra təkəbbürlü bir zalımı onun tabeçiliyinə keçirtdi. Rəsul olaraq onu göndərdi və bununla da ümmətə öz rəhmətini göstərdi. Və elə bu cür səbir xeyri öz ardınca gətirər. Bəs səbir ediniz və özünüzü səbir üçün hazır ediniz ki, əvəzi verilsin”. Bu çox qiymətli cümlələrə olduqca böyük diqqətlə nəzər salmaq gərəkdir.

HÜRR İNSAN – BÜTÜN HAL VƏ VƏZİYYƏTLƏRDƏ HÜRRDÜR

Elmin mənbəyi, çeşməsi olan İmam Sadiq (ə) buyurur ki, hürr, mərd, azad, azadə ruhiyyəli insan bütün hallarda hürr və azaddır. Yəni, əgər insan azadədırsə, istər ölüm təhlükəsi olan zaman mübarək Rəsulun (ə) yatağında uzananda da, istər hicrət edən zaman Peyğəmbərin elçisi (s) tək Məkkədə qalanda da, istər yaxşı olan halda, istər pis imkanı olan halda - hürr, mərd və azad olar. Hədisin davamında gəlir: “...Əgər bir müsibətlə üzləşərsə, ona səbir edər”. Hürr insan, tək yaxşı günündə, sakitçilik olanda hürr deyil. İmamın (ə) mübarək hədisindən anlaşılır ki, insan azadlığı o halda həqiqi hürriyyət adlanır ki, bütün vəziyyətlər və şəraitlərdə azad olsun. İstər başına kül töküləndə, istər Məkkə küçələrində uşaqlar ona daş atanda, istər Həzrət Əbutalib kimi, Həzrət Xədicə kimi insanlarla blokada şəraitində, ac-susuz qalanda, bütün hallarda davam gətirən insan hürrdür. Azadə insan o kəsdir ki, hər şəraitdə - Peyğəmbər (s) nəvazişi altında olanda da, ətrafında 40 min düşmən olanda da hürrdür.

ALLAH İNSANI MÜXTƏLİF VƏZİYYƏTLƏRLƏ SINAĞA ÇƏKİR

Hədisinin davamında İmam (ə) buyurur: “...Əgər müsibətlər üzərinə gəlsə, onu sındırmaz”. Elə bir vəziyyət olar ki, müsibətlər bir-bir insanın üstünə gələr. İnsan bu vəziyyətdə də hürr və azad olar. İstər Rəsulun (s) ətrafında olanda, istər Rəsulun (s) vəfatını görəndə, istər Əliyə (ə) qarşı zülmü görəndə, istər zalım padşahların sarayları qarşısında dayanıb haqqı elan edəndə, qardaşı ilə ayrılanda, qandallı halda babasının (s) insan elədiyi bir toplum tərəfindən əsirə çevrildikdə belə Həzrət Zeynəb (ə) kimi azadə və hürr olar. O, əsl azadəlik, mərdlik və hürriyyət simvoludur.

ƏSİRLİKDƏ VƏ ZİNDANDA BELƏ AZAD OLMAQ GƏRƏKİR

Hədisin davamında gəlir: “...Əgər əsir düşsə, məğlub olsa belə, çətinlikləri asanlıqla yola verə bilər”. Təbii ki, burada söhbət zahiri məğlubiyyətdən gedir. Möminin dünyada məğlubiyyəti - əslində qələbədir. İnsan haqq uğrunda həyatını qurban verə bilər və ona bəziləri məğlub edilmiş kimi baxa bilər. Amma onların baxışından asılı olmayaraq, həqiqi qələbə elə budur. Çünki, haqqın yanında axıradək olub.

