666 rəqəminin sirri

 
666 rəqəminin sirri


666 - mİfologiyada "Heyvan rəqəmi" və ya "İblisin rəqəmi" adlanan bu rəqəm dünyanın sonuna az qaldığına işarədir.
Həvariyun İoannın "Apokalipsis" əsərində yazılmışdır: "... Kimin əqli varsa, Heyvanın rəqəmini hesablayıb dünyanın sonuna az qalmış gələcək Antixristin adını onunla öyrənə bilər. O rəqəmsə insanidir və altı yüz almış altıya bərabərdir..."
Təxminən 2 min əvvəl qələmə alınmış bu kəlmələri insanlar oxuyandan bəri elə hey hesablayır, hesablayır, lənətə gəlmiş 666-nı ən müxtəlif hökmdarlarla bağlayır, dünyanın sonuna az qaldığını deyirlər
Numerologiya, yəni rəqəmlər barədə elmin kanonlarına görə əlahiddə götürülmüş 6 rəqəmi məsuliyyət rəmzidir. 666 rəqəminə gəldikdə isə, onun barədə fikir yürütmək üçün "obyekt"i parçalamaq gərəkdir. 666 rəqəmini təşkil edən 6-ları toplamaq (6+6+6), alınan 18 rəqəmini də ayırıb cəmləmək (1+8=9) lazımdır.

Və məhz bu zaman İoannın yazdığı kimi "insani rəqəm"lə əlaqə aşkarlanır. Müxtəlif xalqlar, dönəmlər və mədəniyyətlərdə 666 fərqli məna daşıyır. Məsələn, ərəblər və yunanlar bu rəqəmi Günəş simvolu sayırdılar.
Qədim Misirdə isə Ptolomeylər dönəmlərində 666 rəqəmi Serapis adlı tanrını təcəssüm etdirirdi.
Bundan başqa, 666 "İblis"in yeganə yox, yalnız çoxsaylı rəqəmlərindən biridir. Belə ki, elə həmin İoannın "Açıqlama"sının qədim yiddiş və aramey dillərində yazılmış digər variantlarında "Heyvan rəqəmi" qismində 616, hətta 646 göstərilir.

kimi, xristianlarda da 7 müqəddəs rəqəmdir: "Açıqlama"da 40 dəfə 7 rəqəminin adı çəkilir. 6 isə "natamam 7" qismində həmişə 7-nin tam əksi kimi qəbul olunub. Yəni üçqat 7-ni (777) xristianlar "tam 666 rəqəminin katolisizmdə digər mənası "üçqat natamamlıq"dır. Çünki müsəlmanlarda olduğu müqəddəslik" simvolu hesab edirdilərsə, 6 isə bilaəks - natamamlıq, yaramazlıq, yarımçıqlıq simgəsi sayılıb.
İoannın "Açıqlama"sı və ya yunanca "Apokalipsis"i yazıldığı uzaq sənələrdə rəqəmlər adətən rəqəmsal məna verilən hərflərlə göstərilirdi. Və buna görə məşhur tarixçilərin çoxu əmindir ki, "Açıqlama"da "Heyvan rəqəmi" və İblis nişanəsi kimi göstərilmiş 666 əslində kimin gerçəkdən də Məşhər günü bəşəriyyəti məhv etməyə gələcək heyvan olduğunu anlamaq üçün insanlara verilmiş tapmacadır.

İnsan oğlu əsrlər boyu 666 rəqəmini anlamağa çalışaraq tapmacanın cavabını arayıb. Antixrist kimi müxtəlif vaxtlarda Roma imperatoru Neronun adı çəkilib və bəzi tarixçilər də düşünür ki, İoann məhz bu adamı nəzərdə tutub. Zira axtarılan rəqəmi almaq üçün latın dilindəki "Kesar Neron" kəlmələrini qədim yəhudi hərfləriylə yazmaq, sonra da onları rəqəmsal ölçülərini toplamaq gərəkdir. "Heyvan rəqəmi"nin daşıyıcısı kimi "fəxri" ada namizədlər arasında çeşidli dönəmlərdə krallar X Karl və XI Karl, Rusiya çarı I Pyotr, Napoleon, Lenin, Stalin, Hitler, Rotşild, Roma Papası II İohann, Bill Geyts və Mixail Qorbaçovun da adları çəkilmişdi. Bəzi "üləma"lar hətta İnternetdə də "Heyvan rəqəmi"ni aşkarlayıblar: əgər standart "WWW" prefiksinin hərflərində sağ "cizgi"ləri götürsək, onda Roma rəqəmləriylə "VIVIVI", yəni 666 alınır. "Dünyanın sonu" haqqında çığırtılı öngörmələrə, vahiməli təxminlərə isə inanmağa dəyməz. Məsələn, iki əsr əvvəl Almaniyada "xristian tarixi bilicisi" kimi tanınan Albrext Benql "1836-cı ildə dünyanın sonu olacaq" deyərək həşir qaldırmış, Avropa ilə yanaşı Amerikada da milyonlarla insanı qorxutmuşdu. Təxmin özünü əsla doğrultmasa da, insanlar tam 4 il xoflu qaldılar. Maraqlıdır ki, katoliklərdən fərqli olaraq Rusiya Pravoslav Kilsəsi 666-dan əsla çəkinmir və onu adi rəqəm sayır. Rus keşişləri axmaq deyillər: onlar deyirlər ki, əgər rəqəm "iblisanə" olsaydı, onda Bibliyada da 666-cı səhifə olmazdı. Keşişlər onu da söyləyirlər ki, 666 rəqəmi özlüyündə təhlükəli deyil - həvariyun İoann sadəcə olaraq həmin rəqəmdən istifadə edib Məşhər günü İblisi tanımağı istəyib.


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 13:25
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
qorxdummmm recourse

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

only-girl

  • 13 fevral 2011 16:13
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
666 reqemi seytan reqamidr TWK

--------------------

Emin77777

  • 12 fevral 2011 22:13
  • Məqalə: 3
  • Şərh: 15
  • Bal:
{awards}
lol dünyanın axırını bilmək olmaz uca yaradandan başqa

Just For Legend

  • 5 dekabr 2010 16:50
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox sag ol xeere gore

--------------------

Ulya

  • 20 avqust 2010 17:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk xebere gore

winner...

  • 18 avqust 2010 11:42
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

FERID

  • 18 avqust 2010 01:07
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
men cox beyendim xeberi ama bir shey deya bileremki eger sen ALLAHLA OLSAN NEYINKI 666 REQEMI HEC 7 REQEMI SENE TESIR EDA BILMEZ

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}