Əllamə Hüseyni adlı böyük bir alim barədə danışırlar. Əslən Pakistan müsəlmanlarındandır. Əllamə Hüseyni azad olanda, əsir düşməyəndə, zindanda olmayanda hər zaman öz işini görürdü. Onu əsir edib zindana salanda - yenə də öz işini davam etdirirdi. Bir gün Əllamə Hüseynini zalımlar həbs edirlər. Müsəlmanlarlar ayağa qalxır. İş o yerə çatır ki, Əllamə Hüseyninə yalvar-yaxar edirlər ki, zindandan çıxsın. Əllamə Hüseyni çıxmır. Ona deyirlər ki, camaat sənin azad edilməyini tələb edir, çıx zindandan. Cavab verir ki, “mən bu zindanda dərslər qoymuşam, bu dərsləri başa çatdırmayanadək zindandan çıxa bilmərəm. Mən bu insanlarla əhd-peyman bağlamışam. Elə etməyin ki, camaat ikinci dəfə ayağa qalxıb məni zindana qaytarmağı tələb etsin”. Bax, belə insanlar var. Öz vəzifələrini hər yerdə yetirməyi hər şeydən üstün tutanlar.

Beləliklə görürük ki, harada yaşamasından asılı olmayaraq, Əllamə Hüseynilər hər zaman hürr və azaddırlar. Mərd elə o insandır ki, hər bir vəziyyətdə bu mərdliyini qoruyub saxlaya bilsin.

ZAHİRİ MƏĞLUBİYYƏT – BƏZƏN ELƏ QƏLƏBƏNİN ÖZÜDÜR

Hədisin davamında gəlir: “...Necə düzgünlük, əminlik zirvəsi olan Həzrət Yusifə (ə) qul götürülməsi, məğlub edilməsi, əsir düşməsi hüriyyətinə, azadlığına təsir göstərə bilmədi, necə quyunun zülmət qaranlığı, onun vəhşət qorxusu, digər başına gələnlər ona təsir göstərə bilmədi”. Qul götürüləndə də Həzrət Yusif (ə) azadədir. Zahirdə quldur, amma həqiqətdə onun azadlığı elə budur. Zahirdə məğlubiyyət, zahirdə müvəffəqiyyətsiz kimi görünmək, əslində digərlərlərinin yalançı zahiri azadlıqlarından minlərlə dəfə üstün olan hürriyyətdir. Deyilir, Həzrət Yusifi (ə) nə quyunun vəhşəti, nə əsirliyin vəhşəti, nə digər başına gələnlər qorxutmadı. O Həzrətə (ə) nə qul olması, nə də hakim olmasının heç bir təsiri yox idi. Onu incidən, zülm verən zalımlar bir gün onun tabeçiliyinə keçəndə belə Həzrət Yusif (ə) üçün heç bir fərqi yox idi. Bütün bu sınaqlar, imtahanlar onun üçündür ki, insan yetişsin və inkişaf etsin.

SƏBİR HƏR ZAMAN XEYİR İLƏ NƏTİCƏLƏNƏR

Bu cür də hədisdə buyurulur: “...Səbir xeyiri öz ardınca gətirər”. Rəsulun (s) ona verilən əziyyətlərə dözməsi Həzrət Əlilər (ə), Əbazərlər (ə) yetişdirdi. Həzrət Həmzənin (ə) göstərdiyi o şücaət Həzrət Hüseynlər (ə) yetişdirdi. Biz tarixə nəzər salsaq, görərik ki, müsəlmanlar on dörd əsirdir çətinliklərə, müsibətlərə səbir edə-edə xeyirə, haqqa gəlib çatıblar. Amma səbir nədir? Zülmə baxıb, ona səs çıxarmamaq səbirdirmi? Xeyr, bu əsla səbir sayıla bilməz, bu qorxaqlıqdır. Zülmə dözməyin səbrə heç bir aidiyyəti yoxdur. Zülmə dözmək – zəlillikdir.

Hədisdə buyurulur: “...Bəs səbir ediniz və özünüzü səbir üçün hazır ediniz ki, əvəzi verilsin”. Bu mübarək hədisdən tam lazımi dərsləri çıxarmaq üçün gərək ilk öncə hürr sözü, daha sonra səbir sözü aydınlaşdırılsın.

HÜRR İNSAN NƏDƏN AZADDIR?

Aydın olur ki, hürr insan o insandır ki, izzəti, şəxsiyyəti, ləyaqəti var və azaddır. Hürr insan nədən azaddır? Öz nəfsinə qul olmasından azaddır. Həqiqi azad ruhiyyəli və mərd insan o şəxs deyil ki, nə gəldi edir və bunu azadlıq bilir. O kəsdir ki, iradəsi var, qarnının, şəhvətinin, dünyanın, şöhrətpərəstliyin qulu deyil. Azaddır, istənilən zaman nəfsinə “dur!” deyə bilir. Bütün digər azadlıqlar da buna bağlıdır. Əgər insan nəfsinin qulu olarsa, həmin o nəfs onu o hala çatdırar ki, qarnına, şəhvətə görə, bir gün xəyanətlər edər, rəzilliklərə qol qoyar. O cür insanın bədbəxtçiliyi budur ki, nə qədər nəfsinə görə vəhşilik, yırtıcılıq edərsə, yenə də heyvanlara çata bilməz. Heyvanlar bu gün dünyada insanların qanına susayan, qanını içən, terror edən vəhşi insanlara dərs deyərlər. İnsan şəhvətdə nə qədər güclü olduğunu insanlara göstərmək istəsə belə, donuzdan irəlidə ola bilməz. Odur ki, heyvanla bu mənasız yarışmanı boşlayıb, insan qiyafəsini itirməməyin qeydinə qalmalıdır. Xaricdə də, daxildə də insanlığını saxlamalıdır.

MƏSUMLARIN (ə) HÜRRİYYƏTİ EYNİDİR

İki yol var. Birincisi, mərd və azad olaraq ləyaqətli, şəxsiyyətli, vicdanlı ömür sürmək. İkincisi isə, nəfsin qulu olaraq aciz bir heyvana bənzəmək. İmam Səccaddan (ə) çox mübarək bir hədis var. İmam Səccad (ə) bir şəxsiyyətdir ki, bütün mümkün çətinlikləri görüb, görməkdən başqa bütün o müsibətləri yaşayıb. Böyük arif ustadlardan biri deyir, “mən İmam Səccadın (ə) çəkdiyi müsibəti Kərbəladakı müsibətdən az saymıram. Bir var Kərbəla hadisəsi baş verə və qurtara. Bir də var ki, Səccad (ə) olasan, bu müsibətləri görəsən”. Yəni, Həzrət Səccadın (ə) yaşayışı, onun səbri, onun şücaəti elə Kərbəlada Həzrət Hüseynin (ə) bədəninin doğranmasıdır. Məsumların (ə) hamısı bir nurdur ki, müxtəlif şəraitlərdə müxtəlif cür parlayıb. İmam Səccad (ə) buyurur: “Mən utanıram dünyanı onu Yaradandan istəyəm. Bəs necə özümə qıyım ki, məxluqdan istəyəm?”. Həzrət (ə) təəccüb edir o insana ki, dünyanı onu yaradan Allahdan yox, onlara həmin dünyanı verə biləndən yox, özlərinin tayı olan digər aciz insandan istəyir.

SƏBİR – ZÜLMƏ DEYİL, ZÜLMLƏ MÜBARİZƏDƏ OLAN ÇƏTİNLİKLƏRƏ DÖZMƏKDİR

Gələk səbir sözünün üstünə. Hədisdə dəfələrlə “müsibətə səbir etmək”, “şəraitlərdə dözümlü olmaq” kimi ibarələr işlənir. Səbir - zalmların dinə mikroblar ataraq onu Rəsulallah (s) məntiqindən çıxarmaq üçün istədikləri mənada işlətmələri deyil. İslamın anlamında səbir – mübarizədir. İslamın məntiqində səbir – dinamik mübarizə, zalıma tabe olmamaq, zalımlarla mübarizədə olan çətinliklərə dözməkdir. Zalımın zülmünə deyil, zalımla mübarizədə olan müsibətlərə dözməkdir səbir.

Bir misal çəkək. Elə bil ki, bir nəfər universitetə hazırlaşır. Cəmi on gün qalıb. On gün də yaxşı oxusa, yaxşı imtahan verəcək. Ona deyirlər, bir qədər də səbir et, əziyyətə qatlaş, nəticədə uğur qazanacaqsan. Səbir budur. Səbir odur ki, insan dinamik həyatında və fəaliyyətində hər nə lazımdırsa onları edir və olan çətinlikləri görərək, onlara səbir edir. Zülmə səbir etmir. İnsan mübariz olur, mətanətli olur və bunları həyata keçirməkdə yaranan çətinliklər qarşısında sınmır. Həmin o çətinliklərə qarşı səbir edir.

ALLAHA GÖRƏ ÇƏTİNLİKLƏRƏ DÖZMƏYİN ŞİRİNLİYİ

Azərbaycanın çox böyük İslam alimləri olub. Onların İslamla bağlı, dinlə bağlı və kimi mövzularla bağlı araşdırmaları, çatdırışları bu günümüzə də gəlib çatıb. Onlardan biri də əziz və görkəmli alimlərimizdən olan Hacı Nəsrəddin Tusidir. Böyük alim olub. Daha çox astronom, riyaziyyatçı kimi tanınıb. Amma, əslində Şeyx Tusi böyük mütəffəkir kimi tanınmalıdır da. O kəslər ki, deyir Əhli-beyt (ə) mədəniyyəti Azərbaycana dünənlərdə gəlib, çox heyfislənməlidir. Şeyx Tusi və onun kimi onlarla alim ki, dünənlərin insanı deyil! Tusinin yalnızca “Təcridul-etiqad” adlı kitabını götürək. Ondan sonra dəfələrlə həmin kitaba şərh yazılıb. Dedikləri eynilə bu gün Əhli-beyt (ə) davamçılarının dedikləridir. Bir haşiyə çıxım ki, Tusinin kitabının imamətə aid son hissəsini çıxararaq onu çap edirlər. Tusinin irsinə xəyanət etmək – mənəviyyatımıza xəyanət etmək deməkdir. Hər kim nə ilə razılaşmırsa, nəyi qəbul etmirsə əgər ədəbi, fəlsəfi, kəlami irsdən götürüb onu çıxarsa, bunun axırı nə olar? Çox absurd təşəbbüsdür. Daha da marağı artırır ki, görəsən Tusi nə yazmışdı ki, onu götürüb çıxardılar?

Şeyx Tusi - klassik və korifeydir. İslamın adı çəkilə bilən və öndə gedə bilən 10 mütəfəkkiri sıralansa, onlardan biri də Nəsrəddin Tusidir. Niyə onlar tarixdə qala bilib? Çünki, onlar həqiqi İslam alimi olublar. Həqiqi İslam alimi o kəsdir ki, mübarək dini yalnız qəbiristanlıq və müəyyən qədər məscidlərlə yox, bütün elmlərlə tanıtdırır. Hər elm ki, insanı Allaha yaxınlaşdırır - elə İslam elmidir. Hacı Nəsrəddin Tusi özünün əxlaqi buyuruşlarından birində deyir: “Səbir – insanın nəfsinin kərahətli, xoşagəlməyən məsələlərində müəyyən istirablar çəkən zaman onlara qarşı olan dözümüdür”. İnsan Allah deyən kimi yaşayır, Allah istəyən kimi yaşayır, nə çətinliklər olursa da onlara təbii hal kimi baxır və onlara dözür. Onların lazımlı olduğunu anlayır və onlar qarşısında sınmamaq üçün səbir edir.

Həqiqi səbir məktəbi Həzrət İbrahimin (ə) yaratdığı məktəbdir. Allah nə deyirsə edir. Düzdür, çətindir, amma Rəbbi buyurduğuna görə həmin çətinliklərə dözür. Həmin əməlin şirinliyi də elə olan o çətinliyindədir. Həzrət İbrahimə (ə) əlbəttə ki, oğlunu qurban vermək çətin idi. Lakin, o, bu çətinliyə səbir edir. Və həmin səbrin yekunu da elə xeyir olur. Eyni zamanda o Həzrət (ə) Allah yolunda çətinliyin şirinliyini dadır.

Allahım, bizlərə həqiqi hürr və azad həyat yaşamaq ləyaqətini nəsib et! Allahım, Sənin razılığın olan kimi yaşamağı nəsib et! Sənin razılığın olan kimi yaşayarkən yaranan çətinliklərə səbir etməyi nəsib et! Amin!


Geri dön

Inciciceyi

  • 13 iyun 2011 11:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 10 iyun 2011 23:10
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 10 iyun 2011 21:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

YazYamuru

  • 10 iyun 2011 21:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ALLAH HEEERR KESE SEBR VERSiN !!!AMiN!!!

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}